Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 1977
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
“Paris Sazişinə baxdıqda görürük ki, hədəflər temperatur artımının təhlükəsiz temperatura qədər məhdudlaşdırılmasını, iqlimin təsirlərinə dözümlülüyü və uyğunlaşmanı təbliğ etməkdir”.
 
Bu sözləri AZƏRTAC-ın ABŞ bürosuna müsahibə zamanı ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz deyib.
 
Həmin müsahibəni təqdim edirik:
 
- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu seçimi necə qiymətləndirirsiniz? COP29-dan gözləntiləriniz nələrdir?
 
- Biz Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün aparılan seçim prosesini dəstəklədik və hazırda COP komandası ilə işləməyi səbirsizliklə gözləyirik. Mən artıq onlarla işləməyə başlamışam. Gözləntilərə gəldikdə, bunu dörd hissəyə bölmək istərdim. Birincisi, Dubayda keçirilmiş sonuncu COP tədbirinin əldə etdiyi nəticələr çox güclü oldu. Bu, Paris Sazişi əsasında Qlobal Anbar (Global Stocktake) yaradıldı və bu istiləşmə ilə bağlı 1,5 dərəcə məhdudlaşdırmanı əlçatan məsafədə saxlamaq və iqlim təsirlərinə davamlılığı və uyğunlaşmanı təşviq etmək üçün bir növ yol xəritəsi kimi nəzərdən keçirildi. Beləliklə, COP29 üçün ən vacib məsələlərdən biri bu qərarın icrası ilə bağlı tempi qüvvədə saxlamaqdır. Biz Dubayda əldə olunmuş qərarın masa üzərində qalmasını istəmirik. Bu istiqamətdə addımlar COP çərçivəsində razılaşdırılmış bəzi qərarlarla bağlı yan təşəbbüs və tədbirlərin keçirilməsi şəklində atıla bilər. Bu, birinci gözləntimizdir.
 
İkinci vacib məsələ isə COP29-da iqlim dəyişikliyi ilə mübarizədə maliyyə üzrə qərar qəbul edilməsinin nəzərdə tutulmasıdır. İndiyədək 100 milyard dollar məbləğində maliyyə toplanmasına dair hədəf mövcud idi və bu hədəfə əsasən, inkişaf etmiş ölkələr 2020-ci ildən başlayaraq hər il bu maliyyəni toplamaqla inkişaf etməkdə olan ölkələrə dəstək barədə razılıq vermişdilər. Bu hədəf 2024-ci ildən sonra başa çatır. Yəni razılaşma 2024-cü ilə kimi idi və bu o deməkdir ki, 2025-ci ildən etibarən hansı addımlar atılacağına dair bu il qərar vermək lazımdır. Beləliklə, COP-da həll edilməsi vacib olan məsələlərdən biri Yeni Kollektiv Kəmiyyət Məqsədi (New Collective Quantified Goal - NCQG) adlandırdığımız yeni hədəfin müəyyənləşdirilməsidir.
 
Üçüncü gözləntimiz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (National Determined Contributions - NDC) bağlıdır. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Paris Sazişinin onurğa sütunudur. Burada tərəflər istixana qaz emissiyalarının azaldılması ilə bağlı öhdəliklərinin nədən ibarət olmasına dair qərar verirlər. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin növbəti yığımı gələn ilin fevralınadəkdir. Yəni bir ildən az vaxt qalıb və bu, Azərbaycanın COP-a sədrlik etməsindən qısa müddət sonradır. Beləliklə, Bakıda ən vacib məsələlərdən biri odur ki, iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr paketinin əldə olunmasının əsası qoyulsun. Azərbaycan artıq 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaya uyğunlaşdırılacaq güclü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr müəyyənləşdirəcəyini elan edib. Düşünürük ki, COP29-a sədrlik edən Azərbaycanın bu addımı digər ölkələr üçün çox yaxşı nümunə olacaq.
 
Sonuncu, dördüncü gözləntimiz İkiillik Şəffaflıq Hesabatları (Biennial Transparency Reports - BTR) ilə bağlıdır. Bu o deməkdir ki, Paris Sazişinə əsasən, bütün tərəflər istixana qaz emissiyalarına dair hesabatların təqdim edilməsi üçün çox güclü şəffaflıq sisteminin qurulmasına dair razılığa gəliblər. Buraya, həmçinin, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin icrası və emissiya öhdəlikləri ilə bağlı hesabat da daxildir. İlk hesabat bu il dekabrın 31-dək hazır olmalıdır. Beləliklə, Azərbaycan sədr ölkə kimi mümkün qədər çox ölkənin hesabatla bağlı müəyyənləşdirilmiş son tarixə əməl etmələri üçün çalışır. Səhv etmirəmsə, mayın ortalarında Bakıda bununla bağlı seminar keçirilməlidir. Bununla yanaşı, düşünürəm ki, biz Azərbaycanla birlikdə Afrika qitəsi üçün müəyyən işlər görməyə çalışacağıq. Bilirsiniz ki, bu ölkələrin potensialının artırılması üçün çox köməyə ehtiyacları var. Bütün hallarda dördüncü gözləntimiz odur ki, COP29 daha çox ölkənin hesabatla bağlı müəyyənləşdirilmiş son tarixə əməl etməsində böyük rol oynayacaq.
 
- Bu ilin fevralında Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi elçisi Con Kerri arasında görüş oldu. ABŞ Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt bəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycanın COP29-a sədrliyini çox güclü şəkildə dəstəkləyir. COP29 mövzusuna aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərkən də toxunulub. Ümumilikdə COP29-un təşkili ilə bağlı Azərbaycanla ABŞ arasında hansı istiqamətdə təmaslar var və nə kimi əməkdaşlıq addımları atılır?
 
- Düşünürəm ki, bunlar çox müsbət addımlardır. İlk növbədə, biz COP29-la bağlı Azərbaycanın sədrliyini alqışladıq. Biz, demək olar ki, hazırda komanda ilə bütün səviyyələrdə işləyirik. Qeyd edim ki, Azərbaycan çox güclü komandaya malikdir. Bu ilin əvvəlində biz Bakıda olduq. Bir sıra nazirlərlə, o cümlədən COP29-un prezidenti ilə müxtəlif görüşlər keçirdik və COP-da müzakirə olunacaq məsələlər, o cümlədən COP-un nəticələrini sürətləndirə biləcək yan təşəbbüslər və tədbirlər barədə fikir mübadiləsi apardıq. Ötən həftə Azərbaycanın COP komandası Dünya Bankının keçirdiyi görüşlər çərçivəsində Vaşinqtonda səfərdə oldu. Biz komanda ilə təkrar görüşdük və bu həftə Berlində bir araya gələcəyik. Yəni həm COP prezidenti, həm baş danışıqçı, həm də komanda ilə müxtəlif səviyyələrdə təmaslar gerçəkləşir.
 
- COP çərçivəsində Azərbaycanın sədrliyi iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunub. Bu mövzu COP-un gündəliyində duran ən vacib məsələlərdən biridir. İqlim maliyyələşdirilməsinin qarşısında duran əsas problemlər nədir, COP29 və Azərbaycan bu məsələnin həllinə necə töhfə verə bilərlər?
 
- Doğrudur, iqlim maliyyələşdirilməsi builki COP-un əsas mövzusudur, lakin yeganə mövzusu deyil. Paris Sazişinə baxdıqda görürük ki, hədəflər temperatur artımının təhlükəsiz temperatura qədər məhdudlaşdırılmasını, iqlimin təsirlərinə dözümlülüyü və uyğunlaşmanı təbliğ etməkdir. Bunlar ambisiyalı hədəflərdir. Aydındır ki, bunların həlli çox maliyyə tələb edir. Bu günədək beynəlxalq danışıqlar daha çox 100 milyard dollarlıq hədəfə köklənmişdi. Təbii ki, bu, çox vacib hədəfdir və biz bu hədəfin davamı barədə razılığa gələcəyik. Lakin biz daha böyük çərçivədən də baxmalıyıq, çünki 100 milyard dollar iqlim böhranını həll etmək üçün kifayət deyil. Ona görə də biz istər özəl sektor, istər ölkələr daxilində yerli investisiya, istər çoxtərəfli inkişaf bankları, istərsə də davamlı donor ölkələr və onların dəstəyi olsun - bütün növ maliyyə mənbələrini nəzərdən keçirməliyik. Ona görə də düşünürəm ki, biz 2024-cü ilə yalnız dar mənada yeni dəstək hədəflərini müəyyən etmək kimi deyil, daha geniş baxmalıyıq. Bilirsiniz ki, bəzən söhbət milyardlardan deyil, trilyonlardan gedir.
 
- Ümumiyyətlə, ABŞ Azərbaycanın yaşıl iqtisadiyyata keçid istiqamətində atdığı addımları necə dəyərləndirir və bu istiqamətdə iki ölkə arasında hansısa əməkdaşlıq planları var? İqlim hədəflərinin uzlaşdırılması istiqamətində tərəflər arasında nə kimi dialoq mövcuddur?
 
- Biz Azərbaycanın yaşıl enerji iqtisadiyyatına keçidlə bağlı bəzi planları barədə məlumatlıyıq. Onların bəziləri Xəzər dənizi və külək enerjisi ilə bağlıdır. Biz Azərbaycanla əməkdaşlıq planları və imkanları barədə daha çox müzakirələr aparmaqda maraqlıyıq. Buraya təkcə Xəzər dənizində külək enerjisi deyil, ümumilikdə külək enerjisi, Günəş enerjisi məsələləri daxildir. Hesab edirəm ki, Azərbaycanda bərpaolunan enerji ilə bağlı çoxsaylı imkan və potensial mövcuddur. Bu, ABŞ-nin marağında olan və COP29-a gedən yolda araşdırmaq istədiyimiz sahədir.
 
- Bilirsiniz ki, Xəzər dənizinin külək potensialı əsasında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi” layihəsi mövcuddur. ABŞ ilə bu enerji dəhlizi üzrə nə kimi əməkdaşlıq imkanları ola bilər?
 
- Bu layihə haqqında daha çox məlumat əldə etmək üçün həvəsli və maraqlı olduğumuzu söyləyə bilərik. Layihə barədə cəlbedici nələrsə eşitmişik və daha çox öyrənmək istəyirik. Əlbəttə, bu sahədə əməkdaşlığa müəyyən maraq ola bilər.
 
- Azərbaycan hər il Cənubi Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasına ev sahibliyi edir. Artıq iki ildir, paralel olaraq Bakıda Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin iclası da keçirilir. Bu iclasın keçirilməsinin qlobal miqyasda yaşıl enerjiyə keçidin təşviq olunmasındakı rolunu necə görürsünüz?
 
- Bəli, biz bu barədə məlumatlıyıq. Bu, Azərbaycan və Avropa İttifaqının keçirdiyi tədbirdir. Biz tədbirdə prosesin inkişafını izləmişik. Belə bir tədbirin olmasından məmnunuq. Düşünürəm ki, bu, görüşün özü və verilən bəyanatlar baxımından çox vaxtında təşkil olunmuş tədbirdir. Yəni mədən yanacaqlarından imtinaya dair Dubay razılaşmasının olmasını və növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr yığımının yaxınlaşdığını nəzərə alsaq, deyə bilərik ki, bərpaolunan enerji ilə bağlı istənilən növ əməkdaşlıq bizi sevindirir.
 
- Bildiyimə görə, sizin etnik olaraq regionla bağlılığınız var. Bu barədə daha detallı məlumat verməyinizi istərdim.
 
- Nəhayət, bu il ilk dəfə Azərbaycana getdiyim üçün çox sevinirdim. Çünki atam iranlıdır. Mən həmişə bilirdim ki, onun anasının qızlıq soyadı Naxçıvandır. Lakin çox sonralar bildim ki, Naxçıvan Azərbaycan daxilində muxtar respublikadır. Yeniyetmə yaşlarımdan bunu biləndə hər zaman beynimdə Azərbaycana və xüsusilə Naxçıvana getmək fikri var idi. Bakıda olanda da “Naxçıvan” adlı restorana getdik və orada milli yeməkləri yedim. Amma COP-dan sonra Naxçıvana getməyi və ailəmin bir hissəsi olan bu şəhərlə tanış olmağı düşünürəm.
 
- İndiyədək bu barədə hansısa araşdırma aparmısınız?
 
- Əlbəttə, mən artıq bunu araşdırmışam. Bildiyimə görə, nənəmin ailəsində hər kəs general olub. Onlardan biri II Dünya müharibəsi zamanı İranda nazir vəzifəsində çalışıb. Lakin onların harada doğulduğunu dəqiq olaraq bilmirəm. Fikrimcə, onlar Təbrizdə doğulublar, amma buna əmin deyiləm. Bunu aydınlaşdırmaq üçün axtarışlar aparıram.
 
Oxşar xəbərlər
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib