“ABŞ və Fransa hələ də Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər” - RƏY + FOTO
Siyasət
1787
21 Nov 2023 | 16:58

“ABŞ və Fransa hələ də Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər” - RƏY + FOTO

“Təəssüflər olsun ki, bəzi Qərb ölkələri, xüsusilə də ABŞ və Fransa ikili standartlar xəstəliyindən əl çəkə bilmirlər. Əslində, bizə münasibətdə bunu erməniçilik xəstəliyi kimi də dəyərləndirmək olar. Çünki bu gün Birləşmiş Ştatlar və Fransa ermənilərdən artıq erməniçilik edirlr”.
 
Bunu “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
 
O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Zəfəri, həmçinin, bu ilin sentyabrında suverenliyin tam bərpası bəzi Qərb ölkələrini, o cümlədən Birləşmiş Ştatları məyus edib: “Həm ABŞ, həm də Fransa hələ də işğalçı Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər. Ona görə də bu ölkələr regionda yenidən mühairbənin alovlanması üçün dəridən qabıqdan çıxırlar”.
 
V.İskəndərovun fikrincə, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələrə də bu prizmadan yanaşmaq lazımdır.
 
 
Deputat deyib ki, ABŞ və Fransanın güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilməyib:
 
“Lakin bu cəhdlər əbəsdir. Xüsusilə də okeanın o tayındakı başbilənlər anlamalıdırlar ki, Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Heç bir ölkə Azərbaycan təzyiq dili ilə danışa bilməz”.
 
Deputat onu da qeyd edib ki, bu aşırı erməni sevgisi Birləşmiş Ştatların regiondakı maraqlarına ciddi zərbə vura bilər: “Çünki ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olmayacaq. Ona görə də konqresdəkilər bir daha yaxşı-yaxşı düşünməlidirlər. Özü də soyuq başla düşünməlidirlər ki, sonra gec olmasın”.
 
Qeyd edək ki, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında dinləmələrin nəticəsi olaraq “S.3000”, “ermənilərin müdafiəsi akt”ı qəbul edilib. Qərara əsasən, ABŞ prezidentinə 907-ci düzəlişi dayandırmaq qadağan edilir.
 
Link kopyalandı!
Son xəbərlər