Sabirabadda
Cəmiyyət
2882
10 Jun 2023 | 18:50

Sabirabadda "Sağlam məhəllə"nin açılışı olub

Sabirabad şəhəri şəhid Anar Məmmədov küçəsində "Sağlam məhəllə"nin açılış mərasimi olub.

Mərasimdə Gənclər və idman naziri Fərid Qayıbov, rayon icra hakimiyyətinin rəsmiləri, idman ustaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazir Fərid Qayıbov burada yaradılmış şəraitlə yaxından tanış olub, sabirabadlı idmançılarla görüşüb və onların qayğıları ilə maraqlanıb.

"Sağlam məhəllə" ərazisində mini futbol meydançası, basketbol, uşaqların əylənməsi üçün idman qurğuları var.

Qeyd edək ki, bu, ölkəmizdə istifadəyə verilən sayca dördüncü "Sağlam məhəllə"dir.

Link kopyalandı!
Son xəbərlər