"Cəmiyyətin rifahı üçün qərəzdən qurtulmaq lazım... -Düşüncələrimizi  bulandırır..."
Ekskluziv
Oxunub: 3713
07 Apr 2023 | 05:13
"...Peyğəmbərimiz(s) müharibədə belə, qərəzli yanaşmamaq lazım gəldiyini göstərir..."
 
"Belə ki, O, xəstə yatağında son nəfəsini verən münafiqlərin liderini ziyarət etmiş və onun İslamla şərəflənməsi üçün son fürsəti belə dəyərləndirməyə çalışmışdır..."
 
Qərəzli davranışdan necə qorunmalı?..
 
 
İşi haqqı ilə görmək...
 
İnsanlara nələrisə öyrədərkən əsas diqqət edilməli məqamlardan biri ədalət prinsipini qorumaq, həmçinin zənn və gümanlardan sıyrılmaqdır. Rəsulullah (s.ə.s.) da peyğəmbər olandan sonra Ona qarşı edilən haqsızlıqlar və zülmlərə rəğmən heç kimə qərəzli yanaşmamış, kimsə haqqında sui-zənn etməmişdir. Zülmdə dastan yazan Əbu Cəhl, Üqbə ibn Rəbiə, Şeybə ibn Rəbiə, Əbu Ləhəb və Üqbə ibn Muayt başda olmaqla hər kəsin könlünə girəcəyini, haqq və həqiqətləri çatdıracağını və onlardakı insanlıq potensialını iman ilə hərəkətə keçirəcəyinə inanmış və buna uyğun hərəkət etmişdir. Onların könlünə girmək üçün on beş il çalışmış, bir çox fərqli üsullara müraciət etmişdir. Etdiyi cəhdlərə haqsızlıqla cavab versələr də, Rəsulullah (s.a.s.) özünəxas metoduna sadiq qalmış, həmsöhbətlərinin ilişib qaldığı nüanslardan qurtulacaqlarına inanmışdır. Hətta Uhudda Özünün və səhabələrinin yaralanmasına baxmayaraq onlara belə dua etmişdi:
 
“Allahım! Qövmümü bağışla! Çünki onlar nə etdiklərini bilmirlər.”[2]
 
Onlar haqda deyilən mənfi fikirlərə isə bu cür cavab vermişdi: “Əslində Qureyş əmanətə sahib çıxan insanlardan ibarətdir.”[3]
 
Hicrətdən sonra Rəsulullahın (s.ə.s.) həmsöhbətləri arasına münafiqlər də daxil olmuşdu. Münafiqlər müsəlmanlar arasında nifaq salmaq üçün əllərindən gələni edirdilər. Buna rəğmən Rəsulullah (s.ə.s.) onlara belə qərəzli yanaşmamış, səhabələrinə də bu cür yanaşmağa icazə verməmişdir. Məqsədi onları düşdükləri çuxurdan çıxarmaq olmuşdur. Onların qəlbindəki nifaqı, şəfqət və gözəl əxlaqı təmsil etməsi ilə əritməyə çalışmışdır. Elə buna görə də münafiqlərin lideri Abdullah ibn Übeyy daxil heç kimə “artıq bundan adam olmaz” deməmişdir. Belə ki, xəstə yatağında son nəfəsini verən münafiqlərin liderini ziyarət etmiş və onun İslamla şərəflənməsi üçün son fürsəti belə dəyərləndirməyə çalışmışdır.[4]
 
Rəsulullah (s.ə.s.) başqalarının hərəkət və davranışlarına görə onlar haqda hökm verməmiş, əsla qərəz və sui-zənnlə hərəkət etməmişdir. Məsələn, Ömər ibn Xəttab İslamdan əvvəl müsəlmanlara əziyyət edənlərdən biri idi. Ömər Həbəşistan hicrətinə hazırlaşan Amir ibn Rabianın yanına gedir. Amir evdə olmadığından həyat yoldaşı Leyla bint Hasmə ilə qarşılaşır. Ömər:
 
“Deməli gedirsiniz.”
 
Leyla:
 
“Bəli, Allaha and olsun ki, Allahın yaratdığı dünyadan çıxıb gedəcəyik. Bizi çox incitdiniz. Rahat yaşamağa imkan vermədiniz. Uca Allah da bizə qurtuluş yolu göstərir.” – deyir. Leylanın bu cavabı Ömərə çox təsir edir və kədərli halda:
 
“Allah köməyiniz olsun” – deyərək oradan uzaqlaşır.
 
Ömərin bu halını ilk dəfə görən Leyla əri Amir evə gələndə Ömərin gəldiyini və müsəlmanların hicrətindən dolayı kədərləndiyini, Ömərin nə vaxtsa İslamı qəbul edəcəyini bildirir. Bunu eşidən Amir:
 
“Unutma ki, Xəttabın eşşəyi müsəlman olar, amma oğlu Ömər müsəlman olmaz.”[5]
 
Müsəlmanlara etdiyi işgəncələrə görə həmin səhabə Ömərə qərəzli yanaşsa da, Allah Rəsulu (s.a.s.) heç kimdən ümidini kəsməmiş, heç vaxt qərəzli yanaşmamışdır. Bu prinsipi Ömərə də tətbiq etmişdir. Hətta Ömər haqqında “Allahım! Bu dini Ömərlə gücləndir” – deyə dua belə etmişdir.[6]
 
Qərəzli yanaşmalardan çəkinmək...
 
Ən Gözəl Nümunənin (s.ə.s.) öyrətmə üsullarında diqqətimizi çəkən məqamlardan biri də başqalarının qərəzli yanaşmalara icazə verməməsidir. Hicrətin ikinci ili, Nəhlə səfərində Hakəm ibn Keysan əsir götürülmüş və Mədinəyə gətirilmişdi. Onu Məscidi-Nəbəvinin dirəyinə bağlamışdılar. Rəsulullah (s.ə.s.) onunla şəxsən maraqlanır, öz əli ilə ona yemək yedirir, su verirdi. Arada da ona İlahi haqq və həqiqətlərdən danışaraq İslama dəvət edirdi, ancaq hər dəfə rədd cavabı alırdı. Rədd cavablarına baxmayaraq həqiqətləri anlatmağa davam edirdi. Bəzi səhabələr bundan narahat olaraq:
 
“Ey Allahın elçisi! İcazə ver onu öldürək, onsuz da iman gətirməyəcək.” – deyirdilər.
 
Bəli, təbii ki, səhabələr gördüklərindən təsirlənərək ona qərəzli yanaşırdılar. Lakin Rəsulullah (s.ə.s.) insanların zaman keçdikcə dəyişə biləcəyinə, xətalarını fərq edəcəyinə inanmağı həyat fəlsəfəsinə çevirmişdi. Buna görə də son nəfəsinə qədər heç kimlə əlaqəli sui-zənn etmirdi. Və bunu deyən səhabələrə belə cavab verir:
 
“Əsla! Onu öldürmək olmaz.” Çox keçmədən Hakəm Rəsulullahın (s.ə.s.) mülayim və xoşrəftar davranışlarından təsirlənir və müsəlman olur. Allahın Elçisi (s.ə.s.) bunu görəndə çox sevinir. Hakəmə qərəzli yanaşanları çağırır və onlara belə deyir: “Əgər onu öldürməyinizə icazə versəydim, indi odda yanacaqdı.”[7]
 
Nəticə...
 
Qərəz insanın düşüncə və duyğularını bulandıran zehni xəstəlikdir. Xüsusilə insanlararası münasibətlərdə, dinin gözəlliklərini insanlara çatdırarkən qərəz adlı mərəzdən qorunmaq lazımdır. Çünki qərəz fərd, ailə və cəmiyyətin gedişatına mənfi təsir edir, birlik və qardaşlıq ruhunu zədələyir. Bu da insanların millət, din, dil, irq və s. təbələqələ bölünməsi ilə nəticələnir. Buna görə də cəmiyyətin rifahı üçün də qərəzdən qurtulmaq lazımdır.
 
Cahiliyyə dövründə də insanlar arasında ayrı-seçkilik çox idi. Bəzən bu ayrı-seçkilik insanların Rəsulullaha (s.ə.s.) qərəzli yanaşması ilə nəticələnirdi. Rəsulullaha (s.ə.s.) buna rəğmən təbliğ fəaliyyətində əsla qərəzlə hərəkət etməz, heç kimi sosial statusuna, əqli və əxlaqi keyfiyyətlərinə, xarakter əlamətlərinə, kimlik və qabiliyyətlərinə görə fərq qoymazdı. Məsələn, Hüneyndə uşaqlara öldürməyi qadağan edir. Səhabələrdən biri deyir: “Onlar müşriklərin uşaqları deyilmi?” Rəsulullaha (s.a.s.) da belə cavab verir: “Sizin ən xeyirliləriniz də müşriklərin övladları deyildimi?” Ardınca hər insanın təmiz fitrətlə dünyaya gəldiyini bildirir. Beləcə bir tərəfdən müharibədə mülki əhaliyə zərər verməməyi öyrədir, digər tərəfdən də müharibədə belə, qərəzli yanaşmamaq lazım gəldiyini göstərir.[8]
 
Rəsulullaha (s.ə.s.) həm də hamı ilə yaxından maraqlanır haqq və həqiqətləri insanlara çatdırmaq üçün əlindən gələni edərdi. Onun (s.ə.s.) hadisə və insanlara qərəzsiz yanaşması faydasını verir, müsəlmanları məhv etmək üçün ordularla gələnlər belə,  mərhəmət və şəfqətə ram olurdular. Nəticədə Onun (s.ə.s.) təbliğini qəbul edir və müsəlman olurdular. Onun (s.ə.s.) yolunun davamçısı olan möminlər də təbliğlə məşğul olarkən eyni cür davranmalı və istənilən halda qərəzdən uzaq durmalıdırlar...   
 
Mənbələr:
 
[2] Bax: Buxari, Məğazi, 57.
 
[3] Buxari, Ədəbul-Müfrəd 75; Təbərani, Mucəmul-Kəbir 14745; Hakim, Müstədrək 7147; Bəzzar, Baruz-Zihar 9/176.
 
[4] Bax: Vaqidi, Məğazi 2/428; Zəhəbi, Tarixul-İslam 2/659.
 
[5] Bax: İbn Hişam, Sirə 1/220; Heysəmi, Məcməuz-Zəvaid 6/26.
 
[6] Bax: İbn Macə, 105; İbnul-Əsir, Üsdul-Ğabə 900; İbn Həcər, İsabə 1076.
 
[7] Vaqidi, Məğazi 1/29; İbn Sad, Təbəqat, 4/108.
 
[8] Vaqidi, Məğazi 603, 604.
 
Meneviyyat.az
Oxşar xəbərlər
07:15, Bu gün
Moskvada yaşayış binasında 8 partlayışdan sonra güclü yanğın başladı: adamlar...
02:06, Bu gün
Bayden Livandakı vəziyyəti nəzərə alaraq Netanyahu ilə danışmaq niyyətindədir
02:04, Bu gün
Hizbullahın nüfuzlu şəxsi 5 milyonla İsrailə qaçdı
02:03, Bu gün
“Cəzamı verdi” - Qurban Qurbanov
02:02, Bu gün
Rusiyada onlarla sərnişinin olduğu avtobus qəzaya uğradı: Sürücü diri-diri yandı
02:01, Bu gün
Bakıda dava düşüb: Bıçaqlananlar var
01:42, Bu gün
Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək
29 Sep 2024 | 22:47
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski
29 Sep 2024 | 22:41
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
29 Sep 2024 | 22:38
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
29 Sep 2024 | 22:37
Bu ölkə də sərhəddə hasar çəkmək istəyir
29 Sep 2024 | 22:33
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29 Sep 2024 | 22:32
"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu
29 Sep 2024 | 22:09
İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq?
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 21:55
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
29 Sep 2024 | 21:31
İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
29 Sep 2024 | 21:12
Meymunçiçəyi epidemiyası sürətlə yayılır
29 Sep 2024 | 21:08
“Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır”
29 Sep 2024 | 20:52
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
29 Sep 2024 | 20:34
“Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır” - Prezident
29 Sep 2024 | 20:26
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
29 Sep 2024 | 20:23
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
29 Sep 2024 | 19:56
İsrail Yəmənə yenidən zərbələr endirib
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 19:52
Cəbrayıl şəhərinə növbəti köç olacaq
29 Sep 2024 | 19:51
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
29 Sep 2024 | 19:50
Ceyhun Bayramovun BMT-nin Baş katibi ilə görüşüb, postmünaqişə dövründə vəziyyət müzakirə olunub
29 Sep 2024 | 19:49
"Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur"
29 Sep 2024 | 19:23
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
29 Sep 2024 | 19:22
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
29 Sep 2024 | 18:50
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
29 Sep 2024 | 18:38
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
29 Sep 2024 | 18:34
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
29 Sep 2024 | 18:24
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
29 Sep 2024 | 18:05
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
29 Sep 2024 | 18:05
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
29 Sep 2024 | 18:00
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 17:51
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 17:45
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
29 Sep 2024 | 17:40
Məşhur aparıcının sümükləri əriyir
29 Sep 2024 | 17:35
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
29 Sep 2024 | 17:30
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
29 Sep 2024 | 17:26
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
29 Sep 2024 | 17:23
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 17:00
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
29 Sep 2024 | 16:53
Siqaretdən daha təhlükəli 5 qida
29 Sep 2024 | 16:45
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
29 Sep 2024 | 16:36
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29 Sep 2024 | 16:28
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
29 Sep 2024 | 16:20
THY Brüsselə uçuşlarını təxirə salır
29 Sep 2024 | 16:13
Qulaqlarınızı bunlarla təmizləməyin
29 Sep 2024 | 16:05
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
29 Sep 2024 | 15:45
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
29 Sep 2024 | 15:36
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
29 Sep 2024 | 15:28
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
29 Sep 2024 | 15:20
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
29 Sep 2024 | 15:08
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
29 Sep 2024 | 15:00
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
29 Sep 2024 | 14:50
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
29 Sep 2024 | 14:43
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
29 Sep 2024 | 14:35
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
29 Sep 2024 | 14:34
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
29 Sep 2024 | 14:28
Hamilə qadınlar bu qidaları yesin
29 Sep 2024 | 14:20
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
29 Sep 2024 | 14:16
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
29 Sep 2024 | 14:08
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
29 Sep 2024 | 14:00
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
29 Sep 2024 | 13:54
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
29 Sep 2024 | 13:45
Renkanın tədbirdə paltarı yandı - FOTO
29 Sep 2024 | 13:37
Sürücülərə XƏBƏRDARLIQ
29 Sep 2024 | 13:29
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
29 Sep 2024 | 13:18
İsrail Livanda quru əməliyyatına hazırlaşır
29 Sep 2024 | 13:10
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
29 Sep 2024 | 13:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
29 Sep 2024 | 12:56
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
29 Sep 2024 | 12:48
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
29 Sep 2024 | 12:40
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
29 Sep 2024 | 12:33
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
29 Sep 2024 | 12:25
Sabahın hava proqnozu açıqlandı
29 Sep 2024 | 12:18
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
29 Sep 2024 | 12:10
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
29 Sep 2024 | 12:00
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
29 Sep 2024 | 11:46
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
29 Sep 2024 | 11:39
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
29 Sep 2024 | 11:39
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
29 Sep 2024 | 11:38
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
29 Sep 2024 | 11:30
Mövqelərimiz yenidən atəşə tutuldu
29 Sep 2024 | 11:23
9 nəfəri daşqın apardı
29 Sep 2024 | 11:15
İsrailin növbəti planı məlum oldu
29 Sep 2024 | 11:08
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
29 Sep 2024 | 10:57
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 10:46
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
GÜNLÜK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
29 Sep 2024 | 08:40
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 08:51
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"