Yeni reyslərin açılması Azərbaycan və Qazaxıstan arasında turizmin inkişafına töhfə verəcək.
Bunu Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun (KAZİSS) direktoru Yerkin Tukumov Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ikinci iclasına həsr olunmuş dəyirmi masa zamanı onlayn çıxışında deyib.
Tukumov qeyd edib ki, turizmin inkişaf etdirilməsi ölkələrimizin və xalqlarımızın arasında münasibətlərin daha da yüksək səviyyəyə çatdırılması üçün açaq məqamlardan biridir: "Xalqlarımızın bir-birinin mədəniyyətini, tarixini daha yaxından bilməsi şübhəsiz ki, Azərbaycan və Qazaxıstan arasında humanitar və mədəniyyət sahəsində əlaqələrin müsbət dinamikasına əhəmiyyətli təsir göstərir. Yeni aviareyslərin açılması isə vətəndaşların səfərlərini asanlaşdıracaq ki, bu da hər iki ölkənin iqtisadiyyatında da təsirsiz ötüşməyəcək".