2810
04 Mar 2024 | 17:35

"Putinin qanlı rejiminin kozırları" - Ukrayna Baş Kəşfiyyat İdarəsi

 
"Rusiyanın ehtiyatında çoxlu sovet silahları var, canlı qüvvə sarıdan xeyli üstünlüyə malikdir və onları "top yeminə" çevirməyə hazırdır..."
 
"Klassik cəbhə mövqe müharibəsi keçmişdə qalır..."
 
Rusiyanın müstəqil şəkildə sürətlə silahlanmaya "gücü çatmır".
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov "FreeDom" kanalının efirində bəyan edib. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
"Hərbi cəhətdən Rusiya sovet silahlarının böyük ehtiyatlarına, canlı qüvvəsinin böyük ehtiyatlarına malikdir, sonuncudan "top yemi" kimi istifadə edir.
 
Başlıcası isə işğalçı ölkənin öldürməyə, 21-ci əsrdə ağlasığmaz olan aqressiv müharibə aparmağa hazır olmasıdır.
 
Bütün bunlar Putinin qanlı rejiminin kozırlarıdır. Ona görə də məhz o, bu sürətlə silahlanmaya başlayıb və onu inkişaf etməyi slnaqdan keçirir", - o, bəyan edib.
 
O, qeyd edib ki, Rusiya müstəqil şəkildə bunun öhdəsindən gələ bilmədiyinə görə özünə müttəfiqlər axtarışındadır.
 
Rusiya ilə Ukrayna arasında müharibə nə zaman bitəcək-proqnozlar
 
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, biz 2024-cü il ərzində tab gətirməliyik. 
 
Rusiyanın sabiq baş naziri Mixail Kasyanovun proqnozuna görə, müharibə artıq cari ilin sonunda başa çata bilər. 
 
Onun fikrincə, Ukrayna ordusu sıçrayış etməyə qadirdir.
 
Fevralın sonunda Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib ki, klassik "cəbhə" mövqe müharibəsi tədricən keçmişdə qalır. 
 
Bundan başqa, o, əmin olduğunu bildirib ki, Rusiya ilə qarşıdurmada ukraynalılar qalib gələcək.
Link kopyalandı!
Son xəbərlər