17:08
10°C
Bakı
Sentyabrda Avropa İttifaqı (Aİ) Rusiyadan maksimum taxıl alıb və nəticədə ölkə il yarımda ilk dəfə ən böyük beş tədarükçü sırasına daxil olub.
Bu barədə “Eurostat”ın məlumatlarının təhlilində deyilir.
Qeyd edilib ki, Brüssel Rusiya taxılının alışını kəskin şəkildə - ayda 22 faiz və ildə 10 dəfə, 180 min tona qədər artırıb. Bu, 2022-ci ilin martından bəri maksimum alış həcmi idi. Beləliklə Rusiya Aİ-yə dördüncü ən böyük taxıl ixrac edən ölkə olacaq.