İlham Əliyev:
1377
05 Feb 2025 | 15:04

İlham Əliyev: "Azərbaycan ağır günlərdə Türkiyənin ətrafında səfərbər oldu"

"Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi".
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən dağıdıcı zəlzələnin ikinci ildönümü ilə bağlı bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığında deyilir.
 
Dövlət başçısı qeyd edib ki, həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü:
 
“Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq”.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər