Beyləqan xəstəxanasında körpə öldü
1417
10 Feb 2026 | 10:58

Beyləqan xəstəxanasında körpə öldü

Beyləqan rayonunda qeydə alınan yeni doğulmuş körpənin ölümü faktı ilə əlaqədar müvafiq araşdırmalara başlanılıb.
 
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
 
Beyləqan rayonunun Birinci Şahsevən kəndində yaşayan, 1996-cı il təvəllüdlü Ülviyyə Əliyeva 39 həftəlik hamiləliklə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına qəbul edilib.
 
Doğuş prosesinin normal tamamlanmasına rəğmən, dünyaya gələn oğlan uşağı qısa müddət sonra vəfat edib. Hazırda ananın sağlamlıq vəziyyətinin normal olduğu bildirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər