Etnik, dil və mədəni proseslərin yeni mərhələsi. Azərbaycan xalqının təşəkkülü...-Akif Nağıdan tariximizə fərqli baxış... 
Elm və Təhsil
Oxunub: 2212
13 Mar 2024 | 15:53
Etnik, dil və mədəni proseslərin yeni mərhələsi. Azərbaycan xalqının təşəkkülü...-Akif Nağıdan tariximizə fərqli baxış... 
“Azərbaycan xalqının təşəkkülü e.ə. I minilliyin birinci yarısına aid edilməlidir. Məhz formalaşmış xalqın içərisindən türkdilli Manna, Maday, Sak (Skif), eyni zamanda fars dilli Əhəməni sülalələri yüksələ bilərdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Azərbaycan tarixi AKİF NAĞININ təqdimatında...
 
 
VIII mövzu
 
Etnik, dil və mədəni proseslərin yeni mərhələsi. Azərbaycan xalqının təşəkkülü
 
(e.ə. I minilliyin ilk yarısı)
 
Biz xalq kimi formalaşıb dövlətimizi yaradanda...
 
E.ə. I minilliyin ilk yarısında həm Azərbaycan dövlətçiliyi o dövr üçün yüksək inkişaf səviyyəsinə çatdı, həm də etnik, dil, mədəni proseslərin daha aydın mənzərəsi yarandı. Bundan əvvəlki dövr üçün protoazərbaycan, protoazərbaycanlı anlayışlarını bütün proseslərə aid etdiyimiz kimi, indi də bütün proseslərə Azərbaycan və azərbaycanlı prizmasından yanaşmalıyıq. Azərbaycan dövləti ifadəsi ilə yanaşı Azərbaycan dili, xalqı, mədəniyyəti kimi ifadələr işlədilməlidir. Bir daha qeyd edək ki, dövlət varsa, deməli xalq da artıq mövcuddur. Dövləti xalq yarada bilərdi. Arattalı, Lullubi, Kuti sülalələrinin dövründə Azərbaycan xalqı formalaşmasının ilkin mərhələsini yaşayırdı. Yaradılan dövlət də xalqın inkişaf səviyyəsinə uyğun idi. Manna, Maday, Sak (Skif), Əhəməni sülalələrinin dövründə isə klassik dövlət quruluşu yaradan Azərbaycan xalqı meydanda idi. Ona görə də Azərbaycan xalqının təşəkkülü e.ə. I minilliyin birinci yarısına aid edilməlidir. Məhz formalaşmış xalqın içərisindən türkdilli Manna, Maday, Sak (Skif), eyni zamanda fars dilli Əhəməni sülalələri yüksələ bilərdi.
 
Azərbaycan xalqı Ural-Altay (Türk), Hindavropa, Qafqaz dil ailələrinə mənsub olan etnosların bir-birinə qaynayıb-qarışması ilə formalaşdı. Əhalinin əksəriyyətini türk tayfaları, soyları təşkil edirdi, ümumi danışıq dili də türk dili idi. Əhəmənilər hakimiyyətə gəldikdən sonra fars dilinin mövqeyini gücləndirməyə çalışdılar, sarayda fars dilinə üstünlük verdilər, bu dildə qayaüstü abidələr, başqa sənədlər yaratdılar. Lakin türk-maday dilini sıradan çıxara bilmədilər, madayları dövlətin idarə olunmasından kənarlaşdırmağı bacarmadılar. Türk-maday dili əhalinin danışıq dili kimi qaldı, fars dili o qədər də geniş yayılmadı. E.ə. I minillikdə həm dövlətlərarası təmaslarda, həm ölkələrin daxilində əsasən arami dilindən istifadə olunurdu. Əhəmənilərin vaxtında da bu dil Azərbaycan dövlətinin rəsmi dili idi [1, s.589]. Arami və ya arameylər Suriya ərazisində köçəri həyat sürür, dillərinin bu geniş statusuna baxmayaraq, öz dövlətlərinə malik deyildilər. Onların dili sami ailəsinə daxil olmaqla, bir qədər ivrit dilinə yaxın idi.
Əhəmənilər, əlbəttə, fars dili və mədəniyyətinin üstünlüyünü təmin etməyə cəhd göstərdilər, lakin istədiklərinə nail ola, Azərbaycan dövlətinin xarakterini dəyişə bilmədilər. Əhəmənilərin bu hərəkətlərindən madaylar əvvəlcədən ehtiyat edir, onların hakimiyyətə gəlməsinə mane olmağa çalışırdılar. Bu mənada mənbələrdə qalmış bir mətn diqqəti cəlb edir. Herodot kahin maqlar başda olmaqla madayların hökmdar Astiaqa bir müraciətini yazıya köçürmüşdür. II Kirin Astiaqa qarşı üsyan qaldırdığı, gərgin vəziyyətin yarandığı bir vaxtda onlar həyəcan təbili çalırdılar: “Bizim üçün, hökmdar, hər şeydən vacib sənin hakimiyyətini möhkəmləndirməkdir, yoxsa hakimiyyət… farslara keçərsə, madayaylar yad adamlar kimi qul edilər, farsların nifrət mənbəyinə çevrilər” [10, s.17]. Bu fakt digər tərəfləri ilə yanaşı həmin dövrdə artıq etnik mənsubiyyət və təəssübkeşliyin gündəmdə olduğunu göstərirdi.
 
 
Azərbaycan əhalisinin etnik tərkibi təxminən iki min il əvvəlki vəziyyətdən o qədər də fərqlənmirdi, əsasən həmin lullubi, kuti, su, turukki tayfalarının özlərindən və ya törəmələrindən ibarət idi. Manna və maday tayfalarının kökündə də onlar dayanırdı. Onlar türkdilli tayfalar idi [6, s.250,256]. Herodotun qeyd etdiyi altı maday tayfası-paretakenlər, struxatlar, buslar, budilər, arizantlar və maqların etnik mənsubiyyəti ilə bağlı müxtəlif fikirlər mövcuddur, amma dəqiq, əsaslandırılmış mövqe yoxdur. Diqqəti daha çox maq tayfaları cəlb edir. Əksər tədqiqatçılar maqları türk mənşəli hesab edir [8, s.395]. Onlar Azərbaycanın ən qədim tayfalarıdır. Ölkəmizdə geniş yayılmış mük, muğ tayfalarının da onların bir qolu olduğu qeyd olunur. Manna, Maday, Muğan və sair onların adı ilə bağlıdır. Məsələnin bir tərəfi də var ki, maqlar odpərəst, atəşpərəst olublar, farslar isə heç vaxt oda sitayiş etməyiblər, atəşpərəstliyin vətəni Azərbaycan idi, atəşpərəstlərin baş məbədi də orada idi [6, s.263]. Atəşpərəstliyin əsas kitabı “Avesta”nın təxminən e.ə. 660-cı illərdə meydana gəldiyi güman edilir. Bu kitabla bağlı müxtəlif fikirlər mövcuddur. Amma yuxarıda deyilənləri, atəşpərəstlik ənənələrini, oda xüsusi münasibəti nəzərə almaqla kitabın özünün və müəllifi Zərdüştün Azərbaycan dünyasına aid olduğu şübhə doğurmamalıdır. “Avesta” Qat, Yasna, Videvdad, Yəşt kimi dörd əsas hissədən ibarətdir. Qatlar əsas mətndən bir neçə yüz il əvvəl yaradılmışdı [4, s.180]. “Avesta” həm samballı sənət əsəri, böyük bir dinin ideoloji bazası, həm də Azərbaycan tarixinin öyrənilməsi üçün vacib mənbədir. Kitabın 12 min dana dərisi üzərində yazıldığı qeyd olunur, lakin onun həmin variantı əldə qalmamış, e.ə. IV əsrdə Makedoniyalı İsgəndərin hərbi yürüşü zamanı yanğında məhv olmuşdur. Yalnız yeni eranın III əsrində Sasanilər tərəfindən bərpa edilib, pəhləvi dilinə çevrilərək yenidən kitab halına salınmışdır. Kitabın bu variantı da müasir dövrə tam şəkildə çatmamışdır [6, s.406]. “Avesta”nın ilk variantının “Avesta dili”ndə yazıldığı bildirilir, lakin bu dillə bağlı dəqiq məlumat yoxdur, onun maday və ya sak (skif) dillərinə, yəni türk dilinə yaxın olduğu güman edilir.
Bu dövrün əsas hərbi-siyasi fiqurlarından olan sak (skif) soyları ilə bağlı bəzi məlumatları bir daha dəqiqləşdirək. Ən geniş yanaşmaya görə, onlar türk və irandilli tayfalardan ibarət olmuşlar [2, s.118]. Bu, bir qədər qəribə görünə bilər ki, eyni adlı tayfa müxtəlif dillərdə danışıb. Bunu belə izah etmək olar ki, eyni protodilə məxsus tayfalar e.ə. III minillikdən başlayaraq ata yurdunu tərk edib müxtəlif ərazilərə yayılmışdı. Onların düşdükləri mühitə uyğun olaraq, dilləri də dəyişikliyə uğraya bilərdi.
 
Sak (Skif) etnonimi e.ə. VII əsrə aid assur mənbələrində işquzay, aşquzay şəkillərində qeydə alınmışdır [7, s.54-57]. Bu sözlər assurların dilində izah olunmadığına görə qətiyyətlə demək olar ki, həmin ifadələr onların özlərinin dilində səsləndirilmiş, assurlar da bu ifadələri onlardan götürmüşlər [14, s.242]. Bu sözlər türk dilinə məxsus olmaqla, “oğuz” sözünün fərqli formalarından ibarətdir. Şimali Qara dəniz sahillərində yaşayan saklar (skiflər) isə özlərinə “skolot” deyirdilər. Herodota görə yunanların işlətdikləri skif (skit) sözü də buradan götürülüb [12, s.6]. Bir daha vurğulanmalıdır ki, skolot, iskit, skif sözləri eyni kökdəndir.
 
Bu dövrdə əlifbalı yazı mədəniyyəti də tədricən yayılırdı. Mədəni xalqlar əsasən Finikiya və arami yazı və dillərindən istifadə edirdi. Azərbaycanda yerli yazı variantlarının olmasına dair məlumat yoxdur. Yalnız M. Kalankatlı epizodik olaraq qeyd edir ki, madayların yazısı olmuşdur [5, s.16]. Lakin bu yazı ilə bağlı hər hansı digər məlumat verilmir. Böyük ehtimalla hamı kimi madaylar da arami yazısından istifadə edirdilər.
 
Bu dövrdə ən vacib məsələlərdən biri də qeyd olunmalıdır. Bu vaxt “Azərbaycan” sözünün ilkin variantına rast gəlinir. E.ə. VIII-VII əsrlərə aid mixi yazılarda Andarpatkanu/ Andarpatkan, Andirpattianu yaşayış məskənlərinin, bölgələrin adlarına təsadüf edilir. Həmin bölgələr manna və maday tayfalarının yaşadığı əraziləri, Qızıl-Üzən çayının sahillərini, indiki Qəzvin şəhərinin ətrafını əhatə edirdi [7, s.42,74; 2, s.133]. 
 
Rus şərqşünası Nina Piqulevskayanın “SSRİ xalqlarının tarixinə dair Suriya mənbələri” (Moskva-Leninqrad, 1941) kitabında tərcümə edərək verdiyi “Karxi de Bet Seloxun tarixi” adlı V-VI əsrə aid Suriya mənbələrində göstərilir ki, Maday hökmdarı Arbak (Adurbad, Azurbad) Assuriyanı məğlub edərək, qala divarlarını tikdi, həmin ərazilər onun adı ilə Adorbayqan torpaqları adlandırıldı. Bu fakt antik müəlliflərdən Ammian Marsellin tərəfindən də təsdiq olunur [13].
 
Yuxarıda adı çəkilən Maday hökmdarı Arbak haqqında Assuriya hökmdarı II Sarqonun səlnaməsində də e.ə. 713-cü il hadisələri ilə bağlı məlumat verilir [15, s.104]. Verilən məlumatları belə ümumiləşdirmək olar ki, Maday hökmdarı Arbak öz ölkəsinin Adorbayqan əyalətində Adurbad şəhər qalasının əsasını qoymuşdur. Beləliklə, Adurbad, Adorbayqan, Andarpatkan, Andirpattianu adları həmin dövrə qədər Azərbaycan dövlətinin artıq mövcud olduğu nəzərə alınmaqla, “Azərbaycan” adının qədim forması kimi qeyd olunmalıdır.
 
Bunların əsasında demək olar ki, Azərbaycan sözü başlanğıcını bu yer, əyalət adlarından götürmüş, tədricən müasir formasını almışdır. Bəzi tədqiqatçılar diqqəti e.ə. Azərbaycanda mövcud olmuş “azər”, “azari” yer adlarına yönəldir, məsələn, qeyd edirlər ki, e.ə. VIII əsrin sonlarında Assur hökmdarı II Sarqonun yürüşü ilə əlaqədar Azərbaycanın Mazamua bölgəsində Azari şəhərinin adı çəkilir [7, s.40, 76; 3, s.19]. İstənilən halda bilməliyik ki, Azərbaycan adı qədim tariximiz, ərazimiz, dövlətimizlə bağlıdır.
 
Bu dövrdə Azərbaycan əhalisinin dini təsəvvürləri əsasən çoxallahlılıq və bütpərəstliklə bağlı idi. “Avesta” kitabı artıq yazılmışdı, ona uyğun atəşpərəstlik məbədlərinin qalıqları aşkar edilib. Həsənlitəpədə tapılmış qızıl camın üzərindəki təsvirlər tanrılara sitayişi və qurbanlar verilməsini nümayiş etdirir [9]. Azərbaycan Yaxın Şərqin mədəni və dini mərkəzlərindən birinə çevrilmişdi. Maday parçaları bir çox ölkələrdə yaxşı tanınırdı. Onların üzərində at, xoruz, keçi, maral və başqa heyvanlar təsvir edilirdi. Maday xalatları bütün Yaxın Şərqdə məşhur idi [11, s.453]. Azərbaycanlılar artıq böyük, dəbdəbəli evlər, saraylar tikir, şəhərlər salır və şəhər mədəniyyəti ilə tanış idilər. Tikilən qalalar artıq yerli memarlıq nümunələrini əks etdirirdi. Mərənd şəhəri yaxınlığında Livar qalasının, Azərbaycan-Türkiyə-İran sərhəddinin qovuşduğu yerdə Sərənc qalasının, Maku qalasının və digərlərinin qalıqları o dövrün möhtəşəm memarlıq nümunələridir. Arxeoloji qazıntılar zamanı çoxlu sayda incəsənət, dekorotiv sənət, heykəltaraşlıq, metalişləmə və sair nümunələr aşkar edilmişdir. Müəyyən sahələrdə bir-birindən öyrənir, təcrübələrini bölüşürdülər. Məsələn, madaylar oğullarını atıcılıq təlimi keçmək üçün sakların (skiflərin) yanına göndərirdilər.
 
Müxtəlif tayfalar qarşılıqlı əlaqədə yaşayır, bir-birlərinin mədəniyyətlərini zənginləşdirir, ümumazərbaycan mədəniyyətini, dini inanclarını, dünyagörüşünü formalaşdırırdılar. Bütün sahələrdə ciddi nəticələr əldə olunurdu.
 
Ədəbiyyat:
 
1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə), I cild. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009.
2. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
3. Cəlilov F. Azər xalqı. Bakı, “Ağrıdağ”, 2000
4. Fazilli A. Atropatena. E.ə. IV-e. VII əsri. Bakı, “Elm”, 1992.
5. Kalankatlı M. Albaniya tarixi. Bakı, 1993.
6. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
7. Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə. Bakı, “Təhsil”, 2006.
8. Yusifov Y. Qədim Şərq tarixi. Bakı, “Bakı Universiteti”, 1993.
9. Porada E. The Hasanly Bowl. Erpedition, 1, № (3), 1959.
10. Алиев И. Очерк истории Атропатены. Баку, Азернешр, 1989.
11. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т.1. Баку, 1991.
12. Геродот. История, IV. В сб.: Историки Греции. Москва, «Художественная литература», 1976.
13. Гусейнов Ризван. Азербайджан и армянский вопрос на Кавказе. Баку, 2015, раздел 1.1.
14. Дьяконов И.М. История Мидии от древнейших времен до конца I в. до н.э. Москва-Ленинград, изд. АН СССР, 1956.
15. Фрай Р. Наследие Ирана. Москва, 2002.
 
 
Oxşar xəbərlər
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
GÜNLÜK
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər