KİV: “SOCAR “LUKoil”un Bolqarıstandakı biznesini almaqda maraqlıdır”
İqtisadiyyat
1640
06 Dec 2023 | 11:59

KİV: “SOCAR “LUKoil”un Bolqarıstandakı biznesini almaqda maraqlıdır”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daxil olmaqla, bir neçə struktur Rusiyanın “LUKoil” şirkətinin Bolqarıstandakı biznesini almağa maraq göstərir.

Bu barədə “Euractiv” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, buraya SOCAR daxil olmaqla, ABŞ-nin iki investisiya fondu və iki neft şirkəti daxildir.

Qeyd edək ki, dekabrın 5-də Rusiya şirkəti Bolqarıstandakı aktivlərlə bağlı strategiyasını nəzərdən keçirəcəyini və ölkədəki biznesini satmaq imkanlarını təhlil edəcəyini açıqlayıb. Buraya Burqasdakı neft emalı zavodu, 220 yanacaqdoldurma məntəqəsi şəbəkəsi, 9 neft bazası və s. daxildir.

Xatırladaq ki, bu ilin noyabrında Bolqarıstan parlamenti şirkətin Burqasdakı zavodundan 2024-cü ilin yanvarından etibarən neft məhsullarının ixracına qadağa qoyub. Mart ayından isə zavodda Rusiya neftinin emalına qadağa qoyulacaq. Bundan başqa, rəsmi Sofiya həmçinin neft emalı zavodunun mənfəət vergisini 60 %-ə qədər artırıb.

Bundan əlavə, Rusiya istehsalı olmayan neft növlərini emal edə bilmək üçün bu zavodun təxminən 500 milyon avro məbləğində modernləşdirilməsi tələb olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər