Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
Cəmiyyət
Oxunub: 2878
20 Apr 2024 | 11:46
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
Həmişə deyirlər ki, tarix yalnız mümkünsüzü mümkün edənləri ən təbii övgü sözləri ilə xatırlayar, məhz onların “möcüzə”lərindən ağız dolusu bəhs edər.İmkansızdır, yox olmaz deyənlər isə ümumiyyətlə, heç yada da düşməz, ya da ən yaxşı halda epizodik olaraq onlardan tarix kitablarında bəhs olunar. Məsələn, bu mənada Makdeoniyalı İskəndərin məhşur “Qordi düyünü”nü necə “açması”, yaxud Sultan Mehmedin İstanbulu hansı dəmir iradə və cəsarətlə fəth etməsi kimi faktlar tarixçilərin haqqında bəlağətli sözlər yazdıqları ibrət götürüləsi misallardır. İndi özünüz düşünün çox yox, cəmi 4 il əvvələ qədər hansımızın ağlına gələrdi ki, Qarabağ münaqişəsi həll olunacaq və gələcək nəsillərimizə bizdən acı və ağır miras kimi qalmayacaq və ya həll olunsa da indiki şərtlər daxilində aradan qaldırılacaq?! Amma nə baş verdi? Münaqişə, Allaha min şükürlər olsun ki, həll olundu, özü də tamamilə bizim istədiyimiz nəticələri əldə etdik. Artıq Rusiya sülhməramlı kontingenti də Azərbaycan torpaqlarını tərk edir. Özü də zamanından xeyli əvvəl, sakit şəkildə, “Bizim görəvimiz bitdi!” rəsmi açıqlaması verilərək onlar öz ölkələrinə qayıdırlar. Mən bir insan, Azərbaycan sevdalısı və bir vətənpərvər türk oğlu olaraq bu məsələnin bizim üçün olduqca önəmli olan emosional tərəfləri, sevinci haqqında çox danışa bilərəm, hətta sevincdən göz yaşları da tökə bilərəm və bu təbiidir. Lakin, mən hazırkı tarixi anlarda baş vermiş bu mühüm olaya və bununla bağlı Azərbaycan və Rusiya ali rəhbərliyinin verdiyi qərara bir diplomat, ictimai-siyasi xadim kimi münasibət bildirmək istəyirəm. İlk növbədə gerçəkdən də mən hər iki ölkənin Liderlərini qəbul etdikləri bu mühüm və cəsarətli qərar münasibəti ilə təbrik edirəm. Gerçəkdən də Prezidentlər İlham Əliyev və Vladimir Putin olduqca düzgün, rasional və necə deyərlər sahədə yaranmış reallıqlara uyğun şəkildə və o reallıqlar nəzərə alınaraq belə bir tarixi qərar qəbul ediblər. Fikrimcə, hər iki dövlət başçısı bu qərarları ilə obyektiv reallıqları düzgün qiymətləndirməklə yanaşı, həm də bəzi qərb dairələrinin hər iki ölkəni, hətta deyədim ki, Türkiyəni də oyuna gətirmək üçün cızdıqları planları alt-üst ediblər.Məlumdur ki, o qüvvələr belə bir qarşıdurma yaratmaq üçün əllərindən gələni edirdilər. Planlar çox məkrli idi. ABŞ-dən bu məsələyə verilmiş şərhə diqqətlə baxın: “Rusiya Qarabağdan sülhməramlı kontingentini çıxrmaqla necə etibarsız müttəfiq olduğunu göstərdi!” Sitatın sonu.Sadəcə bu bəyanat özü özlüyündə həmin dairələrin bu hadisədən nə qədər məyus olduqlarını göstərir. Fakt budur ki, onlar bu üç dövləti bir-birinə qarşı qoya bilmədiklərinin dərin təəssüf, hətta hüzn və xəyal qırıqlığına uğramaq kimi acı hisslərini yaşayırlar. Siz təəccüb etdinizmi? Deyə bilərsiniz ki, bunlar Ukrayna və Gürcüstanda və ya Moldovada Rusiya ilə açıq münaqişədədirlər. Moskvanı məcbur etmək istəyirlər ki, ordusunu oradan geri çəksin?! Elə deyirlər axı. Amma bizə gələndə belə bəyanat verib, dərin kədərə boğulurlar. Diqqət edin, indi ABŞ nümayəndəsi de-fakto Rusiyanı qınaq obyektinə çevirir ki, sən etibarsız müttəfiqsən və niyə Qarabağdan kontingenti çıxarırsan!? Bir diplomat olaraq demək istəyirəm ki, belə bir məzmunlu açıqlama ciddi skandal və hətta təxribatdır. Belə mövqe tam mənası ilə sübut edir ki, regionda sülh və sabitliyin pozulması həmin ölkələrin marağındadır. Yoxsa, “biz missiyonumuzu tamamladıq, Qarabağdan çıxırıq”, bəyanatını verən bir ölkə, özü də beynəlxalq qanunlara əsasən başqa bir suveren dövlətin ərazisindəki sülhməramlı vəzifəsini başa vurub buradan çıxırsa, siz bundan niyə təəccüb etməlisiniz və ya narahat olmalısınız!? Çox təbii və haqlı sual veiririk. Səbəblər məlumdur. Əslində, biz bu barədə dəfələrlə danışmışıq. Onların bu mövqeyinin əsl səbəbi türkofobiya, Azərbaycanafobiya və islamofobiya, bir də ermənilərdən maksimum dərəcədə öz maraqları və məqsədləri üçün sui-istifadə etməkdir. Baxın, Fransa Qarabağdan çıxan ermənilərdən ibarət legion yaratmaq niyyətini heç gizlətmir də. Məqsəd nədir? Qarabağ ermənilərini terrorçu kimi yetişdirmək, Qafqaza göndərmək, bu da alınmasa Ukrayna, yaxud da Afrika ölkələrində və ya kaloniyalarında onlardan muzdlu qatillər kimi istifadə etmək. Məncə, erməni xalqı da nəhayət, bu həqiqətləri görməlidir ki, Fransa onlar üçün necə pis sürprizlər hazırlayır, planlar qurur. Bir də tarixi unutmasınlar ki, həmin fransızlar ötən əsrin əvvələrində Osmanlının Maraş bölgəsində onları qızışdıraraq türk əhalisinin qətl edilməsinə cəlb etmiş, sonra da məğlub olduqdan sonra erməniləri meydanda tərk edərək, necə aradan çıxmışdılar. İndi vəziyyət ermənilər üçün əgər belə qeyri adekvat davranmaqda davam etsələr daha da ağır olacaq. Ümumiyyətlə, ermənilər də, digərləri də artıq bir həqiqəti qəbul etsələr yaxşı olardı? Bu bölgənin,Qafqazların Lideri İlham Əliyevdir. Onun hər bir sözü artıq imza mahiyyəti daşıyır. Nə deyirsə, onu da icra edir. Axı, məsələn, siz ermənilər, niyə o böyük Liderin təkcə ölkəsi üçün deyil, bütün bölgənin parlaq, xoşbəxt və firəvan gələcəyi naminə irəli sürdüyü faydalı ideyalardan istifadə etmək istəmirsiniz?! Gecikirsiniz. Sabah çox gec olacaq. Yenə də indi dizinizə bir dəfə vurursunuzsa ki, niyə zamanında onu dinləmədik, əmin olun, əgər o deyənləri etməsəniz, sabah bu peşmançılığı bir dəfə yox, yüz dəfə dilə gətirəcəksiniz və bu dəfə  dizinizə deyil, başınıza döyəcəksiniz ki, kaş ki, ona vaxtında qulaq asardıq və İlham Əliyevin parlaq ideyalarından faydalanardıq! Baxın, müharibə artıq bitib, bölgədə tarixdə heç vaxt olmadığı qədər sülh yaradılması fürsəti yaranıb. Ay erməni xalqı bu fürsətdən sən də faydalan, özü də onu indi dəyərləndir, sabah qatar gedəcək və sizin üçün çox, həddindən artıq gec olacaq! Səmimi olaraq bu fikirləri həm də ona görə ifadə edirəm ki, biz Türkiyə olaraq Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlıyıq. Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin bölgədə sülh və sabitlik yaradılması təşəbbüslərini tam müdafiə edir, onu dəstəkləyir və bu məqsədə nail olmaq üçün Türkiyənin hər cür fədakarlığa hazır olduğunu bəyan edir. Bu tarixi şansdır. Rusiya, Türkiyə və Azərbaycan Qafqaz regionunda sülh üçün real əməkdaşlıq edirlər. Xarici qızışdırıcı və təhrikedici faktorlara rəğmən bu rasional addımlar atılır. Ən son artıq haqqında bəhs etdiyimiz Rusiya sülhməramlı kontingentinin Azərbaycan torpaqlarından çıxması və sonra da bununla bağlı həm Bakı, həm də Moskvadan verilən açıqlamalar nə qədər yerində və düzgün verilib, həmçinin bu necə deyərlər “dövlət ağlı” ilə düşünülmüş qərarlar qəbul edilməsinin bariz nümunəsidir. Bu həm də müasir beynəlxalq münasibətlər sistemində baş vermiş, münaqişənin hərbi-siyasi yolla həll olunmasının bir nümunəsi, hətta yenilik mahiyyəti daşıyan mühüm bir faktıdır.
 
Əvvəldə qeyd etdiyim kimi tarixi qərarlar qəbul etmək həm də bir cəsarət işidir, böyük dövlət xadimlərinə xas olan keyfiyyətdir. Bu mənada Türk tarixində hər gün verdiyi qərarlarla silinməz izlər buraxan Prezident İlham Əliyevin xidmətləridanılmazdır. Bizdən sonra gələn nəisllərimiz bu gün bizim yaşadığımız, çox zaman fərqində olmadığımız tarixi olayları təhlil edib öz sözlərini mütləq deyəcəklər. Türk tarixi çox xaqanlar, hökmdarlar, dövlət başçıları görüb. Onların hər birini minnətdarlıq, dərin hörmət duyğuları ilə xatırlayırıq.  Zaman gələcək, İlham Əliyev fenomeninin şanlı Türk tarixində yerini, rolunu gələcək tarixçilər, araşdırmaçılar, analitiklər daha da dərindən öyrənəcəklər. O zaman hazırkı reallıqlarımızı onun hansı ağır, çətin şəraitdə və şərtlərdə yaratması ilə əlaqədar bilmədiklərimizi də öyrənəcəyikvə ona bu qətiyyətinə görə daha çox minnətdar olacağıq. Əminəm. Həqiqət budur ki, Türk milləti ona xidmət etmiş bütün böyük xaqanlarını, dövlət başqanlarını unutmadığı kimi Prezident İlham Əliyevin xidmətlərini də əbədiyyətə qədər qəlbində və könlündə yaşadacaq.     
 
20.04.2024
 
Hulusi Kılıç 
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri  ve
“İMZA” İB-nin Türkiyə təmsilçisi
Oxşar xəbərlər
12:17, Bu gün
Müəmma: xəsarət yox, zorakılıq yox, ortada üç bacının cəsədi var - Polis və FHN araşdırır
12:12, Bu gün
Kriminal dəstənin ən qəddar üzvü: Ömürlük məhkum görün nə etdi
12:08, Bu gün
Əli Əsədov qərar imzaladı
12:02, Bu gün
Qızların bu peşələrə marağı artıb - RƏSMİ 
11:57, Bu gün
Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq
11:54, Bu gün
Almaniya Türkiyəyə döyüş təyyarəsi satışını əngəllədi
11:45, Bu gün
Peşə təhsili müəssisələrinə qəbul başladı
11:36, Bu gün
Yeni tədris ilindən 9 peşə təhsili müəssisəsi ikinövbəli tədrisə keçir
11:23, Bu gün
50 yaşdan sonra öldürən içki bəlli oldu
11:19, Bu gün
“Modinin Zelenski ilə görüşü mümkün ABŞ sanksiyalarını neytrallaşdırmaq cəhdidir...”
11:14, Bu gün
Əri tərəfindən öldürülən qadının son istəyi nə olub?- VİDEO
11:07, Bu gün
33-cü Yay Olimpiya oyunlarında Fransanın anti-Azəbaycan mövqeyi...
10:53, Bu gün
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
10:38, Bu gün
ŞİKAYƏT: “3 nömrəli poliklinikadan şəkər dərmanlarımı ala bilmirəm, deyirlər ki, TƏBİB belə göstəriş verib”
10:34, Bu gün
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
10:29, Bu gün
Sürücülərin xəbərsiz olduğu avtobus zolaqları: Hansı hallarda istifadə etmək olar? (VİDEO)
10:12, Bu gün
“Yay yağışı bərəkət yox, fəlakətdir, bu sahələrə mənfi təsir göstərəcək”-EKOLOQDAN XƏBƏRDARLIQ
10:04, Bu gün
Tiramisunun yaradıcısı vəfat etdi
09:53, Bu gün
Ermənistan Laçın üzərində kəşfiyyat uçuşlarına CƏHD EDİB
09:45, Bu gün
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi — (FOTOLAR)- VİDEO 
09:43, Bu gün
Azərbaycana qarşı siyasi ikiüzlülük: Dünyanı kim çirkləndirir? — FOTOLAR
09:32, Bu gün
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
09:29, Bu gün
Paris-2024: Braziliya millisinin üzgüçüsü komandadan qovulub
09:07, Bu gün
HİPOTETİK SSENARİ: Şimali Koreya ilə müharibə DÜNYANI ÇÖKDÜRƏCƏK
09:04, Bu gün
Paris-2024: Yaponiya 1-ci pillədə - MEDAL SİYAHISI
08:58, Bu gün
Gəlin toyda öldü - Qızın atasından bəyə tükürpədən TƏKLİF - FOTO
08:27, Bu gün
Netanyahu yəhudilərin daha çox demokratlara səs verməsinin səbəbini belə izah etdi...
08:08, Bu gün
Qurban Qurbanov yenə qapıçı axtarır
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
07:44, Bu gün
Taksi sürücülərini çətin sınaq gözləyir: Yeni iş təklifinə razı olacaqlarmı?
07:31, Bu gün
Ukrayna SSRİ-nin ilk hidrogen bombasının sınaq üçün havaya qaldırıldığı 1800 km-lik məsafədəki hərbi aerodromu vurdu...
07:23, Bu gün
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
07:12, Bu gün
Bu xəstəlik insanları evə qapadacaq – Dəhşətli epidemiya XƏBƏRDARLIĞI 
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 20:09
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 19:34
Dadlı meyvə salatı necə hazırlanır?
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 19:02
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
28 Jul 2024 | 18:29
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
28 Jul 2024 | 18:03
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
28 Jul 2024 | 17:53
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
28 Jul 2024 | 17:52
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
28 Jul 2024 | 17:37
Venesuelada prezident seçkisi keçirilir
28 Jul 2024 | 17:31
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:26
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
28 Jul 2024 | 17:25
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:20
Yaponiyada zəlzələ oldu
28 Jul 2024 | 17:19
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:16
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:13
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 Jul 2024 | 16:12
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
28 Jul 2024 | 14:08
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:49
Sumqayıtda mənzildən meyit tapılıb
28 Jul 2024 | 12:27
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 11:36
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 Jul 2024 | 10:59
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
28 Jul 2024 | 10:55
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
28 Jul 2024 | 10:50
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 10:04
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
28 Jul 2024 | 09:50
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub
28 Jul 2024 | 08:29
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 08:22
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
28 Jul 2024 | 08:21
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
28 Jul 2024 | 08:11
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
28 Jul 2024 | 08:09
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
28 Jul 2024 | 08:06
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
28 Jul 2024 | 08:05
Venesuelada prezident seçkiləri keçiriləcək
28 Jul 2024 | 08:00
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
28 Jul 2024 | 07:55
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
GÜNLÜK
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO