Bordov tikinti işlərinin bu il başa çatdırılacağına və "mərkəz"in fəaliyyətə başlayacağına ümid edir. Sovet dövründən sonra kinoteatrın binasında təmir-tikinti işləri başlayıb və yarımçıq qalıb.
Separatçı rejimin "şəhərsalma naziri" vəzifəsini icra edən Azat Ambartsumyan da deyilənləri təsdiqləyib.
"Rossiya" kinoteatrının adı dəyişdirilərək Zabitlər Evi oldu, indi isə biz orada Rusiya Mədəniyyət Evi tikmək istəyirik. Hazırda işlər layihələndirmə mərhələsindədir, tezliklə tikinti işlərinə başlanacaq"- deyə qondarma "nazir" bildirib.
Bu xəbərdən xəbər tutan Papazyan adına "dövlət dram teatrının" administratoru, Davit Qahramanyan isə şikayətə başlayıb: "Teatrın binasını, nəhayət, kim bərpa edəcək. Bizi apardılar, "Rossiya" kinotertrının binasına yerləşdirdilər, aldatdılar, on ildir orada saxlayırlar, indi də eşidirik ki, orada rus mədəniyyət mərkəzi tikirlər. Onu tiksinlər, amma bunu etməmişdən əvvəl bizim binanın, 91 yaşı olan dövlət(dırnaqarası-S.L.) erməni teatrının, o binanın məsələsini düşünsünlər”...
P.S. Ümid edirik ki, tezliklə Azərbaycan dövləti Yuxarı Qarabağın digər məntəqələri kimi, Xankəndindəki yuridiksiyamızı da bərpa edəcək və rusların və haykların bütün özbaşına davranışlarına son qoyulacaq...
Sultan Laçın