109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
Oxunub: 3593
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
Hər ilin 24 aprel tarixi ermənilər üçün xüsusi bir gün sayılır. Həm Ermənistanda, həm də digər ölkələrdə yaşayan haylar 24 aprel tarixini vay-şüvən, ahu-zarla keçirərək uydurulmuş soyqırımını qeyd edirlər. Ulu babaları sərgərdan qaraçı olan və Cənubi Qafqaza əsasən XVIII əsrdə zorla yerləşən bu xalqın nümayəndələri işlərini o qədər ustalıqla icra edirlər ki, bir neçə ölkə bu qondarma günü tanıyaraq, parlamentlərində erməni soyqırımı barədə qanun da qəbul ediblər. Düzdür, bu qərarların qəbulu əsasən siyasi motivlərə dayanır. Hətta Amerikada yaşayan ermənilər bir az da irəli gedərək, məsələnin ABŞ Konqresində müzakirəsinə çıxarılmasını istəsələr də, Türkiyə tərəfinin sərt mövqeyi və hələ də ayıq-sayıqlığını itirməyən bir sıra konqresmenlərin sayəsində bu addım atılmayıb. 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin 109-cu ildönümü ərəfəsində İrəvanda maraqlı hadisələr qeydə alınıb. Baş nazir Nikol Paşinyanın bəyanatı Türkiyə tərəfindən müsbət dəyərləndirilə və münasibətlərin normallaşdırılması üçün xoş addım sayıla bilər.
 
Məsələ burasındadır ki, 13 aprel tarixində baş nazir “Ermənistan Respublikasının sosial psixologiyası” mövzusunda mühazirə oxuyub. Qondarma erməni soyqırımı məsələsinə toxunan Paşinyan bir dəfə də olsun bu termindən istifadə etməyib. Bunun əvəzinə isə “böyük fəlakət” və “qətliam” sözlərinə üstünlük verib. Eyni zamanda vurğulamaq lazımdır ki, bir saatlıq leksiya zamanı hökumət başçısı bu məsələdə də Rusiyanı günahlandırıb. O, qeyd edib ki, qondarma soyqırımı məsələsi SSRİ tərəfindən qızışdırılıb və məsələ 1946-cı ildən başlayıb. Daha dəqiq desək, Rusiya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi və NATO-nun yaranması ilə eyni dövrə təsadüf edib. Baş nazir iddiasına görə, Kreml “soyqırımı”ndan qaçan mühacirlərin geri qaytarılmasını təşkil etdi.
 
 
Dövlət başçısı eyni zamanda qeyd edib ki, Rusiya 1915-ci ildə regionu tərk edib və böyük fəlakət baş verib. Guya bir sıra daxili problemlər səbəbindən Moskva ərazini tərk ediblər və dəqiq seçim edən ermənilər Türkiyə ilə təkbətək qalıblar.
 
Qeyd etmək yerinə düşər ki, Paşinyan bu məsələdə tarixi faktları təhrif edib. Birincisi, rus ordusu Qafqazı 1915-ci ildə yox, 1917-ci ildə tərk edib. İkincisi, Osmanlı İmperiyasında fəaliyyət göstərən erməni siyasi partiyaları ilə “Gənc Türklər” arasında Şərqi Anadoluda erməni dövlətinin yaradılması ilə bağlı razılaşmalar barədə məlumatı olan Çar Rusiyası erməni məsələsindən Osmanlı imperiyasını zəiflətmək üçün bir vasitə kimi istifadə etməkdə ehtiyatlı davranırdı. “Böyük Ermənistan” xülyası adlı xəritədən isə Fransadakı rus kəşfiyyatı 1902-ci ildən məlumatlı idi. 1914-cü ildə Türkiyə ilə müharibənin başlanması erməni planlarının həyata keçirilməsini asanlaşdırdı. Yaşadıqları dövləti arxadan vuraraq türk kəndləri qılıncdan keçirən erməni silahlı dəstələri isə ordu mənsubları tərəfindən cəzalandırıldı. Bir sıra ermənilər isə qorxuya düşərək ərazini tərk etdilər. Bu isə sonradan soyqırımı nağılını yaratmaq üçün əla fürsətə çevrildi.
 
Göründüyü kimi, baş nazirin çıxışı Türkiyə ilə münasibətləri normallaşdırmaqla yanaşı, Rusiyanı günahlandırmağa yönəlib. Dövlət başçısı bu addımı ilə bu günə qədər az qala Ermənistanın başına gələn bütün müsibətlərdə Kremli günahlandırmaq dəst-xəttinə davam edir. Onun bu çıxışı isə İrəvanda siyasi qalmaqala səbəb olub. Müxalifətlə yanaşı, diaspor və kilsə də Paşinyanı sərt şəkildə tənqid edərək, Türkiyənin qulu olmaqda ittiham edib.
 
 
Maraqlıdır ki, baş nazirdən sonra hakim partiyanın ruporlarından biri sayılan, deputat Andranik Köçəryan da bənzər bəyanatla çıxış edərək bildirib ki, 1915-ci il hadisələrinin qurbanlarının tam siyahısını hazırlamaq lazımdır. Erməni təbliğat maşını bu günə qədər tarixi faktları gözardı edərək, qondarma soyqırımı nəticəsində 1.5 milyon dinc erməninin qətlə yetirildiyini iddia edir. Bununla yanaşı, rəqəmi sübut edən heç bir sənəd və sübut da yoxdur. Köçəryanın sözlərinə görə, bütün qurbanların adlarını dəqiqləşdirmək lazımdır.
 
Deputat Ovik Ağazaryan da polemikalara qoşularaq, bildirib ki, müasir Türkiyə 1915-ci ildə baş verən hadisələrə görə hüquqi məsuliyyət daşımır. O, həmçinin xatırladıb ki, həmin dövrdə ermənilər Osmanlı imperiyasının tərkibində yaşayıblar və öz dövlətləri olmayıb. Deməli, Ermənistanın 1915-ci il hadisələri ilə bağlı Türkiyədən heç nə tələb etməyə haqqı yoxdur.
 
Qeyd etmək yerinə düşər ki, dünya ermənilərinin uzun illər Türkiyəyə qarşı apardıqları saxta “soyqırımı” ittihamları və təbliğat Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına mane olan səbəblərdən biridir. Bu səbəbdən də hakim partiyanın birdən-birə bu məsələyə maraq göstərməsi və az-çox reallıqları etiraf etmə cəsarəti əslində qonşu dövlətlə münasibətləri həqiqətən də normallaşdırmaq istəyindən xəbər verir.
 
 
Yuxarıda da qeyd edildiyi kimi, bu açıqlamalar Ermənistanda çox ciddi rezonansa səbəb olub. Edmon Marukyan, Tiqran Abramyan, Arman Tatoyan kimi siyasətçilər kəskin bəyanatlarla çıxış edərək “Vətəndaş müqaviləsi” deputatlarını vətənə xəyanətdə ittiham ediblər. Məsələ burasındadır ki, Paşinyan və komandasını tənqid edən şəxslər tarixi çox yaxşı bilirlər və anlayırlar ki, erməni mifinin sonu yaxınlaşır. Çünki Köçəryanın dediyi kimi, 1.5 milyon nəfərin siyahısını tərtib etmək mümkün deyil. Bu qədər ad və soyadı uydurmaq isə son dərəcə çətin olacaq.
 
Məsələyə Türkiyə prizmasından yanaşsaq, Prezident Rəcəb Tayyip Ərdoğan dəfələrlə bəyan edib ki, Ermənistan arxivlərini açmalıdır. Türkiyə arxivlərini açıb və gizlədiləsi heç nə yoxdur. Erməni tərəfi isə hər dəfə müxtəlif bəhanələr gətirərək, nə arxivi açır, nə də müştərək tarix komissiyası yaratmaq fikrinə müsbət yanaşır. Hər şey aydındır. Həqiqət ermənilərə lazım deyil. Çünki bu, onların hər il ritual şəklində qeyd etdikləri soyqırımı bayramını dağıda bilər.
 
Hakimiyyəti tənqid edənlərin arasında Milli Arxiv İdarəsinin keçmiş direktoru Amatuni Virabyan da var. Virabyanın açıqlaması tənqidə yönəlsə də, bir sıra mətləblərdən xəbər verir. “Tarixçi” bildirir ki, Osmanlı imperiyası dövründə kənd və sakinlərin heç bir siyahısı olmayıb, bu səbəbdən də siyahı hazırlamaq mümkün deyil. Əslində bu fikir cəfəngiyyatdır. Türkiyə arxivlərində Anadolunun ən ucqarlarına qədər kəndlərin və yaşayan sakinlərin siyahısı mövcuddur. Virabyan eyni zamanda qeyd edib ki, gərgin iş nəticəsində 200-300 min qurbanın siyahısını hazırlamaq mümkündür. Yaxşı, o zaman sual ortaya çıxır, əgər Osmanlı imperiyasında heç bir siyahıya alınma olmayıbsa, 200-300 min erməni ilə bağlı siyahı necə hazırlanacaq? Eyni zamanda, əgər söhbət 1.5 milyon nəfərdən gedirsə, niyə birdən-birə rəqəm kəskin azalaraq 200-300 min arasında dayanır?
 
Göründüyü kimi, nə Paşinyanı, nə də Köçəryanı tənqid edənlərin heç bir tutarlı dəlili və əsası yoxdur. Bununla yanaşı, açıqlamaları ilə niyyətlərini büruzə verərək, soyqırımı nağılının cəfəngiyyat olduğunu bir daha sübuta yetirirlər.
 
24 aprel ərəfəsində hakim partiyanın elitası tərəfindən belə açıqlamaların verilməsi isə erməni dövlətinin regionda tək qaldığını, partiyadaşların, xüsusən də Paşinyanın ABŞ və Aİ tərəfindən aldadıldığını dərk etməsindən xəbər verir. Görünür, dalana dirənən baş nazir anlayır ki, yeganə çıxış yolu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Bu iş üçün isə ilk addım olaraq, Türkiyənin qırmızı xətti olan qondarma soyqırımı söhbətlərini yığışdırmaq lazımdır. Türkiyə ilə münasibətləri normallaşdırmaq, Azərbaycanla da münasibətləri nizama salmaq kimi qəbul edilə bilər. Hökumət başçısının yəqin ki, əsas hədəflərindən biri Marqara körpüsünün nəhayət açılmasını təmin etməkdir. 24 aprel tarixinə isə az qalıb. Əgər Paşinyan belə bir gündə də soyqırımı kəlməsindən istifadədən imtina etsə, bu, Ankara ilə münasibətlərdə ciddi müsbət addım kimi dəyərləndirilə bilər. Bununla yanaşı, bu gün dediyini sabah təkzib edən Nikola o qədər də etibar etmək də olmaz.
Oxşar xəbərlər
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfəbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
26 Sep 2024 | 16:44
DİQQƏT! Bakıda xüsusi zolaqalara yalnız bu avtomobillər daxil ola bilər
26 Sep 2024 | 16:38
Ceyhun Bayramov Angel Moratinosla görüşdü - FOTO
26 Sep 2024 | 16:33
"ABŞ Ukraynaya 8 milyard dollarlıq hərbi yardım edəcək" - "Reuters"
26 Sep 2024 | 16:27
Bu, Azərbaycan üçün legitim müharibə səbəbidir - Situasiya dəyişir
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:16
Bu yağlar xəstəlik yaradır - Alimlərdən XƏBƏRDARLIQ
26 Sep 2024 | 16:12
"Ukrayna gerçəkdən mövcud deyil və onu bərpa etmək mümkünsüzdür" - Tramp
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 16:03
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə TƏQDİM ETDİ
26 Sep 2024 | 15:58
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sentyabrın 28-i gündüzədək...
26 Sep 2024 | 15:53
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” - İlham Əliyev
26 Sep 2024 | 15:48
Müdafiə Nazirliyi ilə “Azərsilah” saziş imzaladı
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 15:36
İlham Əliyev: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 15:26
Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanıldı
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 15:12
Türkiyəli iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı - FOTOLAR
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 14:55
Akademik Milli Dram Teatrında "Sehrbazlar dərəsi" tamaşasının məşqlərinə başlanılıb - FOTO
26 Sep 2024 | 14:49
Müharibə iştirakçılarının 60 min manatını ələ keçirən şəxs həbs edildi - VİDEO
26 Sep 2024 | 14:45
İlk köç karvanı Cəbrayıla çatdı, açarlar təqdim olundu
26 Sep 2024 | 14:38
"Rusiya nüvə doktrinasını dəyişib və indi qeyri-nüvə dövlətinə nüvə zərbəsi endirə bilər" - Kremlin mətbuat xidməti
26 Sep 2024 | 14:34
Ali Məclisin sədrliyinə təklif olunan namizəd dəstəklənmədi - FOTO
26 Sep 2024 | 14:31
“Şəhərdə tülkülər çoxalıb, quduzluq xəstəliyi arta bilər”- Ekoloqdan QORXUNC proqnoz-ÖZƏL+FOTO
26 Sep 2024 | 14:29
Tullantıları yandırılan vəzifəli şəxslər cərimələndi
26 Sep 2024 | 14:25
Bakıda qadına hücum edən şəxsə hökm oxundu
GÜNLÜK
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:15
Zelenski ABŞ lideri ilə görüşdü...- Ukraynanın Qələbə planı ilə bağlı nə qərar verildi?.. 
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:15
Zelenski ABŞ lideri ilə görüşdü...- Ukraynanın Qələbə planı ilə bağlı nə qərar verildi?.. 
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq