Döyüşçülərimizi görüncə Buzluğun buzlaşmış bənizinin buzu əridi, kəndin qırışığı açıldı...
Ekskluziv
Oxunub: 4370
06 Apr 2023 | 16:16
Döyüşçülərimizi görüncə Buzluğun buzlaşmış bənizinin buzu əridi, kəndin qırışığı açıldı...

Aprelin 10-da Kəlbəcərin igid oğullarından birinin - leytenant Mahir Quliyevin şəhadətə qovuşmasının 30 ili tamam olacaq.

Moderator.az şəhidimizin ruhunun şad olması üçün 1992-ci ilə nəşr edilmiş Mehman Süleymanov və Rəşid faxralının müəllifi olduğu "Goranboy əməliyyatı" kitabında yer almış gündəliyindən qeydləri təqdim edir:

 
«Qüvvələrimiz Sarısu kəndində yerləşməliydi. Saat 4.30-da durub ora gəldik. Saat 6-da hücum əmri verildi. Döyüşə girişdik. Bir saat ərzində Böyuk Canbuza çıxdıq».
 
(Leytenant MAHİR QULİYEVİN gündəliyindən )
 
O anlarda Qodan və Dozlar rotaları, 2-ci Bakı batalyonunun bir rotası Canbuz dağının yaxınlığında idi. Onlar «Goranboy əməliyyatı»nın başlanması əmrini burda qarşıladılar...
...Düşmənin dağa desant çıxartdığı ehtimal olunurdu. Bunu dəqiqləşdirmək lazım gəlirdi; dağa desant çıxarılmışdısa, hücum xətti ordan da keçməli idi. Şükür Məmmədovun rəhbərlik elədiyi qrup kiçik (6 nəfər idilər) kəşfiyyata göndərildi. Yol çətin idi, axşamçağı yağmış yağış meşəlikdə bir tayqa keçilməzliyi yaratmışdı. Əvvəllər aparılmış məhəlli hücumların təcrübəsi təsdiqləyirdi ki, düşmən təbiətin yaratdığı səngərlərdə də daldalanıb hucumları dəf eləməyə çalışır. İndi də o səngərlərə doluşa bilərdilər. Bütün bunlar tapşırığın nə dərəcədə çətin olduğunu təsəvvür eləməkdə yardımçı ola bilər.
Qrup ətrafı nəzərdən keçirə-keçirə irəliləyirdi. Keçəcəkləri yolun hər qarışına diqqət kəsilirdilər. Şükür Məmmədov piyada əleyhinə minanın bir addımlığında dayanmışdı; minalanmış sahəyə düşmüşdülər. Adatən düşmən hücum gözlənilən səmtləri minalayır. Döyüşçülərimiz bu məntiqə əsaslanıb qətiləşdirdilər ki, düşmən hücumun hansı tərəfdən olacağını duyubdur. Onu da yəqinləşdirdilər ki, yolun son ucunda düşmən səngərləri var. Yollar boyunca gizlədilmiş minaları aşkarlayıb təmizlədilər –zərərsizləşdirdilər. Heç biri peşəkar minaaxtaran deyildi, bu vərdişi keçdikləri döyüş yolu boyunca yiyələnmişdilər. Minalanmış sahəni keçib qarşı təpəliyə çatdılar. Burdan tutulası mövqe aydınca seçilirdi. Kəsə yolla həmin mövqeyə doğru irəlilədilər...
Qrup əmri yerinə yetirmək üçün cəmləşəndə Şükür onların qətiyyətinə güvənib komandirə demişdi: «Əmr yerinə yetiriləcək, yoldaş komandir!» Kəlmələrə çökmüş inam komandirin tərəddüdlərini dağıtmışdı.
Çevik manevr ilə düşməni çaşdırdılar, qəti həmlə ilə sıxışdırıb mövqedən çıxartdılar. Düşmən qrupu mövqeni qoyub qaçdı, döyüşçülərimiz dağda böyük strateji mövqeni ələ keçirdilər. Əmr yerinə yetirildi. Mövqeni itkisiz ələ keçirən qrup düşmənin səngərində səngərlənib növbəti tapşırıqları gözlədilər...
Şükür Məmmədovun başçılıq elədiyi qrup əmri yerinə yetirdi. Qrupun ələ keçirdiyi mövqe ilə qabaqqənşər yerləşən Canbuz təpəliyi də tutulmalıydı ki, düşmənin «əl-qol açmasına» güman yeri qalmasın. Daha doğrusu, bu mövqeyə də Azərbaycan Silahlı Qüvvələrinin hissələri nəzarət eləsəydi, həm əməliyyatın uğurlu sonluğu təmin edilərdi, həm də müqaviməti zəifləyən düşmən psixoloji zərbə də alardı. Digər tərəfdən, düşmən strateji dəyərə malik olan bu mövqeni itirdiyindən geri çəkilməyə məcbur olacaqdı. Canbuz təpəliyini ələ keçirmək Elşad Çəndirlinin başçılıq etdiyi qrupa tapşırıldı. Qrup Canbuz təpəliyini ələ keçirsəydi, düşmən qruplaşması geri çəkilməyə məcbur olacaqdı və geri çəkilərkən döyüşçülərimizin nəzarətdə saxladığı atəş mövqelərindən (o mövqelərdən birinə Şükür Məmmədovun başçılıq elədiyi qrup nəzarət edirdi) keçməli idilər. Beləcə, düşmənə qurtuluş üçün əl yeri qoyulmurdu. Xalqının tale əskəri olan Elşad və cəbhədaşları əmri yerinə yetirmək üçün Manaşid kəndi yaxınlığında uyarlı mövqe tutdular. Elşad durbinlə düşmənin atəş nöqtələrini aşkarlayır, pulemyotçu hamlet Şirinov isə hədəfi nişan alıb zərərsizləşdirirdi. Qrupun qalan döyüşçüləri onları gözlənilən əks-hücumlardan qoruyurdular. Bir, iki, üç səngərin sinəsi parçalandı. Elşad dördüncü səngərin yerini yenicə müəyyənləşdirmişdi ki, döşünü tutub qışqırdı; döş qəfəsindən yaralanmışdı. Hamlet ləngimədən onu döyüş zonasından çıxartdı. Cəbhədaşları bir anlığa onlar gedən səmtə boylandılar. Atəş bir anlığa, tək bircə anlıqa kəsildi. Düşmən xatanın sovuşduğunu zənn eləməyə macal tapmamış səngərlərinə güllələr doluşdu. Döyüş davam edirdi. Cəbhədaşları yaralanmış əsgərin də, yaralanmış əsgəri döyüş meydanından çıxardan oğulun da əvəzindən vuruşurdular. Onlar az qüvvə ilə nəinki hücum üçün seçilmiş mövqeni saxlaya bildilər, hətta düşməni səngərləndikləri mühüm strateji əhəmiyyətə malik olan neçə mövqedən də çıxmağa məcbur elədilər. Səngərindən güllə üzünə, ölüm üzünə çıxan yeddi düşməni ölümdən də beş qat əskik olan bir ölüm qucdu...
Elşad Çəndirli aldığı yaralardan xəstəxanada keçindi. Elşad şəhid oldu. Onun sənkərdaşlarından iki nəfəri yaralandı...
Erməni hərbi ekspedisiya korpusu birləşmələrinin Canbuzda yerləşən hissələri güclü müqavimət göstərirdi. Vuruşmada 1 ədəd PDM-imiz yandırılmışdı, iki nəfər döyüşçümüz yaralanmışdı. Bu, döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Göstərirdi də. Nə yaxşı torpaqsevərlik bu təsiri boğa bildi. Vuruşma daha da gücləndi. Ermənilər səngər-səngər, addım-addım geri çəkilirdi, düşmən geri çəkilməyə məcbur idi...
Yuxarı və Aşağı Canbuz kəndləri erməni hərbi korpusu birləşmələrindən təmizləndi. Düşmənin Gülüstan kəndində və Ortakənd qəsəbəsində yerləşən qüvvələrindən bu döyüşlərə cəlb eləmək, onun qüvvələrini parçalamaqla (düşmən Gülüstan kəndindən və Ortakənd qəsəbəsindən Canbuz kəndləri uğrunda gedən döyüşlərə qüvvə göndərməyə ya vaxt tapa bilməmişdi, ya da bunun nə ilə nəticələnəcəyini dərk eləmişdi) bu iki mühüm stratoji əhəmiyyətli yaşayış məntəqələrinin müdafiəsini zəiflətmək mümkün olmasa da, Yuxarı və Aşağı Canbuz kəndlərini ələ keçirdik Səngərlərə düşmən cəsədləri yapışmışdı.
 
