Ekskluziv
2392
10 Feb 2024 | 21:42

"Düşmən üzərində qələbənin rəhni müasir texniki nailiyyətlərin uğurla tətbiqidir" - general Sırski

"Hərbi qulluqçuların həyatı və sağlamlığı Ukrayna ordusunun başlıca dəyərləri olub və qalmaqdadır..."
 
"Şəxsi heyətin peşəkarlığı döyüş meydanında uğurlarımızın həlledici amilidir..."
 
Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı, general-polkovnik Aleksandr Sırski ilk bəyanatla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Teleqram-kanal"ında yazıb. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
O, Quru Qoşunları və yeni təyinatınadək komandanı olduğu "Hortitsa" operativ-strateji qoşun qruplaşması üzrə silahdaşlarına minnətdarlıq edib.
 
Daha sonra Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin cari vəziyyətdə başlıca vəzifələrini müəyyən edib.
 
"Hər şeydən öncə, bu, hərbi idarəetmənin, birləşmələrin, bölmələrin cəbhənin beynəlxalq tərəfdaşlarımızdan daxil olan ən yeni silaha tələbatlarını nəzərə almaqla bütün orqanlarının dəqiq və detallı şəkildə planlaşdırılmasıdır", - yeni Baş Komandan qeyd edib.
 
Bu zaman o, vurğulayıb ki, "hərbi qulluqçuların həyatı və sağlamlığı həmişə Ukrayna ordusunun başlıca dəyərləri olub və olaraq qalmaqdadır". 
 
"Beləliklə, döyüş tapşırıqlarının icrası ilə şəxsi heyətin təlimi və hazırlığının intensivləşdirilməsi yolu ilə hissə və bölmələrin bərpası arasında balansın qorunması həmişə olduğundan daha aktual olaraq qalır", - Sırski bəyan edib.
 
Bundan başqa, o, məlumat verib ki, Rusiya ilə müharibədə "qələbənin əldə edilməsinin gələcək istiqamətlərindən biri, məsələn, pilotsuz uçuş aparatları, müasir radioelektron mübarizə vasitələri kimi yeni texniki nailiyyətlərin və uğurlu təcrübənin tətbiq edilməsidir".
 
Sırskinin sözlərinə görə, yalnız döyüş əməliyyatlarının aparılması vasitə və metodlarının dəyişilməsi və daim təkmilləşdirilməsi uğur qazanmağa imkan verəcək.
 
General vurğulayıb ki, döyüş bölmələri üçün bütün zəruri olanların tez bir zamanda və rasional paylaşdırılması gərəkdir. O, əlavə edib ki, bu, hərbi logistikanın əsas vəzifəsi olub və qalmaqdadır. Onun sözlərinə görə, etibarlı arxa cəbhə müharibədə ümumi uğurun başlıca tərkib hissəsidir.
 
"Cəbhənin hər bir sahəsində istisnasız olaraq bütün tələbatları bilmək və vəziyyətə nəzarət etmək bütün səviyyələrdə olan qərargahların vəzifəsidir. Məhz hərbi idarəetmə orqanlarının şəxsi heyətinin peşəkarlığı niyyətlər və planların işlənib hazırlanması və uğurla gerşəkləşməsi üçün həlledici amildir", - Sırski qeyd edib.
 
Bu gün həm də Baş Komandanın Ukrayna müdafiə naziri Rüstəm Ömərovla ilk müşavirəsi baş tutub. Görüşdə USQ-nin yeni qoşun növü olan pilotsuz uçuş aparatları Qüvvələrinə ayrıca diqqət yetirilib.
 
Sırski və Ömərov təlimin keyfiyyətinin yüksəldilməsi, təlim mərkəzlərinin təchizatı, yeni təlimatçıların hazırlanması, logistikanın nizama salınması, hərbi qulluqçuların rotasiyası və istirahəti məsələlərini müzakirə edib.
 
Xatırladaq ki, dünən Ukrayna prezidenti Vladimir Zelenski USQ sabiq Baş Komandanına "iki il müdafiəyə, hər bir qələbəyə görə" minnətdarlıq edib. Bu gün isə Ukrayna lideri Zalujnıya "Ukrayna Qəhrəmanı" adı verib.
 
Prezident fərmanında deyilir ki, o, "Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində görkəmli şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar xidmətinə görə" bu ada layiq görülüb.
Link kopyalandı!
Son xəbərlər