Fransa prezidenti Emmanuel Makronun ögey, Bricit Makronun isə ilk evliliyindən olan doğma qızı Tifen Ozer anasının “qadağan olunmuş” münasibətindən danışıb.
Bu barədə ilk dəfə hüquqşünas "Paris Match" nəşrinə verdiyi müsahibədə söz açıb. Tifen bildirib ki, onların münasibətlərinin ortaya çıxması bütün ailəyə pis təsir göstərib və bu, hələ də onu yaralayır.
Makronun gələcək həyat yoldaşı ilə tanışlığı oxuduğu La Providence məktəbində baş tutub. Bricit onun müəllimi olub. Eyni zamanda, Makronla yaxın dostluq edən böyük qızı Lorens də Fransanın gələcək prezidenti ilə eyni sinifdə oxuyub. Daha sonra müəllim və şagird arasında sevgi münasibətləri yaranıb və bu xəbər onların yaşadığı Amiens şəhərciyinin sakinlərini şoka salıb.
Bu hekayə Makronun həkim olan valideynlərinin reputasiyasına ciddi təsir edib. Oğllarının Bricitin qızı ilə görüşdüyünə əmin olsalar da, sonradan məlum olub ki, Makron müəlliməsi ilə eşq yaşayır. Bundan sarsılan ailə müəlliməsinin oğullarından ayrılmasını və həyatını yaşamasına icazə verməsini tələb edib. Makronun anası hesab edirdi ki, Bricit bankirin arvadı və üç uşaq anası olmaqla, artıq özünü həyatda təsdiqləyib.
Bricitin əri də arvadının qızlarının sinif yoldaşı ilə münasibətindən xəbər tutanda qəzəblənib və evi tərk etdib. Beləliklə, cütlük 2006-cı ildə boşanmaq üçün məhkəməyə müraciət edib. Bricitin birinci əri 2019-cu ildə 68 yaşında vəfat edib.
Tifenin Ozer anasının özündən 25 yaş kiçik bir tələbə ilə görüşdüyünü biləndə 10 yaşında olduğunu deyib. Hüquqşünas etiraf edib ki, ətrafdakı hər kəsin anasının "qadağan olunmuş münasibətini" müzakirə etdiyini görmək onu yaralayırdı. Bu, söz-söhbətlər üç uşağa da təsir edirdi.
"İnsan təbiəti haqqında çox şey öyrəndim. Bilirəm ki, belə məqamlarda tənqidi nəzərə almadan əsas məsələyə diqqət yetirmək və irəli getmək lazımdır. Hücumlar, böhtanlar, dedi-qodular. Sosial şəbəkələrin erası hələ gəlməmişdi, amma biz kiçik bir əyalət şəhərində yaşayırdıq. Hər kəs hər şeyi bilirdi", - Tifen qeyd edib.
O, həmçinin atası Andre-Luis Ozerin 1994-cü ildə evi tərk etmək məcburiyyətində qalmasından və alçaldılmış duruma düşməsindən çox təsirləndiyini vurğulayıb.
"Ailədə ayrılıq həm kədər, həm də fürsət ola bilər. Mənim sevimli atam və ögey atam var", - o deyib.
Tifen anasının əslində kişi doğulması ilə bağlı şayiələrdən üzüldüyünü də söyləyib. Keçən il Fransanın birinci xanımı bu məlumatı yayan jurnalistə qarşı məhkəmədə qalib gəlməsinə baxmayaraq, iddialar sosial mediada müzakirə olunmağa davam edir.
Sitat: "Sosial şəbəkələrdə anamın kişi olması ilə bağlı şayiələri eşidəndə cəmiyyətin səviyyəsindən narahat oluram".
Xatırladaq ki, münasibətləri uzun illər davam edən Emmanuel Makron və Bricit Makron 2007-ci ildə Bricitin ərindən rəsmi boşanmasından bir il sonra evləniblər. 2017-ci ildə dövlət başçısı vəzifəsini tutan Makron həm də tarixə ən gənc Fransa prezidenti kimi düşüb.