“Özünüzə vaxt ayırın və dəyər verin” – Psixoloq tövsiyəsi...
Cəmiyyət
2651
05 Mar 2024 | 09:59

“Özünüzə vaxt ayırın və dəyər verin” – Psixoloq tövsiyəsi...

Ruqiyyə Əliyeva: “Buna ikinci dərəcəli məsələ kimi baxmaq olmaz”

 

Heç kimə sirr deyil ki, bu gün insanların bir çoxu özlərinə, istirahətlərinə vaxt ayıra bilmədiklərindən şikayətlənir, bütün günü iş və günlük qayğılarla məşğul olduqlarını bildirir.

 

Maraqlıdır, həyat sevincindən məhrum bu cür standart və yorucu yaşam tərzi insanlarda hansısa psixoloji problemlərə səbəb ola bilərmi? İnsanların özlərinə, istirahətlərinə vaxt ayırması nə dərəcədə zəruridir?

 

Moderator.az-a açıqlama verən psixoloq Ruqiyyə Əliyeva hər bir insanın özünə zaman ayırmasının vacib olduğunu bildirib:

 

“Əgər bir insan işini sevirsə, o zaman onun öz işinə böyük zaman və enerji ayırmasında mənfi eç nə yoxdur. Lakin bunu da unutmaq olmaz ki, ən vacib şeylərdən biri də insanın özünə vaxt ayırması, dəyər verməsidir. Əgər kimsə özünə vaxt ayırmırsa və bunu mümkünsüz kimi izah edirsə, bu, qəbuledilməz və qeyri-realdır. Çünki həyatda mümkünsüz heç nə yoxdur.

 

Ona görə də hər bir insanın özünə vaxt ayırması çox vacibdir və buna əsla ikinci dərəcəli məsələ kimi baxmaq olmaz”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər