Britaniya XİN-in məşhur diplomat pişiyi ölüb
2091
15 Feb 2026 | 11:41

Britaniya XİN-in məşhur diplomat pişiyi ölüb

Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) keçmiş "baş siçantutan"ı - pişik Palmerston vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə məlumat pişiyə məxsus "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Görkəmli diplomat Palmerston 12 fevral tarixində dünyasını dəyişib", - deyə paylaşımda bildirilir.

Heyvanın təxminən 12 yaşı var idi.

Qeyd edək ki, Palmerston 2016-cı ilin aprelindən 2020-ci ilin avqustuna qədər Britaniya XİN-in iqamətgahında baş siçantutan vəzifəsində çalışıb.

Pişik oraya "Battersea Dogs and Cats Home" sığınacağından gətirilmişdi. Palmerston "istefaya çıxdıqdan" sonra nazirliyin əməkdaşlarından birinin evində yaşayırdı.

Britaniya XİN-in məşhur diplomat pişiyi ölüb

Britaniya XİN-in məşhur diplomat pişiyi ölüb

Britaniya XİN-in məşhur diplomat pişiyi ölüb

Britaniya XİN-in məşhur diplomat pişiyi ölüb

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər