FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO
2417
22 Sep 2023 | 11:45

FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

Nazirlikdən verilən məlumatda bildirilib ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

"Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq", məlumatda deyilir.

 

FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO

Link kopyalandı!
Son xəbərlər