Müsəlmanın qanı halaldır?
Oxunub: 6992
08 Jan 2015 | 18:57
Müsəlmanın qanı halaldır?

 Fransada elan olunmuş üç günlük milli matəm növbəti dəfə sübut etdi ki,terrorun əli çox uzundur və onu milli,dini,coğrafi sərhədlərə ayıranda bir gün bədəlini özün ödəməli olursan. Beynəlxalq koalisiya qüvvələrinin 13 illik ayaq səsləri Əfqanıstandan hələ tam kəsilməyib və antiTaliban hərbi əməliyyatlarının qanı əfqan torpağında tam qurumayıb,lakin budur,əli silahlı üç şəxs Avropanın tən ortasında peyda olaraq günün günorta çağı çox sərbəstliklə qanlı terror aktını həyata keçirir,on nəfər jurnalisti,iki polis əməkdaşını qətlə yetirir və yenidən dünyanı 11 sentyabr hadisələrinin ictimai şokuna qərq edir. Vaxtilə inqilab kabusunun dolaşdığı Parisin küçələrində hökm sürən nizamı pozanlar yüksək rifah və təhlükəsizlik şəraitində yaşayan insanları səhəri diri gözlü açmağa vadar edirlər.

Doğrudanmı, İŞİD artıq qapını döymədən və “əcəl zəngi”ni basmadan hər yerə ayaq aça bilir və döyüş meydanını ofislərə,yaşayış məskənlərinə dəyişməyi bacarır? Yaxud necə olur ki, həftəlik bir nəşrin öz işini planladığı pik saat,deməli, redaksiya heyətinin tam tərkibdə toplaşdığı bir zaman başqa biriləri üçün də əlverişli əməliyyat vaxtına çevrilir və sovet generalı Kalaşnikov avtomatını yaxın Şərqdən gətirib indi də Fransada bir jurnalın komandasını qanına qəltanda istifadə edirlər? Cinayət yerinə bələd olmadan dəqiq koordinat üzrə necə hərəkət olunub,,yaxud daxili satqınların yardımından istifadə edilibmi,bütün bunlar istintaqın işidir,amma baş vermiş faciənin qlobal nəticələrini onun kriminal detalları ilə pərdələmək mümkün deyil.

“Karikaturalara görə intiqam” aldıqlarını bağıraraq sakit və kimsəsiz küçədə kiminsə kameralarına düşməyə ümid bəsləyən maskalı muzdlular az qala nümayişkəranə şəkildə islamı və müsəlmanları hədəfə çevirdilər.Düzdür,qəddarlıqla qətlə yetirilən insanlarla həmrəyliyini nümayiş etdirməyə çıxan minlərlə fransalı,Berlin sakini,yaxud Londonlu etirazçılar hələ ki,yalnız söz azadlığına qarşı yönələn barbarlığı pisləməklə,ölənlərin xatirəsini anmaqla məhdudlaşıblar,amma qarşıdakı günlərdə bütün Avropada “əcinnə ovu”na çıxılacağı ,reaksionist və qatı dini əqidə daşıyacalarının tapılıb cəzalandırılacağına şübhə yeri yoxdur. Onsuz da son həftələr Almaniyadan tutmuş İsveçədək,artan müsəlman sayına qarşı kəskin milli dirəniş açıq meydanlara çıxmışdı,indi budur, hər cür antimiqrant qanunvericliyinə, təhlükəsizlik tədbirlərinə qərar vermək üçün ortada ən azı 12 cəsəd var. Kütlə ilə bir sırada addımlayan prezident Olandın milli qəzəbi sakitləşdirmək üçün ona müsəlmanların qanı halal edilib.O,hazırda 21-ci əsrin Napoleonu kimi dünya yürüşlərinə çıxmaq üçün beynəlxalq tərəfdaşları ilə gizli sövdələşməyə başlaya bilər.
Biz qanlı cinayəti hakimiyyətə bağlamaq istəyən,onu konspirativ nəzəriyyələrlə əlaqələndirib BMT-də Fələstinə səs verən Fransa hökumətinin Reyxstaqı yandıran alman faşistləri ilə eyni cür hərəkət etdikləri barəsindəki versiyalara qatılmaq istəmirik.Onsuz da qəsd nəziriyyələri həmişə qüvvədə olub,amma başıpozuq iki müsəlman gəncinin əlinə sialh verənlərin deyil,qurban gedən dinin və xalqların taleyi bizim üçün daha önəmlidir.

Cinayətdə şübhəli bilinən Səid və Şərif qardaşlarının maskalı sifətləri arxasında hansı mərkəzlərin dayandığını təyin etmək Roma papasına güllə atan Əli Ağcaya fitva verənlərı tapmaq qədər çətindir.Hər halda terror qruplarının rəhbərləri müxtəlif kəşfiyyat mərkəzlərinə bağlıdır və onlar artıq neçənci dəfədir ki,nəzarətdən çıxıb silahı onlarına ağalarına qarşı çevirirlər.

Əslində “Şarli Hebdo”nun satirası bütün dövrlərdə dözülməz olub. Kraliça Mariya Antuanetta zamanında az qala müqəddəslik qazanmış vərəqələrdə saray əyanlarının həyatı gülüş hədəfinə çevrilir və kəskin qınanırdı,amma xalqın qəbul etdiyi ədəbi janrlar öldürücü tənqidi daha təsirli və qəbuledən formaya salmaqda ən yaxşı vasitə idi. İnqilab zamanı da şəkilli illüstrasiyaların geniş oxucu kütləsi vardı.Hakimiyyətdə bir-birini əvəz edən müxtəlif siyasi qüvvələr və şəxsiyyətlərin surəti isə heç bir zaman naşirlərin qələmindən kənarda qalmayıb.

Həmin ənənələrə sadiq olan müasir Avropa nəşrləri söz azadlığını müqəddəs dəyərə çevirərək heç kəsin onlar üzərində tabu yarada bilməyəcəyinə arxayın bir şəkildə yollarını davam etdiriblər.

Onların hədəflərində nəinki müqəddəs dini liderlər,eləcə də hazırki dövlət başçıları,bankirlər,yaxud siyasət adamları olub.Ona görə də təkcə müsəlman cəmiyyətləri ilə deyil, başqa milli qruplarla, yaxud fərdi adamlarla ixtilaflar keçmiş redaktorların işdən getməsilə,yaxud bütün kollektiv üzvlərinin imzalarını gizlətmələri ilə nəticələnib. Antisemit fəaliyyətinə görə cəzalandırılan sabiq rəhbərlərin mövcudluğu ümumən mətbuat azadlığının sərhədləri haqda orada hər zaman antoqonist baxışların olduğunu təsdiqləyir.

Əcəba ,fransız “Molla Nəsrəddi”ni həqiqətənmi öz qətliamına doğru az qala şüurlu gəlib və Monteskyönün ardıcılları qələmlərinin haqqını indi ağır ödəməli olublar?

Dünən aparıcı televiziyalarda yayımlanan kadrlarda diqqətimi daha çox cəlb edən səhnə silahın qələmə qarşı olması idi.Bu yerdə bütün dünyada ayağa qalxan insanlara islamın sülhpərvərliyindən,onun dincliyə və hüzura xidmət etdiyindən danışmaq əbəs görünər.Ən dəhşətlisi isə,indi artıq heç kəsin inkar edə bilməyəcəyi islamın demokratiyaya,avropalıların mədəniyyətinə və mövcudluğuna təhlükə kimi təqdim olunmasıdır. Xatırladaq ki,63 milyoluq əhalisi olan Dümanın vətənində 5.4 milyonluq-yəni,8.5 fazilik islam xaqları yaşayır.

Amma əvəzində elə bir müsəlman dini lideri yoxdur ki,katolik mərkəzinin funksiyanı yerinə yetirib bütün islam ümmətini öz arxasınca aparsın.Sayları 1.7 milyardı keçən, rəsulu Məhəmməd olan Allahın bəndələri müxtəlif siyasi rejimlərin,cərəyanların, məzhəblərin,alimlərin,seyidlərin,ayətullahların,müştehidlərin fitvasında və sərəncamında yetim qalıb.Hamısının getdiyi məscid bir,qulluq etdikləri məqsəd ayrıdır.Qazandıqları hacılıq statusu yüksək mənəvi mərtəbədən daha çox sosial imtiyaz və cəmiyyət ierarxiyasında mühüm pilləkədən başqa bir şey deyil.Məgər Allah vahiddirsə,onun yaratdığı din insanları niyə bu kökə qoyub?

Ona görə də Parisdə axan 12 karikaturaçının qanı milyonlarla ərəbin qətlindən hasil olan mayedən daha müqəddəs tutulur.Xristianların dini lidei İsa Məsihliyə gedən yolda bir dəfə çarmıxa çəklibsə,islam etiqadı yolunda 15 əsrdir ki,edamlar,kütləvi qırğınlar bitib tükənmək bilmir. Dar ağacına mismarlanan müsəlmanın ağrısı və əzabı isə onları peyğəmbərə çevirmir.əksinə, yeni-yeni savaşların baş səbəbinə çevrlilir.

İndi mübarizə aparsalar da Qərbin azadlığı bundan ibarətdir. Onlar sözün qarşısında yasaq tanımaq istəmirlər.Din milyardlarla insanın inanc yeri,mənəvi istinadgahı ola bilər,amma fransız şüurunda bu totalitar ideologiyalardan başqa bir şey deyil.Vaxtilə marksistlərin dediyi kimi,ən yaxşı halda tiryəkdir.Belə olan halda hər şeyin yol verilənliyi bir çoxlarına riyakarlıq kimi görünə bilər və kimsə iddia edər ki,məgər Hitleri iblis elan edib onun törətdiyi Xolokostu tanımayanlara qarşı nə üçün cəza kəsirlər? Bəlkə İran iddiasında haqlıdır ki,Adolf düz edib və söhbət az sayda yəhudinin qətli ilə İsrail dövlətinin yaradılmasına zəmin hazırlamaqdan gedib. Lakin cavabın heç bir əhəmiyyəti yoxdur. Bütün hallarda qəzetlərin təhqir hüququ,başqasının sitayiş etdiyi simvollara əl uzatmaq haqqını Avropa qanunvericiliyi tanıyıb.Bu hökmdür və onunla hesablaşmağa hər kəs məhkumdur.

Razılaşmırsan,istəmirsən o şəkilləri görəsən,oxuma,baxma,yan keç,fərqli olduğunu sübuta yetir.

Maraqlıdır ki,xüsusilə də keçmiş sovet cəmiyyətləri,ateist keçmişinə dayanaraq xatırladır ki,bolşeviklər bütün kilsələri və məscidləri yandırmalarına,din xadimlərini qətlə yetirmələrinə baxmayaraq,müqəddəs dəyərləri çirkləndirməyə,onu iyrənc simada təqdim etməyə heç vaxt çalışmayıb. Amma elə bu kifayət edib ki,Allahsız bir cəmiyyət qurmaq istəyən kommunistlər dindən uzaq dursunlar.Hətta o mənəvi kompleks indi də adamların canından çıxmayıb. “Molla Nəsrəddin”in ironiyası və acı satirasını unuda bilməyən müasir insanımızın Quranın sətirləri arasında cin axtarmasını görmək o qədər də çətin deyil. Halbuki Mirzə Cəlilin davamçısı olmaq istəyən “Şarli”nin redaktoru,indi hüznlə dəfn edilən Stefan Şarbonye üçün milyonlarla müsəlmanın qəzəbinə səbəb olacaq addımlardan özünü heç vaxt kənarda saxlamayıb.

Məgər Salman Rüşdinin “Şeytanın ayələri” müsəlmanların gözündə daha yüngül cinayət idi? İranın dini lideri ingilis yazıçının ölümünə fərman vermişdi.Bununla belə,Britaniya kraliçası öz növbəsində azadlıq ideallarını tərənnüm edən pakistanlı qələm adamını ən yüksək ordenlə təltif edərək,onu güclü şəraitdə qoruyub sağlığını təmin etdilər.Nə yaxşı ki,onu öldürməyiblər.Çünki üstündən görün nə qədər keçib,amma Salmanın kitabı Quranın heç bir səhifəsini belə yerindən tərpətməyib.

İndi təkcə söz azadlığı yox,həm də müsəlmanlar dünənki Kalaşnikov avtomatı ilə susdurulub. Dözümsüzlük, cihad ruhu, küçələrdə qurban adına kəsilən heyvan başlarının az qala milli ”“dini yaşantıya çevrilməsi,mədəniyyətlərarası uyuşmazlıq,xristianlıq ruhu ilə islamın kəskin ziddiyətləri dünyanın baş ağrısına dönüb.

11 sentyabr yeni dünya nizamının əsas planına çevrildiyi kimi, indi də Şərq ”“Qərb qarşıdırmasının dərinləşəcəyi qaçılmazdır.

İslam ölkələrinin yenidən fəthi planını çox gözləmək lazım gəlməyəcək.Fransa prezidenti bu yaxınlarda Liviyaya təzədən daxil olmağın zəririliyini göstərmişdi.Bəşər Əsədin hakimiyyətdən getməsinə dair fərman bu yaxınlarda elan olunacaq.

Ukrayna münaqişəsinin arxa plana keçəcəyini düşünməyin.Düzdür,Oland Rusiya əleyhinə sanksiyaları bundan artıq genişləndirməyin Avropaya baha başa gələcyini bəyan etmişdi.Ancaq əsas hədəf İrak olacaq.

Müttəfiqlərin Yaxın Şərqə hücumu 21-ci əsrin böyük müharibələrinin anonsunu verməyə biza imkan yaradır.Əl-Bağdaninin başını Üsəma Bin Laden kimi yerə qoyandan sonra Suriyanı yenidən təşkil edəcəklər.

Növbə digər ərəb rejimlərinindir.

Peyğəmbər isə onun kitabı üstündə oturan səud milyarderlərini də,körfəz şeyxlərini də əslində əli silahlı cəlladlar kimi dərindən seyr etməklə çəşğuldur.7-ci əsrdə dünyaya zühur edərkən hər cür təhqirə,pisliyə,ədalətsizliyə məruz qalan Allah elçisi üstündən əsrlər keçəndən sonra onun adını qorumaq üçün insan qanı tökənlərlə mübarizə qarşsındadır.Hətta keçmiş məhbus,indi ölkəsinin bütün müsəlmanlarının heysiyyatı üzərindən taxt-taca doğru addımlayan Xodorkovskinin çağırışı ilə bütün dünya mediası karikaturalar sərgisinə dönsə də,bundan Məhəmməd peyğəmbərin ilahi missiyası heç bir ziyan çəkməyəcək.Əsas Quranı terrorçuların əlindən almaqdır.Belə qüvvəni daxildə yetişdirə bilməyən xalqlar isə xaricdən xilaskar gözləməyə məhkumdular.

Əgər qələm müqəddəsdirsə,qoy o silaha qalib gəlsin!


Zahid Oruc

Millət vəkili

 

Oxşar xəbərlər
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
GÜNLÜK
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO