"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
Siyasət
Oxunub: 2934
16 Apr 2024 | 15:32
Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın təkmil inkişaf modelini, hər bir sahədə zəngin təcrübəyə malik olmasını, islahatçı ölkə kimi nüfuz qazanmasını, ən əsası qalib xalq və dövlət olaraq yaratdığı yeni reallıqları təqdir edir. Azərbaycan ötən hər gün sabitlik diyarı kimi qazandığı imicinə yeni-yeni əlavələr edir. İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri zamanı tarixi zəfərlərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın hazırda sözünün imzası qədər dəyərli olması hər birimizi qürurlandırır. Təbii ki, hər bir uğurumuzun əsasında xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı dayanır. Vətən müharibəsində tarixi Zəfərimizin simvoluna çevrilən “dəmir yumruq” bu birliyin təqdimatı oldu. 
 
Bütün bunları görməmək siyasi korluqdur. Bu uğurların fonunda “sapı özümüzdən olan baltalar”ın öz şəxsi ambisiyalarının quluna çevrilmələri, xarici himayədarlarının oyuncağı funksiyasını yerinə yetirərək onların çaldığı havaya oynamaları, anti-Azərbaycan dairələrin hazırladıqları ssenarilərin icrasının  qarşılığında alacaqları  qrantlar uğrunda bir-biriləri ilə didişmələri hər kəsə məlum olan faktlardır. Bu gün demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə tam təmin edilib. İnsan hüquqlarının  qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə dünya ictimaiyyətinin diqqətindədir. Bunları dəyərləndirmək üçün şəxsi ambisiyalar deyil, dövlət maraqları öndə olmalıdır. Amma uzun illərin təcrübəsi sübut edir ki, radikallığı  fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən antimilli ünsürlərdən belə bir konstruktiv mövqe gözləmək sadəlövhlük olardı. 
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə diqqəti yarandığı gündən xarici anti-Azərbaycan dairələrin layihəsi olduğunu hər an büruzə verən və atdığı bütün addımlarla bunu təsdiqləyən “Milli Şura” adlanan, əslində isə bütün əməllləri ilə antixalq və antimilli mövqedə dayandığını təsdiq edən üzdəniraq qurumun 21 aprel tarixinə planlaşdırdığı mitinq şousuna yönəldib. Radikal ünsürlər xaricdəki anti-Azərbaycan qüvvələri tərəfindən aldıqları mitinq sifarişini yerinə yetirmək istəyirlər… Məlumdur ki, zaman-zaman Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq, xalqda ölkə iqtidarına qarşı narazılıq formalaşdırmaq dövlətimizin müstəqil siyasətini, davamlı uğurlarını həzm etməyən xarici anti-Azərbaycan qüvvələrini düşündürən məsələlər olub. Daxili bədxahlarımız həmin qüvvələrin maraqlarının ifadəçisinə çevrildikləri üçün mitinq tapşırığını, necə deyərlər, canla-başla qəbul edirlər. Dövlət maraqları bu ünsürlər üçün həmişə arxa planda olub. Belə sifarişli mitinqləri keçirmək cəhdi müxalif düşərgədə mövcud vəziyyətə də aydınlıq gətirir. Düşərgənin konstruktiv qanadı belə sifarişlərə, onların icraçılarına hər zaman mənfi münasibətini bildirir, dağıdıcı antimilli ünsürlərin siyasi meydanı tərk etmələrini tələb edirlər. Müxalifətçilik anlayışının mahiyyətini hələ də dərk etməyən Kərimov Əli kimi xain ünsürlər bu haqlı tələblərdən nəticə çıxarıb siyasət meydanını tərk etmək əvəzinə dövlətə, xalqa xəyanət yolunu tutmağı “qəhrəmanlıq” kimi qəbul edirlər. Belələrinə xalqın verdiyi cavab dəyişməzdir. Siyasi meydanın küncünə sıxışdırılan bu ünsürlər özlərinə cəsarət tapıb  bu meydanı tərk etməlidirlər. 
 
YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, başları Azərbaycan əleyhinə təbliğat aparmağa, uğurlarımıza qara eynəkdən baxmağa qarışan qondarma “milli şura”çılar cəmiyyətdə ixtilaf yaratmaq məqsədi daşıyan mitinq cəhdlərindən utanc hissi keçirmirlər. Bu gün Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalqın öz Prezidentinə inamı sonsuzdur. Bunu şərtləndirən amillər, təbii ki, göz qabağındadır. Dövlətimizin qətiyyəti, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olunur. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcı olmaqla yanaşı, həm də 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Bu seçkilər Azərbaycanın uğurlarının, demokratik proseslərin sürətləndirilməsinin təqdimatı oldu. Bunları inkar edib heç bir əsası olmayan iddialarla insanları iğştişaşlar törətməyə çağırmaq bədnam “milli şura”çıların çirkin niyyətlərinin daha bir iyrənc təzahürüdür. Bu gün xalq arasında nüfuzu sıfırın altında olan Kərimov Əli kimi avantüristin guya mitinqin zəruriliyi ilə bağlı fikirləri dağıdıcı ünsürlərin xəbis niyyətlərini bir daha ifşa edir. Mitinq çağırışları ilə varlıqları barədə görüntü yaratmağa çalışan kərimov əlilər 30 il öncənin nostalji hissləri ilə yaşayırlar. Bu xain ünsürlər unudurlar ki, nə Azərbaycan həmin dövrün Azərbaycanı, nə də xalq həmin xalqdır. Özləri, həmçinin sosial bazaları barədə böyük görüntü yaratmağa çalışan bu ünsürlərin əvvəllər keçirdikləri mitinqlərə insanları hansı yollarla topladıqları məlumdur. Həmin mitinqlərin iştirakçıları bir qayda olaraq özlərinin ailə üzvləri idilər. Dağıdıcı ünsürlərin zaman-zaman özlərinin mitinq şoularının fiaskoya uğramasında hakimiyyəti günahlandırmaq cəhdləri gülüncdür. 
 
Vüqar Rəhimzadə vurğulayıb ki, dağıdıcıların 21 aprel mitinq-şoularının tələblərinə diqqət yetirdikdə onların əsl niyyətləri bəlli olur. Absurd tələblərin heç bir əsası yoxdur. Azərbaycan sosial dövlətdir. Ölkəmizin iqtisadi inkişafı güclü sosial siyasətlə tamamlanır. Minimum əməkhaqqının, pensiyaların, digər müavinətlərin artırılması dövlətimizin sosial-iqtisadi siyasətinin əsas göstəriciləridir. Digər tərəfdən, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin insan amilinə yüksək dəyər verdiyini bir daha əyani surətdə nümayiş etdirir. 
 
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, regionda və dünyada yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına çağırılması xəyanətdir. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ, Avropa İttifaqı və Ermənistan görüşü də daxili bədxahlarımızın  xainliyinə işıq saldı. Regionda sülhə və təhlükəsizliyə maneə olan bu görüşə antimilli ünsürlərin dəstəyi Qərbdəki anti-Azərbaycan və ermənipərəst dairələrin “beşinci kalon”u hərəkətə gətirmək niyyətini və  ölkə daxilindəki sabitliyi pozmaq, xalq-iqtidar birliyinə kölgə salmaq cəhdlərini nümayiş etdirdi. Azərbaycana qarşı hər zaman belə cəhdlər olub. Lakin hər dəfə bu cəhdlər dövlətimizin uğurlu siyasəti, xalqımızın birliyi, qətiyyəti sayəsində iflasa uğrayıb.
 
Oxşar xəbərlər
08:10, Bu gün
Ev heyvanını tərk edən şəxsləri 3000-ə qədər cərimə gözləyir
08:05, Bu gün
Bu bitki güclü antioksidant təsirə malikdir
07:59, Bu gün
Putin bu "FSB" killerini 16 siyasi məhbusa dəyişdi...-O, Sobçakın qətlində şübhəlidir...
00:59, Bu gün
Dözülməz xəstəlikdən əziyyət çəkən qadın evtanaziya ilə həyatına son verdi
00:07, Bu gün
Husilər də İsrailə qarşı çağırış etdi
00:06, Bu gün
Ərdoğanla Bayden arasında telefon danışığı olub
00:02, Bu gün
ABŞ kəşfiyyatı: İran hücuma hazırlaşır
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 23:00
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazandı
01 Aug 2024 | 22:52
“O qədər əziyyət çəkirik, amma həmişə arxa planda qalırıq” - Aktrisadan şikayət
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
01 Aug 2024 | 22:30
Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb
01 Aug 2024 | 22:18
Paris-2024: Azərbaycan idmançılarının NƏTİCƏLƏRİ
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 22:02
“Bu, güclü dövlətdən gələn ciddi bir təhdid deyil, bu, sadəcə milçək vızıltısıdır”
01 Aug 2024 | 21:53
Prezident və xanımı cüdoçu Zelim Kotsoyevə zəng ediblər
01 Aug 2024 | 21:44
Endokrinoloq: piylənmə şəkərli diabet və insulta gətirib çıxarır
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 21:30
"Sabah" - "Makkabi" oyununda 3-cü qol - YENİLƏNİR - VİDEO
01 Aug 2024 | 21:23
QHT Agentliyinin dəstəklədiyi layihə Binəqədi rayonunda icra olunub
01 Aug 2024 | 21:16
Qarın piylərini əridən tərəvəz
01 Aug 2024 | 21:08
"Vəziyyət gərginləşir": İran diplomatının 5 mühüm görüşü və Blinkenin təkidedici çağırışı
01 Aug 2024 | 21:03
Bakıda seksual manyak peyda oldu - FOTO
01 Aug 2024 | 20:55
“Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin qalibləri elan edilib
01 Aug 2024 | 20:48
Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəldi
01 Aug 2024 | 20:32
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Kino günü” ənənəvi mükafatının qaliblərini açıqladı
01 Aug 2024 | 20:16
Yatmadan əvvəl nə yemək lazımdır?
01 Aug 2024 | 20:08
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşü start götürüb
01 Aug 2024 | 19:58
Əkbər Əlizadə hava limanında DAVA ETDİ - VİDEO
01 Aug 2024 | 19:50
İşsiz qalan 5 min müəllim: onlara yenidən şans yaradılacaq?
01 Aug 2024 | 19:41
Azərbaycana 2-ci medal qazandırdı
01 Aug 2024 | 19:37
52 yaşlı aktrisa gənc görünməyin sirrini açıqladı - FOTOLAR
01 Aug 2024 | 19:30
Azərbaycan daha bir ölkəyə qaz satmağa başladı
01 Aug 2024 | 19:23
Dünya müharibəsinə sayılı günlər qalıb - ASTROLOQDAN ŞOK PROQNOZ
01 Aug 2024 | 19:16
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" matçının start heyətləri açıqlanıb
01 Aug 2024 | 19:08
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
01 Aug 2024 | 18:58
ABŞ səfirindən Azərbaycan dilində təbrik — VİDEO
01 Aug 2024 | 18:50
"Ailələrdə rus dilində danışılması biabırçılıqdır" — Qulu Məhərrəmli
01 Aug 2024 | 18:43
Soğan və limon yarısını soyuducuda nə qədər saxlamaq olar?
01 Aug 2024 | 18:38
Paris-2024: Azərbaycan cüdoçusu finala yüksəlib
01 Aug 2024 | 18:30
XİN məlumat yaydı
01 Aug 2024 | 18:25
Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ
01 Aug 2024 | 18:20
Nömrənizi "bloka atan" abunəçiyə necə zəng etmək olar?
01 Aug 2024 | 18:14
Rusiya və ABŞ  arasında siyasi məhbusların  “genişmiqyaslı mübadiləsi" başlandı...-"CNN"
01 Aug 2024 | 18:13
Livan BMT TŞ-yə şikayət ünvanlayıb
01 Aug 2024 | 18:08
"Harrislə Zelenski alyansından nə gözləmək olar?" - "Time"
01 Aug 2024 | 18:05
Badımcanın sağlamlığınız üçün beş faydası
01 Aug 2024 | 18:00
Əli Əsədov daha bir qərar imzaladı
01 Aug 2024 | 17:55
Seçkilərlə əlaqədar media mərkəzi açılacaq
01 Aug 2024 | 17:51
COP29-da ictimai nəqliyyat: Taksilərə qadağa qoyulacaq?
01 Aug 2024 | 17:48
Məzahir Pənahov seçkini izləyəcək müşahidəçilərin sayını AÇIQLADI
01 Aug 2024 | 17:42
Ünvanlı sosial yardımın məbləği ARTIRILACAQ?
01 Aug 2024 | 17:38
Küləklə bağlı sarı xəbərdarlıq edildi
01 Aug 2024 | 17:34
Ödənişli təşviqatla bağlı neçə media orqanı müraciət edib?
01 Aug 2024 | 17:32
Yol qəzalarına səbəb olan AMİLLƏR BUNLARDIR
01 Aug 2024 | 17:27
Deputatlığa namizədliyi qeydə alınanların sayı AÇIQLANDI
01 Aug 2024 | 17:25
"Ana dilimiz qəzalı vəziyyətdədir" - SEYRAN SƏXAVƏT DANIŞDI
01 Aug 2024 | 17:19
Yaxın qohumu deputatlığa namizəd olan DSK üzvlərinin fəaliyyətinə xitam verildi
01 Aug 2024 | 17:12
YAP-ın məşvərətçi səs hüquqlu üzvü təyin edildi
01 Aug 2024 | 17:07
"Yaxşı, Kamala Harris hindli, yoxsa qaradərilidir?" - Tramp
01 Aug 2024 | 17:00
Baş nazirdən sosial ödənişlərlə bağlı QƏRAR
01 Aug 2024 | 16:54
"Bu göstəriciyə görə Azərbaycan əksər ölkələrdən geridədi, hətta..." - Sabiq maliyyə naziri AÇIQLADI
01 Aug 2024 | 16:48
Vergi güzəştləri ilə bağlı yenilik
01 Aug 2024 | 16:44
Dilimiz milli kimliyimizdir...
01 Aug 2024 | 16:38
Əli Əsədov qərar imzaladı
01 Aug 2024 | 16:33
“Qarabağ” - “Ludoqorets” oyununun hakimləri bəlli oldu
01 Aug 2024 | 16:28
Bu çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
01 Aug 2024 | 16:22
Türkiyə səfirliyinin əməkdaşından duyğusal paylaşım - FOTO
01 Aug 2024 | 16:16
İnsan sağlamlığına yeni TƏHLÜKƏ
01 Aug 2024 | 16:11
Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə hərəkət tam məhdudlaşdırılır
01 Aug 2024 | 16:05
Şuşada Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirildi
01 Aug 2024 | 16:00
Avtomobil marketə çırpıldı – ANBAAN VİDEO
01 Aug 2024 | 15:54
"İsrailin sionist və işğalçı rejimi üçün qırmızı xətt mövcud deyil..."
01 Aug 2024 | 15:48
Dünyanın fəxri ustadları siyahısında yer alan aşıq Samirə: "Daha çox maddiyyat əldə etmək üçün..."
01 Aug 2024 | 15:42
Ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
01 Aug 2024 | 15:37
Abşeronda zirzəmidən asılmış kişi meyiti tapıldı
01 Aug 2024 | 15:30
Arda Gülər illər öncə bu filmdə rol alıb - VİDEO
01 Aug 2024 | 15:25
HƏMAS liderinin öldürüldüyü iqamətgahın yeni GÖRÜNTÜLƏRİ - FOTO
01 Aug 2024 | 15:19
AXC əleyhdarları Əliheydər Qarayev, Ayna Sultanovanın və s. sonunu bu erməni gətirmişdi...
01 Aug 2024 | 15:15
"Nə maşın sürürdüm gedib alırdı, eləsin götürdüm ki, çata bilmir" - VİDEO
01 Aug 2024 | 15:10
Xəzərin altında qalan qədim şəhər üzə çıxdı: Yaşma adasından görüntülər - VİDEO
01 Aug 2024 | 15:04
Qarabağ Universitetində yeni təyinat - FOTO
01 Aug 2024 | 14:59
Peşə təhsili müəssisələrinə işə qəbul imtahanına start verilir
01 Aug 2024 | 14:45
Şübhəliyə badalaq vurub, polisə kömək etdi - VİDEO
01 Aug 2024 | 14:40
Marşal və generalların ölüm statistikası – Vermaxtın itkiləri daha çox olub
01 Aug 2024 | 14:35
Əli cibində Olimpiadada medal qazandı, gündəm oldu - VİDEO
01 Aug 2024 | 14:30
Selcan Familzadə yüksək posta gətirildi
01 Aug 2024 | 14:26
"Ukrayna heç vaxt öz ərazilərindən imtina etməyəcək" - Zelenski
01 Aug 2024 | 14:20
Əməkdar artist vəfat etdi - FOTO
01 Aug 2024 | 14:14
“Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik...” - Tanınmış aparıcı ifşa etdi - FOTO
01 Aug 2024 | 14:07
İsmayıl Haniyənin gəlinindən duyğusal PAYLAŞIM – VİDEO
01 Aug 2024 | 14:00
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
01 Aug 2024 | 13:54
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi ETSN-nin Orxus mərkəzində dəyirmi masa keçirib - FOTO
01 Aug 2024 | 13:48
Prezident kino işçilərini təltif etdi - SİYAHI
01 Aug 2024 | 13:42
“İran qisas zərbəsini İsrailə yox, başqa yerə endirəcək” - SENSASİYA
01 Aug 2024 | 13:37
Rəsmi Bakı İsveçrəni təbrik etdi
01 Aug 2024 | 13:31
Xalq artistinin qızından gənc yazıçıya SƏRT SÖZLƏR: "Sən hələ özün gör kimsən"
01 Aug 2024 | 13:25
Hidayət Heydərov birinci pilləyə yüksəldi
01 Aug 2024 | 13:19
“İran İsrailin 2 şəhərinə hücuma hazırlaşır” – “Xamenei cavab zərbələrinə hazır olmağı tapşırıb”
GÜNLÜK
01 Aug 2024 | 13:31
Xalq artistinin qızından gənc yazıçıya SƏRT SÖZLƏR: "Sən hələ özün gör kimsən"
01 Aug 2024 | 08:49
Beş yaşlı qıza təcavüz edərək- ONU SUSDURMAQ ÜÇÜN OYUNCAQ TƏKLİF EDİBLƏR 
01 Aug 2024 | 10:50
Polislər yanan maşında qalan şəxsləri xilas etdilər - VİDEO
01 Aug 2024 | 10:22
“Nikosayağı”dan gözlənilməz ADDIM - FOTOlar
01 Aug 2024 | 10:57
“Düşmənlərim elə bildilər öləcəm, ölmədim” - Ofeliya Şabanova
01 Aug 2024 | 15:42
Ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
01 Aug 2024 | 10:37
Çempionlar Liqası: "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib
01 Aug 2024 | 11:03
Nazim Abbasov vəzifəsindən azad edildi
01 Aug 2024 | 13:42
“İran qisas zərbəsini İsrailə yox, başqa yerə endirəcək” - SENSASİYA
01 Aug 2024 | 08:37
Paris-2024: Azərbaycanın dünya çempionu olan cüdoçusu mübarizəyə başlayır
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
AYLIQ
01 Aug 2024 | 13:31
Xalq artistinin qızından gənc yazıçıya SƏRT SÖZLƏR: "Sən hələ özün gör kimsən"
01 Aug 2024 | 08:49
Beş yaşlı qıza təcavüz edərək- ONU SUSDURMAQ ÜÇÜN OYUNCAQ TƏKLİF EDİBLƏR 
01 Aug 2024 | 10:50
Polislər yanan maşında qalan şəxsləri xilas etdilər - VİDEO
01 Aug 2024 | 10:22
“Nikosayağı”dan gözlənilməz ADDIM - FOTOlar
01 Aug 2024 | 10:57
“Düşmənlərim elə bildilər öləcəm, ölmədim” - Ofeliya Şabanova
01 Aug 2024 | 15:42
Ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
01 Aug 2024 | 10:37
Çempionlar Liqası: "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib
01 Aug 2024 | 11:03
Nazim Abbasov vəzifəsindən azad edildi
01 Aug 2024 | 13:42
“İran qisas zərbəsini İsrailə yox, başqa yerə endirəcək” - SENSASİYA
01 Aug 2024 | 08:37
Paris-2024: Azərbaycanın dünya çempionu olan cüdoçusu mübarizəyə başlayır