Ağcabədidə 7 kiloqram narkotik dövriyyədən çıxarılıb
1896
14 Feb 2026 | 12:06

Ağcabədidə 7 kiloqram narkotik dövriyyədən çıxarılıb

Ağcabədidə 7 kiloqram narkotik dövriyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Moderator.az-a verilən məlumata görə,Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Ağayev saxlanılıb.

Onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər