Avropa İttifaqı ilk dəfə olaraq süni intellektlə mübarizəyə başlayır
Ekskluziv
2416
10 Dec 2023 | 00:23

Avropa İttifaqı ilk dəfə olaraq süni intellektlə mübarizəyə başlayır

"Bu, gələcəyə aparan yolda tarixi nailiyyət və böyük mərhələdir..."
 
"Qanun layihəsində süni intellektdən istifadə edilməsi zamanı yarana biləcək risklər kateqoriyaları müəyyən edilib..." 
 
Avropa İttifaqı süni intellektin nizamlanması haqqında dünyada ilk qanun layihəsini razılaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri yazıb.
 
Avropa Parlamenti, Avropa Komissiyası və Avropa İttifaqı ölkələri nümayəndələri üçgünlük danışıqlardan sonra süni intellektdən istifadə edilməsinin törətmək iqtidarında olduğu risklər kateqoriyalarını müəyyən edib. Bunlar minimal, məhdud, yüksək və qəbuledilməz risklərdir.
 
Avropa Parlamentinin məlumatında qeyd edilir ki, qanun layihəsi "Avropada süni intellektin təhlükəsizliyini, əsas insan haqlarına hörməti, habelə biznesin çiçəklənməsi və genişləndirilməsi imkanlarını təmin etməlidir".
 
Qəbul edilən sənədə görə, "qəbuledilməz risk" sistemlərindən istifadə edilməsi qadağan ediləcək. Bunlara aşağıdakılar aid edilib:
 
- insanın şüuraltına təsir edən;
 
- insanların həssaslığını, o cümlədən yaşına, əliiliyinə, sosial və iqtisadi vəziyyətinə görə aşkar edilməsi üçün istifadə edilən;
 
- işverənlər və təhsil müəssisələri tərəfindən emosiyaların aşkar edilməsi sistemləri;
 
- sosial davranışa və ya insanın şəxsi xarakterinə əsaslanan sosial reytinqləri təşkil edən sistemlər.
 
Bu zaman danışıqlarda iştirak edənlər ictimai yerlərdə biometrik identifikasiya sistemlərindən istifadə edilməsi üçün bir sıra istisnalar haqqında razılığa gəlib.
 
O cümlədən, belə sistemlərdən hüquq-mühafizə orqanları tərəfindən müəyyən cinayətlər siyahısı və yalnız məhkəmənin qərarı ilə istifadə edilməsinə yol verilir.
 
Yerdə qalan kateqoriyalara riskin səviyyəsindən asılı olaraq müxtəlif tələblər irəli sürüləcək. O cümlədən, "dipfeyklər" və "manipulyativ təsvirlər" yaradan çat-botlar və digər proqramlar belə təsvirlərin süni intellekt tərəfindən yaradıldığı barədə məlumat verməli olacaq.
 
Ayrıca bölüm istehlakçı hüquqlarına riayət edilməsinə həsr edilib. Süni intellektin qeyri-korrekt işinə görə şikayət vermək mümkün olacaq. Pozuntulara görə cərimələr nəzərdə tutulub.
 
"Bu, gələcəyə aparan yolda tarixi nailiyyət və böyük mərhələdir! Bununla biz fövqəladə kövrək balansı saxlamağa nail ola bilmişik, bu da vətəndaşlarımızın əsas hüquqlarına tamamilə hörmət edərək innovasiyaları stimullaşdırmaq və süni intellekti bütün Avropa boyunca tətbiq etməkdən ibarətdir", - bunu İspaniyanın rəqəmsallaşma və süni intellekt üzrə dövlət katibi Karme Artiqas deyib.
 
Avropa İttifaqının komissarı Tyerri Bretonun fikrincə, bu "tarixi" qanun layihəsi qaydalar toplusundan daha çoxdur, bu, Avropa İttifaqı və süni intellektin qobal yarışına rəhbərlik edəcək startapları üçün start meydançasıdır".
 
Qanunun mətni hələ təsdiq edilməlidir, bundan sonra qüvvəyə minəcək. Gözlənilir ki, bu, 2026-cı ildə baş verə bilər, hərçənd, bəzi aspektləri daha tez fəaliyyətə başlaya bilər.
Link kopyalandı!
Son xəbərlər