Ukraynaya silah tədarükünün kəsilməsi: Polşa yeni bəyanatla çıxış etdi
Ekskluziv
2191
21 Sep 2023 | 15:58

Ukraynaya silah tədarükünün kəsilməsi: Polşa yeni bəyanatla çıxış etdi

 
"Ukrayna tərəfindən bir sıra tamamilə məqbul olmayan bəyanatlar səsləndirilib və diplomatik jestlər edilib..."
 
"Polşa müharibınin ilk aylarında Avropa İttifaqının digər ölkələri Ukraynaya dəstək məsələsini müzakirə edəndə ardıcıl olaraq Rusiyanın hücumunu dəf etmək üçün ona kömək edib..."
 
"Ukrayna və Polşa taxıl münaqişəsindən çıxış yollarının axtarılması barədə razılığa gəlib..."
 
Hazırda Polşa Ukraynaya yalnız əvvəllər imzalanmış müqavilələr çərçivəsində silah verir.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Pyotr Müller "PAP" nəşrinə şərhində bəyan edib.
 
"Polşa yalnız əvvəllər razılaşdırılmış döyüş sursatları və silah tədarükünü həyata keçirir. O cümlədən Ukrayna ilə imzalanan müqavilələrdən irəli gələn silahlardan söhbət gedir. Bu, o cümlədən 1989-cu ildən sonra Polşanın silah sənayesi tərəfindən "Krab" haubitsalarının tədarükü barədə imzalanmış böyük xarici müqavilədir", - o, deyib.
 
Müller bəyan edib ki, Ukrayna tərəfindən onların razılaşa bilməyəcəyi bir sıra "tamamilə məqbul olmayan bəyanatlar səsləndirilib və diplomatik jestlər edilib".
 
"Müharibənin ilk ayları Polşa Ukraynanın müdafiəsi üçün Rusiyanın Ukraynaya və perspektivdə Avropa İttifaqının digər ölkələrinə, o cümlədən Polşaya hücumunun qarşısını almaq üçün zəruri olan həlledici elementlər-tanklar, zirehli maşınlar, təyyarələr və döyüş sursatları verib. Müharibənin ilk aylarında Avropa İttifaqının digər ölkələri Ukraynaya dəstək məsələsini müzakirə edəndə Polşa ardıcıl olaraq Rusiyanın hücumunu dəf etmək üçün ona kömək edib", - Müller əlavə edib.
 
Polşa ilə münasibətlərdə gərginlik
 
Xatırladaq ki, Slovakiya, Polşa və Macarıstan Ukraynanın kənd təsərrüfatı mallarının idxalına qadağa qoyub. Ukrayna cavabında Ümumdünya Ticarət Təşkilatında iddia qaldırıb.
 
Bundan sonra Polşa prezidenti Anjey Duda Ukraynanın suda boğulanın saman çöpündən yapışanla və özü ilə onu xilas edənləri çəkib aparanla müqayisə edib.
 
Həmçinin məlumatlara görə, Polşa Ukraynadan olan qaçqınlara maliyyə yardımını azaldacaq. Ölkənin baş naziri isə məlumat verib ki, onlar hazırda Ukraynaya heç bir silah tədarük etmir.
 
Bu arada isə Ukrayna və Polşanın birlikdə taxıl münaqişəsindən çıxış yollarınının axtarılması barədə razılığa gəldiyi bəlli olub.
 
Polşa tərəfi Ukraynanın ixrac planını öyrənəcək və bununla bağlı öz təkliflərini hazırlayacaq.
 
Ukrayna aqrar siyasət və ərzaq naziri Nikolay Solski özünün polşalı həmkarı Robert Telusla birgə taxıl embarqosu ətrafında vəziyyəti, habelə Ukraynanın bunun nizamlanması üzrə təklifini müzakirə edib və hər iki ölkənin maraqlarını nəzərə alacaq qərarın tapılması barədə razılığa gəlib.
 
Nazirliyin məlumatına görə, tərəflər dəfələrlə nümayiş etdirdikləri sıx və konstruktiv münasibətlərə sadiq qaldığını və bunu nəzərə alaraq yaxın zamanlarda ixrac məsələsi üzrə qarşılıqlı əlaqə variantını işləyib hazırlamaq barədə razılığa gəlib.
 
Qeyd edilir ki, növbəti danışıqlar yaxın zamanlarda baş tutacaq, bu zaman tərəflərin hazırladığı məsələlər müzakirə ediləcək. Polşa tərəfi həmçinin Ukraynanın ixrac planını öyrənəcək və bununla bağlı öz təkliflərini hazırlayacaq.
 
Ukrayna-Polşa taxıl münaqişəsi
 
Sentyabrın 15-də Varşava bəyan edib ki, Avropa Komissiyasının məhdudiyyətlərin ləğv edilməsi qərarına rəğmən, Ukrayna taxılının ixracına qadağanı uzadacaq.
 
Bu səbəbdən Ukrayna o cümlədən Polşaya qarşı Ümumdünya Ticarət Təşkiltında iddia qaldırıb.
 
Ukraynanın baş naziri Denis Şmıqal həmçinin bəyan edib ki, Polşa və Macarıstan Ukraynanın aqroməhsullarının idxalına birtərəfli qadağanı ləğv etməyəcəyi təqdirdə, ölkəmiz buna cavab olaraq bu iki ölkədən müəyyən malların idxalına qadağa qoyacaq.
 
Öz növbəsində Polşa tərəfi Ukrayna hakimiyyətinin Polşanın bəzi aqrar məhsullarının idxalına embarqo qoyacağı təqdirdə Polşa ərazisinə Ukraynanın bir sıra mallarının daxil olmasına qadağa qoyacaq.
 
Ukrayna Polşaya Ukraynanın aqroməhsulu ilə bağlı konsensus təklif edib, bu da faktiki olaraq Polşa fermerlərinin bütün narahatlıqlarını nəzərə alır".
 
Nəticədə Polşanın kənd təsərrüfatı naziri Pobert Telus bəyan edib ki, Polşa tərəfi Ukrayna ilə danışıqlara hazırdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər