Samvel Babayan gecə saat 2-də “Laçın” sərhəd məntəqəsindən keçdi? -Bəs necə?..
Ekskluziv
14235
25 Sep 2023 | 16:22

Samvel Babayan gecə saat 2-də “Laçın” sərhəd məntəqəsindən keçdi? -Bəs necə?..

Qarabağ separatçılarının “keçmiş müdafiə naziri”,  xuntanın qondarma “parlament”ində təmsil olunan, qanunsuz “Vahid Vətən” partiyasının lideri Samvel Babayan artıq Ermənistanda olduğunu bildirib. Onun sözlərinə görə, bu gecə saat 2:00-da Azərbaycan-Ermənistan sərhədindən – Həkəri çayı üzərindəki “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gəlib.
 
Moderator.az xəbər verir ki,  1988-1994-cü illərdə Azərbaycana qarşı savaş zamanı Robert Köçəryan, Serjik Sərkisyan, Monte Melkonyan, Bako Saakyan və s. ilə yanaşı, bir sıra cinayətlərdə ittiham olunaraq İnterpolla axtarışa verildiyi deyilən S.Babayan “Azat” nəşrinə bildirib  ki, hamı kimi o da sərhəd-keçid məntəqəsində düşüb sənədlərini təqdim edib və Ermənistan tərəfə keçib.
 
Samvel Babayan Azərbaycan keçid məntəqəsindən keçərkən formasını dəyişmədiyini iddia edir. 
 
Xəbərdə xatırladılır ki , bu gün saat 12:00-a olan məlumata görə, Dağlıq Qarabağdan Ermənistana ümumilikdə 4850 məcburi köçkün daxil olub.
 
P.S. Əgər doğrudan da S.Babayan, dediyi kimi, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçibsə, necə keçib, saxta sənədlərləmi?.. Yəqin ki, müvafiq qurumlar tezliklə məsələyə aydınlıq gətirəcək...
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər