11:25
1°C
Bakı
Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfirinə dövlətə xəyanətdə təqsirli bilinən Kara-Murzaya dəstək bildirdiyinə görə sərt etiraz bildirilib.
Bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, bu cür bəyanatlar Rusiyanın daxili işlərinə açıq-aşkar müdaxilədir və ikiüzlü və gülünc görünür.
Vurğulanıb ki, Vaşinqtonun Rusiya cəmiyyətində nifaq və düşmənçiliyi qızışdırmağa yönəlmiş istənilən addımının qarşısı ciddi şəkildə alınacaq.