Qızıl ABŞ dollarının zəifləməsi fonunda bahalaşıb
İqtisadiyyat
3248
26 May 2023 | 10:20

Qızıl ABŞ dollarının zəifləməsi fonunda bahalaşıb

Dünya bazarında qızılın qiyməti artıb.

Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,21 % və ya 4,05 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 947,75 dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,56 % artaraq 1 unsiyası 23,038 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ABŞ dollarının indeksi 0,17 % azalaraq 104,07 bəndə enib. Ucuz ABŞ dolları xammal materiallarını, o cümlədən qızılı başqa valyutalarla alış üçün əlçatan edir.

Link kopyalandı!
Son xəbərlər