ABŞ təyyarəsi Cənubi Çin dənizində patrul həyata keçirir
Dünya
3326
23 Apr 2023 | 18:05

ABŞ təyyarəsi Cənubi Çin dənizində patrul həyata keçirir

ABŞ-ın "USS Nimitz" atom aviadaşıyıcı təyyarəsi Cənubi Çin dənizində patrul uçuşları həyata keçirir.

Təyyarə hazırda Vyetnam yaxınlığında manevrlər edir.

7-ci əməliyyat donanmasının məlumatına görə, aprelin 24-də "USS Nimitz" Tailandın paytaxtı Banqkoka enəcək.

Bundan əvvəl Çinin xarici işlər naziri Qin Qang Tayvan məsələsində təxribat xarakterli hərəkətlərə qarşı xəbərdarlıq edib. O qeyd edib ki, Pekin Çinin suverenliyinə və təhlükəsizliyinə xələl gətirəcək istənilən hərəkətə cavab verməyə hazırdır.

Link kopyalandı!
Son xəbərlər