Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
Kriminal
Oxunub: 2602
23 Apr 2024 | 13:10
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
Bakının Yasamal rayonunda 1984-cü il təvəllüdlü Loğman qısqanclıq zəminində yaranan mübahisə zamanı tanışı Floranı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
 
Moderator.az teleqraf.com-a istinadən bildirir ki, Loğman rəsmi nikahla əri və uşaqları ilə birlikdə yaşayan, həmçinin müxtəlif vaxtlarda onunla da sevgi münasibətləri saxlayan Flora ilə bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində olub.
 
Daha sonra Floranın onunla münasibətlərdən və faktiki nikahdan imtina etməməsi səbəbi ilə qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək məqsədilə 24 avqust 2023-cü ildə saat 17 radələrində Floranın yaşadığı ünvana gəlib. Özü ilə götürdüyü polietilen materialdan olan energetik içki qabındakı benzini Floranın baş nahiyəsinə töküb, əlindəki alışqanla yandırmaq istəyərkən ərazidə olan şəxslərin və polis əməkdaşlarının gəldiyini görüb. Loğman qaçaraq hadisə yerindən uzaqlaşıb.
 
Bundan sonra mənzildən mətbəx bıçağını götürüb və üzərində gəzdirməklə Flora ilə görüşməsi üçün fürsət axtarıb. Bir neçə dəfə telefonla danışdıqdan sonra onun hadisə baş verən ünvana gələcəyini bilib.
 
Avqustun 29-da saat 12:25-də sərxoş halda Yasamal rayonu Şərifzadə-162 ünvanın qarşısına, metronun "İnşaatçılar" stansiyasının həmin ünvan tərəfdən çıxışına gəlib. Flora ilə görüşüb, bir qədər söhbət edib.
 
Söhbət zamanı Loğman Floraya onunla birlikdə yaşamaq və ailə qurmaq təkliflərinə rədd cavabı aldıqdan sonra onu öldürmək qərarını qətiləşdirib. Bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. O, yetirdiyi xəsarətlərdən Floranın öləcəyini yəqin edib və hadisə yerindən uzaqlaşıb.
 
Ətrafda olan insanların köməyi ilə Flora təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasına çatdırılıb. İxtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas edilib.
 
İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Xutor qəsəbəsində müxtəlif ünvanlarda kirayə yaşayıb:
 
"2023-cü ilin yanvar ayında kirayə yaşadığım evi təmizlətdirmək üçün internetdə elan saytlarından biri vasitəsilə xadimə kimi çağırdığım Flora ilə tanış oldum. Bir müddət telefon vasitəsi ilə yazışdıq. İlk dəfə martın 8-də Yasamal rayonu ərazisində "Jasmin" parkda görüşdük. Bir az söhbət etdik və onu evinə yola saldım. Həmin görüş zamanı Flora mənə ailəli və üç övladı olduğunu dedi.
 
Guya əri ilə münasibətinin olmadığını, bir-birilərini sevmədiklərini, başqası ilə ailə həyatı qurmaq üçün boşanmaq istədiyini bildirdi. Ona görə telefonla yazışmağa davam etdik".
 
Loğmanın sözlərinə görə, martın 19-da Novruz bayramı ilə əlaqədar Floranın evinə 260 manatlıq bazarlıq göndərib, kart hesabına 100 manat pul atıb: "Artıq Flora ilə bağlı fikrim qətiləşdi. Onu sevir və onsuz yaşamaq istəmirdim. Aprelin 1-də Floranı Zirə qəsəbəsində kirayə tutduğum evə apardım. Təxminən iki ay 10 gün birlikdə ər-arvad kimi yaşadıqdan sonra Flora guya Fəhmin adlı balaca oğlunu gətirmək üçün evinə gedərək qayıdacağını dedi. Gecəyə kimi gözləsəm də gəlmədi.
 
Floranın məni aldatdığını, geri dönməyəcəyini anladım. Telefonda onunla danışdım. Söhbət zamanı Bakıda yaşamaq istəmədiyini deyərək rayona getməyi təklif etdikdə razılaşdım. Flora ilə oğlu Fəhmini ata-baba yurdum olan Cəlilabad rayonunun kəndindəki dayımgilin evinə apardım.
 
Flora ərinə mesaj yazaraq daha geri dönməyəcəyini dedi. Kənddə axşama kimi qaldıq. Amma Flora oranı bəyənmədi, Bakıya qayıtmaq istədiyini dedi. Onu Bakıya əri Şirvanın yanına gətirdim".
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Flora ərinin yanına qayıtmasına baxmayaraq, ev tutmasını istəyib və gəlib onunla yaşayacağını deyib: "Mən də kirayə ev tutdum. İşləyib pul qazanaraq ərzaq aldım ki, evdə yeyib-içmək olsun. Flora gəlib evə baxdı, lakin yenə də bəyənməyib əri Şirvanın yanına qayıtdı.
 
Bütün baş verənlərdən Floranın məni aldatdığını, hissiyatımla oynadığını, məndən istifadə etməklə ailəsini dolandırdığını anladım. Birtərəfli sevgi yaşamaq istəmədiyimi, belə yaşamaqdansa ondan ayrılacağımı dedim. Flora isə ayrılmaqdansa onu öldürməyimi istədi".
 
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə bu məzmunda danışıqları avqustun 24-də baş verib: "Floranın Xətai Rayon İcra Hakimiyyətinin binasının yaxınlığında işlədiyini bildim. İş yerinə gedib onunla görüşdüm. Yenə məndən onu öldürməyimi istədi, uşaqları bir tərəfdə, özü o biri tərəfdə yaşamqadansa ölməyin yaxşı olduğunu dedi.
 
Bir-iki gün sonra yenindən "Azərsu" ASC-nin yaxınlığında görüşdük. Söhbət zamanı məndən möhlət istədi və yanıma qayıdacağına dair söz verdi.
 
Floraya inandım, onunla yenə görüşdükdə arxayın olmağımı, xəyanət etmədiyini dedi. Mən də bir daha xəbərdarlıq etdim, əgər əri ilə cinsi əlaqədə olduğunu bilsəm, ikimizi də yandırıb öldürəcəyimi dedim. Müddət uzandığı üçün anladım ki, Flora məni aldadır".
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 29-a keçən gecə səhərə kimi yatmayıb: "Bir neçə şüşə pivə və bir neçə spirtli energetik içki içib Flora ilə telefonda danışdım. Səhər saatlarında konkret olaraq mənimlə yaşaya bilməyəcəyini, anasının buna icazə vermədiyini dedi. Onunla metronun "İnşaatçılar" stansiyasının yanında görüş təyin etdik.
 
İçkili olduğum üçün kirayə yaşadığım Xutor qəsəbəsindəki evdən mətbəx bıçağını özümlə götürdüm. Məqsədim Floranı qorxutmaq idi. Saat 11-12 radələrində metronun "İnşaatçılar" stansiyasının yaxınlığında görüşdük. O, bir daha çıxılmaza düşdüyünü, uşaqlarının, özünün və mənim - hərəmizin bir tərəfdə qaldığımızı söylədi, mənə qayıtmayacağımı bildirdi. Bu sözlərdən özümü itirdim.
 
Floranı qorxutmaq məqsədi ilə üstümdə gəzdirdiyim mətbəx bıçağını çıxararaq onun qarın və kürək nahiyəsinə dörd zərbə vurdum. Ancaq onu öldürmək fikrim yox idi. Sadəcə qorxutmaq istəyirdim. Bıçaqla xəsarət yetirdikdən sonra dərhal oradan qaçaraq uzaqlaşdım.
 
Bizi kimsə ayırmadı, heç kəs müdaxilə etmədi. Sonradan qıraqda özümə bıçaqla xəsarət yetirmək istədikdə polis əməkdaşları və ətrafdakı şəxslər məni tutaraq bıçağı götürdülər. Yalnız sol qoluma bıçaqla xəsarət yetirdim. Özümə xəsarət yetirməkdə məqsədim əsəbimi soyutmaq idi".
 
İş üzrə zərərçəkmiş Floranın sözlərinə görə, müxtəlif ev və idarələrdə təmizlik işləri görməklə çörək pulu qazanır:
 
"Bununla əlaqədar iş axtardığım zaman Loğman mənim elanıma rast gəlmişdi. Mənimlə telefonla danışdı, amma xidmətə dəvət etmədi. Bir neçə gün sonra yenidən telefonla əlaqə saxladı, məni haradansa tanıdığını bildirdi, görüşə dəvət etdi. Təxminən bir ay telefonla danışdıq.
 
Harada işlədiyimi soruşdu. İş yerimi dedikdən sonra gəlib məni işdən evə, evdən işə yola saldı. Məndən əl çəkmədiyi üçün görüşə razılıq verdim. Görüş zamanı Loğman məndən xoşunun gədiyini bildirdi. İlk əvvəl çox yaxşı təəssürat yaratdığı və özünü çox mədəni apardığı üçün Loğmanı bəyəndim. Həyatından gileyləndi, ailə qurmaq istədiyini təkidlə dedi. Ona ərim və uşaqlarımın olduğunu desəm də, yenə də mənimlə ailə qurmaq istədiyini bildirdi. Loğmanın səmimiyətinə inandım, onunla yaşamağa razılıq verdim".
 
Flora qeyd edib ki, təxminən 2023-cü ilin aprel-iyul ayları aralığında Loğmanla birlikdə Xutorda və Zirə qəsəbəsində kirayə tutduğu evdə qeyri-rəsmi ər-arvad kimi yaşayıblar: "Həmin vaxt Loğman bir neçə dəfə mənə qarşı kobudluq etdi. Ona görə təxminən iki ay 10 gün sonra müxtəlif bəhanələrlə Zirə qəsəbəsindəki evdən çıxaraq ərimin və uşaqlarımın yanına qayıtdım.
 
Daha sonra Loğman mənimlə telefon vasitəsilə əlaqə saxlayaraq daha kobud olmayacağına, məni incitməyəcəyinə söz verdi, qayıtmağım üçün yalvardı. 2023-cü ilin yay aylarında, təxminən avqustun əvvəli Loğman təkidlə ailə qurmaq istədiyini və hətta oğlum Fəhmini də qəbul etdiyini dedi. Mənə təklif etdi ki, birlikdə Cəlilabad rayonuna gedib orada yaşayaq. Mən də razılaşdım.
 
Fəhmini də götürərək Loğmanla birlikdə Cəlilabad rayonunun kəndinə getdik. Ancaq orada bir gün də qalmadım, geri qayıtmağı tələb etdim. Loğman bizi ərimin kirayə tutduğu evə geri qaytardı. 2023-cü ilin avqust ayı ərzində Loğman dəfələrlə mənimlə telefon vasitəsilə əlaqə yaradaraq ailə qurmağa təkid etdi. Ərim Şirvanla boşanmağımı tələb elədi. Lakin ərim və mən etirazımızı bildirdik".
 
Zərərçəkmiş deyib ki, avqustun 24-də saat 17 radələrində Loğman onun yaşadığı ünvana gəlib: "Mənə yaxınlaşdı, əlində olan energetik içki qabındakı mayeni başıma tökdü. Sonra öz başına da maye tökərək həm məni, həm də özünü yandıracağını dedi. Çünki dəfələrlə mənimlə birlikdə yaşamağı təkid etsə də, mən imtina edirdim.
 
Loğman əlindəki alışqanı başıma yaxınlaşdırmaq istədikdə, mane oldum. Onu sakitləşdirməyə çalışdım. Sonra parkda oturub söhbət edərkən Loğman yenidən mübahisə etdi. Təkidlə onunla ailə qurmağımı tələb etdi. Benzin olan qabı əlində saxladı. Yoldan keçənlər bizə yaxınlaşarkən Loğman "lezva" çıxararaq boyun nahiyəmə tutdu. Məni qorxudaraq getməyimi tələb etdi. Onu itələdikdə sağ əlimin iki barmağı kəsildi.
 
Polis əməkdaşları bizə yaxınlaşdıqda Loğman qaçaraq getdi. Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə hadisə ilə bağlı müraciət etdim. Buna baxmayaraq, Loğman yenə də məndən əl çəkmədi. Telefonla əlaqə quraraq onunla yaşamasam, məni öldürəcəyini dedi. Aqressiv olmasını nəzərə alaraq onunla ailə qurmaqdan imtina etdim".
 
Zərərçəkmiş bildirib ki, avqustun 29-da saat 12 radələrində Loğmanla görüşüb: "Onunla getməyimi təklif etdikdə ailəmin olduğunu, uşaqlarımı ata bilməyəcəyimi dedim. Bu zaman bıçaq çıxarıb mənə göstərdi. Ancaq heç nə demədi. Mən ona bıçağı yığışdırmağı, artıq hərəkət etməməyi söylədim.
 
Hər ikimiz ayaq üstə olarkən Loğman dörd-beş dəfə bıçaqla bədənimin qarın və sol nahiyələrimə vurdu. Ətrafdakı insanlar bizə yaxınlaşmadılar, Loğman isə qaçdı. Zərbə vurması təxminən 10 saniyə çəkdi. Həmin an pul qabım əlimdən düşdü və mən qışqırdım.
 
Loğman uzaqlaşdıqda pul qabımı yerdən götürdüm. Arxası üstə uzandım. Ətrafdakı insanlar məni xəstəxanaya apardılar".
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Loğman 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Oxşar xəbərlər
12:22, Bu gün
ABB kartlarının təhlükəsizliyinə nəzarət etmir
12:17, Bu gün
Müəmma: xəsarət yox, zorakılıq yox, ortada üç bacının cəsədi var - Polis və FHN araşdırır
12:12, Bu gün
Kriminal dəstənin ən qəddar üzvü: Ömürlük məhkum görün nə etdi
12:08, Bu gün
Əli Əsədov qərar imzaladı
12:02, Bu gün
Qızların bu peşələrə marağı artıb - RƏSMİ 
11:57, Bu gün
Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq
11:54, Bu gün
Almaniya Türkiyəyə döyüş təyyarəsi satışını əngəllədi
11:45, Bu gün
Peşə təhsili müəssisələrinə qəbul başladı
11:36, Bu gün
Yeni tədris ilindən 9 peşə təhsili müəssisəsi ikinövbəli tədrisə keçir
11:23, Bu gün
50 yaşdan sonra öldürən içki bəlli oldu
11:19, Bu gün
“Modinin Zelenski ilə görüşü mümkün ABŞ sanksiyalarını neytrallaşdırmaq cəhdidir...”
11:14, Bu gün
Əri tərəfindən öldürülən qadının son istəyi nə olub?- VİDEO
11:07, Bu gün
33-cü Yay Olimpiya oyunlarında Fransanın anti-Azəbaycan mövqeyi...
10:53, Bu gün
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
10:38, Bu gün
ŞİKAYƏT: “3 nömrəli poliklinikadan şəkər dərmanlarımı ala bilmirəm, deyirlər ki, TƏBİB belə göstəriş verib”
10:34, Bu gün
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
10:29, Bu gün
Sürücülərin xəbərsiz olduğu avtobus zolaqları: Hansı hallarda istifadə etmək olar? (VİDEO)
10:12, Bu gün
“Yay yağışı bərəkət yox, fəlakətdir, bu sahələrə mənfi təsir göstərəcək”-EKOLOQDAN XƏBƏRDARLIQ
10:04, Bu gün
Tiramisunun yaradıcısı vəfat etdi
09:53, Bu gün
Ermənistan Laçın üzərində kəşfiyyat uçuşlarına CƏHD EDİB
09:45, Bu gün
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO 
09:43, Bu gün
Azərbaycana qarşı siyasi ikiüzlülük: Dünyanı kim çirkləndirir? — FOTOLAR
09:32, Bu gün
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
09:29, Bu gün
Paris-2024: Braziliya millisinin üzgüçüsü komandadan qovulub
09:07, Bu gün
HİPOTETİK SSENARİ: Şimali Koreya ilə müharibə DÜNYANI ÇÖKDÜRƏCƏK
09:04, Bu gün
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
08:58, Bu gün
Gəlin toyda öldü - Qızın atasından bəyə tükürpədən TƏKLİF - FOTO
08:27, Bu gün
Netanyahu yəhudilərin daha çox demokratlara səs verməsinin səbəbini belə izah etdi...
08:08, Bu gün
Qurban Qurbanov yenə qapıçı axtarır
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
07:44, Bu gün
Taksi sürücülərini çətin sınaq gözləyir: Yeni iş təklifinə razı olacaqlarmı?
07:31, Bu gün
Ukrayna SSRİ-nin ilk hidrogen bombasının sınaq üçün havaya qaldırıldığı 1800 km-lik məsafədəki hərbi aerodromu vurdu...
07:23, Bu gün
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
07:12, Bu gün
Bu xəstəlik insanları evə qapadacaq – Dəhşətli epidemiya XƏBƏRDARLIĞI 
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 20:09
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 19:34
Dadlı meyvə salatı necə hazırlanır?
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 19:02
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
28 Jul 2024 | 18:29
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
28 Jul 2024 | 18:03
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
28 Jul 2024 | 17:53
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
28 Jul 2024 | 17:52
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
28 Jul 2024 | 17:37
Venesuelada prezident seçkisi keçirilir
28 Jul 2024 | 17:31
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:26
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
28 Jul 2024 | 17:25
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:20
Yaponiyada zəlzələ oldu
28 Jul 2024 | 17:19
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:16
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:13
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 Jul 2024 | 16:12
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
28 Jul 2024 | 14:08
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:49
Sumqayıtda mənzildən meyit tapılıb
28 Jul 2024 | 12:27
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 11:36
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 Jul 2024 | 10:59
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
28 Jul 2024 | 10:55
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
28 Jul 2024 | 10:50
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 10:04
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
28 Jul 2024 | 09:50
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub
28 Jul 2024 | 08:29
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 08:22
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
28 Jul 2024 | 08:21
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
28 Jul 2024 | 08:11
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
28 Jul 2024 | 08:09
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
28 Jul 2024 | 08:06
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
28 Jul 2024 | 08:05
Venesuelada prezident seçkiləri keçiriləcək
28 Jul 2024 | 08:00
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
GÜNLÜK
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO