![“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”](https://moderator.az/cphoto/670x420/2024/04/23/1713877742_-3200dca916908752924108443701019639.jpg)
Məşhur Məmmədov: “Bu məntəqənin yaradılması ilə düşmənin canlı qüvvəsi və texnikasının torpaqlarımıza axınının qarşısı alındı”
Bu gün Laçın sərhəd-buraxılış məntəqəsinin yaranmasının ildönümüdür. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Laçın sərhəd-buraxlışının yaradılmasının tarixi bir hadisə olduğunu vurğulayıb:
“2023-cü ilin 23 aprel tarixində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması hərb tariximizin, müstəqillik tariximizin mühüm hadisələrindən biridir.
Laçın sərhəd-buraxılış məntəqəsi elə bir dönəmdə yaradıldı ki, ölkəmiz bir tərəfdən erməni separatizminə, qanunsuz erməni silahlı birləşmələrinə qarşı mübarizə aparır, digər tərəfdən Qarabağdakı təbii sərvətlərimizin istismarını önləməyə çalışırdı.
2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının şərltərinə əməl etməyən Ermənistan Xankəndi və ətraf ərazilərə əlavə hərbi qüvvələr, zirehli texnika, mina və digər silah-sursat yollayır, torpaqlarımızda möhkəmlənməyə səy göstərirdi. Məhz belə bir zamanda Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı, Dövlət Sərhəd Xidməti qətiyyət sərgiləyərək Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını təmin etdi.
Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə Ermənistandan Xankənd və ətraf ərazilərə mina, canlı qüvvə və silah-sursat daşınmasının qarşısnı alındı. Erməni terrorçularının Ermənistanla Xankəndi arasında gediş-gəlişi məhdudlaşdırıldı. Bir sıra erməni terrorçusu məhz Laçın sərhəd-buraxılış məntəqəsindən keçərkən sərhədçilərimiz tərəfindən saxlanılaraq Bakıya gətirildi və məhkəmə qarşısına çıxarıldı. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət təhlükəsizliyimizin yüksək səviyyədə təmininə töhfə verdi. Bu mənada Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur.
Mən bu tarixi gün münasibətilə bütün sərhədçilərimizi təbrik edir, Dövlət Sərhəd Xidmətinə, hörmətli Xidmət rəisi general Elçin Quliyevə, hər bir zabit və əsgərə xidməti fəaliyyətində uğurlar arzulayıram”.
Seymur ƏLİYEV
![Azərbaycanda 5 nəfər toyda zəhərləndi](https://moderator.az/photo/213x120/2024/07/29/1722248775_toyy.jpg)
![Günün xoşbəxt bürcü hansıdır?](https://moderator.az/photo/213x120/2024/07/29/1722247580_burc_2024_qadin_sevgi_xosbext_1.jpg)
![Şəkidə çay DAŞDI - Qudula kəndi ilə əlaqə kəsilib - FOTO](https://moderator.az/photo/213x120/2024/07/29/1722247717_sel.jpg)
![Doqquz yaşlı qızlar hərbiləşdirilmiş silahlılar tərəfindən dəstə-dəstə zorlanıb](https://moderator.az/photo/213x120/2024/07/29/1722247416_6f7df844909c8f5d5280276684b65cbc.jpg)
![Qızla günlük evdə görüşən varlı kişinin acı aqibəti - FOTO](https://moderator.az/photo/213x120/2024/07/29/1722245674_yeni-haber-basligi_497f8295.webp)
![İslah olunmayan](https://moderator.az/photo/213x120/2024/07/29/1722245102_qzz9.jpg)
![Erməni yük maşınları yenə sərhəddə gözləyir](https://moderator.az/photo/213x120/2024/07/29/1722244878_lars.jpg)
![Mineral pəhriz: ARIQLAMAĞA KÖMƏK EDƏN SU](https://moderator.az/photo/213x120/2024/07/29/1722244422_mineralnaya_dieta_voda_v_pomoshch_pri_pokhudenii.jpg)
![45 dəqiqəlik](https://moderator.az/photo/213x120/2024/07/29/1722243465_vyihod-dushi-iz-tela.jpg)
![Bu vətəndaşlara pay torpaqları veriləcək? - RƏSMİ](https://moderator.az/photo/213x120/2024/07/29/1722242850_1722239566_9115c750-0597-36d1-9aae-1ca01484554b_850.jpg)
![Baba və nənələrdən nəvələr üçün aliment alına bilər? – CAVAB](https://moderator.az/photo/213x120/2024/07/29/1722242720_1500629139757615453.jpg)
![Bakıda avtobusda DAVA - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/29/1722242440_6e86fc3b187f7754ca3e41e7a1d22c1b.jpg)
![Rusiyanın son iki ayda gündəlik itkisi - Şok rəqəm](https://moderator.az/photo/213x120/2024/07/29/1722241774_1221682.jpg)
![ABB kartlarının təhlükəsizliyinə nəzarət etmir](https://moderator.az/photo/213x120/2024/07/29/1722241409_abb66.jpg)
![Müəmma: xəsarət yox, zorakılıq yox, ortada üç bacının cəsədi var - Polis və FHN araşdırır](https://moderator.az/photo/213x120/2024/07/29/1722241074______.jpg)
![Kriminal dəstənin ən qəddar üzvü: Ömürlük məhkum görün nə etdi](https://moderator.az/photo/213x120/2024/07/29/1722240536_owl_detail_620_946a09f4255a98c113689bf70befb15d.jpg)
![Əli Əsədov qərar imzaladı](https://moderator.az/photo/213x120/2024/07/29/1722240637_esedov-qerar.jpg)
![Qızların bu peşələrə marağı artıb - RƏSMİ](https://moderator.az/photo/213x120/2024/07/29/1722240383_1675247531_63da36507a6a463da36507a6a5167524513663da36507a6a263da36507a6a3.jpeg)
![Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq](https://moderator.az/photo/213x120/2024/07/29/1722239931_961b27e4-693a-3ca9-8b1c-8fa14460c008_850.jpg)
![Almaniya Türkiyəyə döyüş təyyarəsi satışını əngəllədi](https://moderator.az/photo/213x120/2024/07/29/1722239738_3ab203b9-76ee-4386-a7bc-4d9a74a2742b.jpg)
![Peşə təhsili müəssisələrinə qəbul başladı](https://moderator.az/photo/213x120/2024/07/29/1722239854_pese-1.jpg)
![Yeni tədris ilindən 9 peşə təhsili müəssisəsi ikinövbəli tədrisə keçir](https://moderator.az/photo/213x120/2024/07/29/1722238665_3a269ec0-e65e-3e4f-a8c9-29595e7366c6_850.jpg)
![50 yaşdan sonra öldürən içki bəlli oldu](https://moderator.az/photo/213x120/2024/07/29/1722238375_afhugupkdgy8mm33mdnlkkmoxakbxcbsp6lfvdku_1200-750x536.webp)
![“Modinin Zelenski ilə görüşü mümkün ABŞ sanksiyalarını neytrallaşdırmaq cəhdidir...”](https://moderator.az/photo/213x120/2024/07/29/1722237500_teymur-qasimli.jpg)
![Əri tərəfindən öldürülən qadının son istəyi nə olub?- VİDEO](https://moderator.az/photo/213x120/2024/07/29/1722237550_66a73c30cd1ce202407245232-1.png)
![33-cü Yay Olimpiya oyunlarında Fransanın anti-Azəbaycan mövqeyi...](https://moderator.az/photo/213x120/2024/07/29/1722237015_fransa-2024-paris-olimpiyatlari-reuters-2012488.jpg)
![XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”](https://moderator.az/photo/213x120/2024/07/29/1722236152_img_20240729_004101_226-2.jpg)
![ŞİKAYƏT: “3 nömrəli poliklinikadan şəkər dərmanlarımı ala bilmirəm, deyirlər ki, TƏBİB belə göstəriş verib”](https://moderator.az/photo/213x120/2024/07/29/1722235429_img_20240729_003145_818-1.jpg)
![Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?](https://moderator.az/photo/213x120/2024/07/29/1722235111_1722234026_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg.jpg)
![Sürücülərin xəbərsiz olduğu avtobus zolaqları: Hansı hallarda istifadə etmək olar? (VİDEO)](https://moderator.az/photo/213x120/2024/07/29/1722234761_1722231568_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg.jpg)