13 iyun 1992-ci il.
 
...Reyd batalyonunun (komandiri podpolkovnik Qənizadədir) hücumu düşmənin gözlədiyindən də güclü oldu. Güman ki, sınaq döyüşlərinə az qüvvə çıxardan batalyonun hansı qüvvəyə malik olduğunu erməni kəşfiyyatı öyrənə bilməyibmiş. Düşmən nəzarətdə saxladığı, möhkəmləndiyi mövqelərdən qaçmağa məcbur oldu, sürücü-mexanik İsrafil Yolçuyev idarə etdiyi PDM-də ermənilərin meydandan qaçmaqda olan PDM-ini izlaməyə başladı... Xaç yarlıqlı PDM-in təpəliklərlə Başkəndə tərəf irəlilədiyini görən İsrafil kəsə yolla onun qarşısına keçdi. Bu gözlənilməz qarşılaşmadan özünü itirən ekipaj döyüş maşınını atıb qaçdı...
Opponentlərimiz bizi qınamağa, bir qədər sərt desək, bizə qara yaxmağa tələsməsinlər və belə güman eləməsinlər ki, biz döyüşlərin real mənzərəsini, düşmənin malik olduğu qüvvəsini, manevretmə bacarığını, döyüş keyfiyyətlərini bilərəkdən, qəsdən azaldırıq – faktları təhrif edirik. Yox, belə bir məqsədimiz yoxdur. İnşallah, müharibə qələbəmizlə başa çatandan sonra hər döyüşü bir tarix olan günlərin şahidləri ilə bizi qınamağa həvəsiyənləri tanış eləməyə, sənədləşmiş faktları birgə vərəqləyəcəyimizə söz veririk.
 
13 iyun 1992-ci il.
 
«Saat 2_yə * 13 dəqiqə işləyib. Yenə hücuma keçirik. Buzluq kəndini almalıyıq».
 
(«GÜNDƏLİK»DƏN).
 
Buzluq kəndi Cambuz–Gülüstan yolunun sağ qanadında yerləşir. Cambuz kəndlərində möhkəmlənən döyüşçülərimizin hücumunun qarşısını ala bilməyən düşmən qaçaraqda bu kəndə də gələ bilərdi, qüvvələri artardı və hücumu dəf edərdi. Əməliyyat planında bu da nəzərə alınmışdı; hücum çevik və çox istiqamətli olacaqdı. Hücuma qoşulmuş hər batalyona, hər rotaya konkret tapşırıq verilmişdi və qüvvələr arasında etibarlı rabitə yaradılmışdı. Daha doğrusu, əməliyyatı izləyən komandirin əmri ilə bölümlər şərait nəzərə alınmaqla istənilən şəkildə manevr edəcəkdi.
Döyüşçülər hücum əmri gözləyirdi.
 
«Mənim kəşfiyyat qrupum kəşfiyyata getdi. Muşahidə elədik ki, ermənilər kənddən qaçır. Atışmağa imkanları yoxdur».
(«GÜNDƏLİK»DƏN)
 
Sözə qüvvət: Yox, zabit qardaş, erməni «boyevik»lərinin döyüşməyə imkanlarının olmamasını qətiləşdirməkdə yanılırsan. Rus ordusunun dürlü-dürlü silahları onlarda deyilmi? Xarici havadarları onlara istədikləri qədərincə silah, hərbi sursat gğndərməyibmi? Döyüş meydanından düşməni qaçırdan sizin də daxil olduğunuz hərbi birləşmənin bu hücumunun qarşısında duruş gətirə bilməmək qorxusu idi; düşmən ölümündən qaçırdı.
Kəşfiyyat öyrəndi ki, Buzluq kəndinin sağ qanadından dikələn təpəlik düşmənin həm müşahidə məntəqəsi, həm də kəndin müdafiəsini tənzimləyən qərargah – bazadır. O yüksəkliyi tutmaq əmri verildi. Əmri kəşfiyyat qrupu yerinə yetirəcəkdi.
Döyüşçülər təpəliyə iki cinahdan yaxınlaşdı. Əmrin icrasından qabaq bütün mümkün ehtimallar nəzərə alınmışdı. Şərtləşmişdilər ki, ilk atəşdən sonra (bunun üçün işıq saçan avtomat gülləsindən istifadə olunacaqdı və onu mövqeyə daha tez çatan dəstə atacaqdı) düşmən səngərləri qumbara ilə dağıdılmalıydı. Sağ cinahdan irəliləyən döyüşçülər yüksəkliyə çataçatda sol cinahdan 4 ədəd işıq saçan güllənin səsinə boylandılar.
...Səngərlərə qumbara atmaq lazım gəlmədi. Düşmənin ağciyər döyüşçüləri atəşdən azca qabaq – kəşfiyyatçıların boyu görünən kimi sangərlərindən qaçanda sol cinahdan dikələn döyüşçülərimizin atəş zolağına düşüblər.
4 güllə açılmışdı. 4 düşmən öldürülmüşdü.
Kəndə Suliknatsov gölü səmtindən hücum eləyən Xanlar, Gəncə, Mingəçevir batalyonlarının döyüşçüləri bu anlarda kəndin girəcəyində vuruşurdular. Vuruşma az çəkdi. Düşmən mövqe-mövqe geri çəkildi və qaçdı. Kəndin həndəvərlərindən ara-sıra gələn atışma səsi öləzidi, öləzidi və kəsildi...
Döyüşçülərimiz kəndə girdilər.
Buzluq kəndi erməni yaraqlılarından, ermənilərdən təmizləndi. Buzluq kəndi bizdədir!
Döyüşçülərimizi görüncə Buzluq kəndinin buzlaşmış bənizinin buzu əridi, kəndin qırışığı açıldı. İndi qətiləşdiririk ki, torpaq da insan misallıdır; yad əlində, düşmən qırmancı altında çırpınan, zillət çəkən, çırpınıb zillət çəkə-çəkə yaradana əl açan torpaq da nəfəsinə, qədəmlərinə qəribsədiyi əzizlərini görüncə sevincindən uçuşur və qəribsədiyi əzizlərinin ləngisə də qınından sıyrılan qeyrətlərinə üz sürtür.
Buzluq kəndinin buzlaşmış bənizi güllə səslərinə diksinmədi. O səslərə əl uzatdı, hava əvəzinə o səsləri uddu.
Kənd düşməndən təmizlənsə də döyüşçülərimiz əlverişli mövqe tutub möhkəmlənməli idi. Düşmənin əsaslı müqavimət göstərmədən kənddən qaçması taktiki manevr ola bilərdi. Düşmən döyüşçülərimizi qəfil əks-hücumla mühasirəyə salardılar. Bu ehtimal yönümündə kənddə mühafizə postları yaradıldı. Bizim nəzarətimiz altında olan Buzluq kəndinin mühafizəsi təşkil edildi.
Təəssüf, min təəssüf ki, düşmən qaçaraqda əllərində olan döyüş texnikasının bir hissəsini də özləri ilə apara bilmişdilər. Heyf!..
Yuxarı Ağcakənd (Başkənd adı ilə də tanınır – R. F., M. S.) Şampriput dağına dirsəklənir. Müharibədə dağlar da qüdrətdən yaranmış səngərlərdir. Düşmən belə əvəzsiz səngərlərdən sıxışdırılıb çıxarılmayınca onların müdafiə elədiyi yaşayış məntəqələrinin alınması həmişə çətin olur. Düşmənin müharibənin bütün nəzəri əsaslarına əməl eləməklə vuruşduğu dəfələrlə təsdiqlənib. Onların Şampriput dağında da mövqe tutduqlarına şübhə ola bilməzdi. Məhz dağın harasında? Kəşfiyyatçılar düşmənin harda mövqe tutduğunu müəyyənləşdirməli və oranı hücumdan qabaq ləğv etməli idi ki, əməliyyat qələbə ilə başa çatdırılsın. Belə məqamlarda qüvvədən də yana əlverişli mövqe halledici olur. Bu, hərb elminin hucum etmə düsturudur.
 
14 iyun 1992-ci il.
 
«Şampriput dağından biz tərəfə toplardan atəş açırlar. Bu, elə-belə, qarasına atılmır. Mərmilər yan-yörəmizdə ölüm çuxurları qazır.
...Saat 5 radələrində «Qalxın!» əmri verildi. Durduq. Soyuq idi. Soyuq olsa da, uşaqlar hücum üçün, vuruşmaq üçün bərk darıxıblar».
 
(«GÜNDƏLİK»DƏN)
 
Jurnalist sözü: Cəbrən müharibəyə cəlb edilmiş bir xalqın torpaqcanlı, qeyrəqli ərənləri o an BÖYÜK QƏLƏBƏNİN tərkib hissəsi olası bir qələbə üçün darıxırdılar. Ordumuzun  hünərli əsgərləri bu vuruşmadan da qələbə ilə çıxacaqdılar.
 
«Başkənd açıq-aydın görunurdu. Erməni «boyevik»ləri də görünürdu. Bəhruzun əlləri istər-istəməz pulemyotun tətiyinə yönəldi. Başımla «Olmaz» dedim. Gileyli, gileyli üzünü məndən çevirdi».
 
(«GÜNDƏLİK»DƏN)
 
Səhər açılırdı. Döyuşün bir güllə mənzilində hücum ərəfəsində döyüşçülərim Şampriput dağının da günahsız sinəsinə can atan Günəşin işığına boylanırdılar. Günəş onların bircə gecə görmədiyi KİŞİ boylarından ərənlik tamsınırdı. Günəşin bugünki doğuşu da döyuşçülərimizin qələbə üzünə açılan bir sabahını salamlayırdı. Düşmən bundan xəbərsiz idi, döyüşçülərimiz bunu duymuşdular.
Kəşfiyyatçıları vuruşma intizarından podpolkovnik Əzizağa Qənizadənin əmri qurtardı: Şamnriput yüksəkliyində mövqe tutmalı! Tapşırığı leytenant Mahir Quliyevin başçılıq etdiyi kəşfiyyat qrupu yerinə yetirməli idi. Bu, olduqca vacib tapşırıq idi.
Çox güman ki, gecə mərmilər burdan atılırdı.
Nəzərdə tutulan yüksəkliyə üç istiqamətdən yaxınlaşdılar. Səngərlər görünürdü. Düşmənin muhafizə-müdafiə qüvvələrini duyuq salmamaq üçün səngərdəkiləri səssizcə aradan götürməyi qərara aldılar. Mahir Quliyevlə Bəhruz Əliyev gözaltıladıqları səngərlərin qənşərinə çatdılar. Səngərlərdə heç kəs yox idi. Lakin onların bu gün, bəlkə də beş-üç dəqiqə əvvəl burda olmalarını təsdiq eləyən əlamətlər çoxdan çoxuydu. O biri kəşfiyyatçılarımız da gəlib çatdılar.
Ağıllarına da kəlməzdi ki, düşmənin belə mühüm mövqedən vuruşsuz-filansız çıxması tələ ola bilər. Bir siqaret çəkimi vaxt ötüncə gözlədilər, ətrafı müşahidə etdilər. 
Bu, doğrudan da tələ imiş, az qala ölümlə nəticələnəcək tələ.
Mövqedə təzəcə möhkəmlənmişdilər. Əks tərəfdən səngərə sarı iki erməni «boyevik»inin gəldiyini gördülər. Nə haqdasa pıçıldaşırdılar. Bu danışıqdan ikicə kəlməni anladılar: türk və Qarabağ . Bu günkü müharibənin adı ilə bağlı olan bu ikicə kəlmənin təəssüb yükü kəşfiyyatçıların damarlarında qanlarına işləsə də, gələnləri diri tutmağı qərara aldılar. «Gəlin, yaxın gəlin qudurmuş dığalar. Türk sizin sinənizə Qarabağ boyda bir dağ çəkəcək» – Bəhruz pıçıldadı. Soltanəli Allahverdiyev fin bıçağına əl uzatdı. Sayılı saniyələr ötüncə həmlə planlaşdırdılar. Gələnləri 15–20 addımlıq məsafəyədək yaxına buraxdılar. Qəfildən qənşərlərinə çıxıb ikisini də səssiz-səmirsiz silahsızlaşdırdılar, çəkib səngərə saldılar ki, pusquda durmuş düşmənin görüm sahəsinə düşməsinlər.
Leytenant Mahir Quliyevin güclü məntiqi müqabilində inadları əriyən əsirlər bildirdilər ki, türkləri (Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini – R. F., M. P.) tələya salmağı qərara alıblar. «Boyevik»lər kəndi boşaldaraq ikibir-üçbir təpəlikdəki mövqelərə toplaşacaq, sonra kəndə girmiş türk əsgərlərini mühasirəyə salıb qıracaqlar. Buzluqdan, Gülüstandan da kömək göndəriləcək. Əsirlərin Buzluq kəndini itirdiklərindən ya xəbərləri yox idi, ya da kəşfiyyatçıları aldatmaq istəyirdilər. Üzə vurmadılar. Kəşfiyyat üçün kəndə enmək mümkün olmadığından əsirlərin dediklərinə inanmağa məcbur idilər. Komandanlığ ilə də əlaqə yaratmaq mümkün olmadı. Bütün bənd-bərələri müşahidə altında saxlayıb gözlədilər.
Əsirlər daha qiymətli hərbi sirlər də verdilər. Dedilər ki, Yerevandan dəfələrlə əmr gəlib ki, təcili Çaykəndi ələ keçirin. Bunun üçün böyük qüvvə də göndəriləcəkdir. Sizin (Azərbaycan Milli Ordusunun – R. F., M. S.) hücumlarınız bu planı alt-üst elədi. Əsirlər erməni hərbi birləşmələrinin tərkibində xaricdən gəlmiş muzdluların, MDB-yə məxsus hərbi texnikanın da olduğunu etiraf etdilər. Lakin qüvvələrinin cəmləşdiyi mövqelərin yerini demədilər.
...Bir «boyevik» də göründü. Kəşfiyyatçılar parolu əsirlərdən öyrənmişdilər. Cavab parolunu dedilər. «Boyevik» niyəsə şübhələndi. Yəqin ki, parolun ifadə tərzi onu duyuq salmışdı. Geri qayıtmaq istədi. Onun qaçması əslində bir düşmənin ölümdən can qurtarması deyildi. O, kəndə xəbər çatdıra bilərdi ki, bu da bir azdan başlanası hücumun nəticəsinə təsir göstərərdi. M. Quliyev düşmənin qıçlarını nişan aldı, iki qıçından da yaraladı. «Boyevik» qaçıb uzaqlaşmaq istədi. İki yüz addıma kimi qaçdı. Mahir atəş aça-aça əlində qumbara sahmanlayan düşmənə yaxınlaşdı. Bir anlığa ikisi də duruxdu. Hər ikisi üçün ölüm qaşla-göz arasında idi. Erməni qumbaranı Mahirə tərəf atdı. Leytenant sağa tərəf çəkildi və sərrast ataşlə onun sinəsini nişan aldı. Güllə hədəfə dəymişdi. Üzbəüz döyüşdən qələbə ilə çıxan kəşfiyyatçı qahrılıb səngərə tərəf boylananda Bəhruzu yanında gördu. Dostunun çətinə duşdüyünu sövq-təbii duyan bu cavan döyüşçü köməyə gəlmişdi. İkilikdə torpağa sərili qalmış düşmənin cəsədini süzdülər, nifrətlə süzdülər.
...Yamac boyunca qaçaraq dörd düşmən də yaxınlaşırdı. Elə yaxınlaşa-yaxınlaşa da atəş açırdılar. Güman eləmişdilər ki, dörd erməni dığası iki azəri türkünə dov gələcəkdi. Yanılmışdılar. Xatırlamaq istəməmişdilər ki, dava günu hər türk beş düşmənə cavab verə bilir, sıralarında daha 6 yaraqlı da olsa ölümdən qaça bilməyəcəklər. Gələn yaraqlıların atəşlərindən – atdıqları güllələrdən yayınıb çox da böyük olmayan daşların dalında mətəristləndilər. Ölümlərinə qənşər gələn düşmənləri gülləyə tutdular. Dörd-beş dəqiqə vuruşdular. Düşmənin biri öldurüldü, üçü yaralandı. Yaralılar yerəmi girdi, göyəmi çıxdı – tapa bilmədilər. Ölən rus əsgəri idi. Sənədləri də üstündəydi. Cığara kağıza büküb qoltuq cibinə qoymuşdu. Hərbi xidmətə rus ordusunun əsgəri kimi çağırılmış bu rus balası erməniliyə xidmət edirmiş, ölümünə də bais elə erməniliyə qulluq eləməsi oldu. Sənədləri arasında səliqə ilə yazılmış bir vərəq də varıydı. Məktub idi. Yazılışından bəllənirdi ki, sevdiyi qıza göndəriləcəkmiş: «...Prişel prikaz o zaxvate selo Todan. Skoro pobedim azerbaydjanskix basmaçey. İmeetsya dostatoçnaya texnika. Pobedim i otpusk...».
Həmin məktubu Mahir özündə saxlayır; müharibə qələbəmizlə başa çatınca özündə saxlayacaq – hər əməliyyatdan qabaq kimlərlə döyüşdüyümüzü xatırlamaq istəyir. Həmin məktub rus ordusunun ermənilərlə birləşərək Şimali Azərbaycana qarşı hərbi ittifaqını təsdiqləyən bir sənəddir. Rus muzdlu əsgərlərinə öz dədə-baba torpağını qoruyan azəri türkünün hünərvər döyüşçülərini «basmaçı» kimi tanıdanlar da, buna inanıb  taleyini qumara qoyanlar da döyuş-döyüş məğlubiyyətə yaxınlaşırlar.
 
«...İki «boyevik» öldürdük, ikisini əsir götürdük, üçünü yaraladıq...
...Hər tərəf yaşıllıqdır. Çəmənlər adamın üzünə gülur».
 
(«GÜNDƏLİK»DƏN)
 
Elədi, qardaş. Azəri türkünün görər gözləri gözəlliyi döyüşün qızğın çağında da görür, ürəyi bu gözəlliyi güllələrin içində də duyur. Düşmən belə bir xalqla müharibəyə girişməkdə özünü uduzub, taleyini uduzub.
Leytenant Mahir Quliyevin komandir olduğu qrup əmri yerinə yetirdi – mövqe düşməndən təmizləndi. Qrup mövqedə möhkəmləndi. Cəmi 6 nəfərlə belə bir mühüm strateji əhəmiyyətə malik olan mövqeni – Şampripüt yüksəkliyini mühafizə eləmək çətin olsa da, qrup növbəti əmr verilincə orda gözləməliydi. Müharibədə hər əmrin öz məzmunu, öz qələbə yükü olur...
 
14 iyun 1992-ci il.
 
«Axşamçağı – saat 16-17 radələrində kəndə hücum əmri verildi. Döyüş texnikası və piyadalar kəndə doğru irəlilədi».
 
(«GÜNDƏLİK»DƏN)
 
Şampriput yüksəkliyindəki mövqedə möhkəmlənmiş qrup da hücuma qoşulmuşdu. Təpəlikdəki mövqedən enib kəndə girən «reydçilər» gözləmədikləri halda, düşmənin bir PDM-i ilə qarşılaşdılar. Diqqət yetirəndə bu döyüş maşınını tanıdılar – Buzluq uğrunda gedən döyüşlərdə bizim PDM-i bundan vurmuşdular. Onu partladıb sıradan çıxartmaq istəmədilər; itirilmişə əvəz kimi bu PDM-i «diri» ələ keçirməyi qərara aldılar.
Rasim Abdullayev və Tahir Vəliyev PDM-ə tərəf irəlilədi. Yox, yox, irəliləmək mümkün deyildi, güllələrdən göz açmaq olmurdu – süründülər, atəş altında sürünə-sürünə bir azdan döyüşçülərimizin ayağına döşənəcək bu «yeriyən ölüm»ə doğru süründülər. Düşmənin atdığı güllələr əllərini, ayaqlarını yalayırdı. Sağ tərəfdən də kömək gəldiyini görən ekipaj PDM-i qoyub qaçmağa cəhd elədi. 5-6 addım uzaqlaşmamış 4 güllə açıldı, 4 erməni yaraqlısı yerə sərildi.
...PDM qənimət qaldı. Növbəti döyüşdə dünənəcən erməniliyə havadarlıq eləyən «İKS» nömrəli bu PDM erməni hərbi korpusu bölmələrinə qənim kəsildi.
Şampriputdan – müşahidə məntəqəsindən döyüş zonasına enəndə podpolkovnik Qənizadə və batalyonun 4 nəfər döyüşçüsu qəfildən iki düşmənlə üz-üzə gəldilər. Kim bilir, bəlkə də düşmən komandirin ölümünə susayıbmış. Çevik bir həmlədən sonra düşmənlər tərksilah edildilər. Bir az inadlaşıb sonra «yumşalan» əsirlərdən çox az məlumat ala bilsələr də komandir taktiki manevr eləmək haqda bayaqdan bəri düşüncələrini gəmirən tərəddüdü qətiləşdirdi – düşmənin gözləmədiyi, güman eləmədiyi tərəfə keçərək onun qüvvələrinə bu döyuşün son zərbəsini endirməli!..
Erməni hərbi ekspedisiya korpusu birləşmələrinin tərkibində vuruşan ruslardan da əsir götürülmüşdü. Podpolkovnik o rusun yalnız soyadını və yaşadığı yeri xatırlayır; «Novokuznetsk şəhərindən Orlov. Bir də əsirin dediklərindən bəzi kəlmələri: «Mne obmanuli. Ya ne xotel. Oplaçivali za kajdı boy...».
«Reyd»çilər hücumu genişləndirəndə – iyunun 14-ü idi – Yuxarı Canbuz istiqamətindən hüçum edən Xanlar batalyonunun üçüncü rotası (komandir Əli Qasımovdur) Başkənddə batalyonun əsas qüvvəsi ilə birləşdi. Başkəndə çoxtərəfli hücum düşmənin müqavimətini qırdı. Kiçik hərbi baza ələ keçirildi. Burada xeyli sursat, tibbi preparatlar və s. aşkar olundu. Elə bu faktın özü də təsdiqləyir ki, bu müharibədə erməni ideologiyasının sərsəmliyindən zəhərlənmiş ermənilərin hansı səviyyədə «yazıq» olduqlarını sübut edir. Bu müharibə təkcə Qarabağın dağlıq hissəsini əhatə eləmir, ermənilərin ideoloqları və hərbçiləri bu müharibəyə illərlə hazırlaşıb; həm döyüşçüləri olacaq, ermənilərin psixikasına təsir şəklində, həm də hərbi texnika, döyüş sursatı toplamaq şəklində. Dünya ictimaiyyətinin görər gözləri hara baxır görəsən?
Başkənd uğrunda döyüşlər çox çəkmədi. Düşmən geri çəkildi, düşmən qaçdı. Düşmənin xeyli texnikası məhv edildi, 20-dən çox döyüşçüsü öldürüldü. Bizim üç nəfər döyüşçümüz yaralandı...
 
14 iyun 1992-ci il.
Oxşar xəbərlər
07:55, Bu gün
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
07:42, Bu gün
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
07:33, Bu gün
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
07:21, Bu gün
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçdiyini təkzib etdi... 
07:20, Bu gün
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01:03, Bu gün
"Navalnının ölümü gerçəkdən necə baş verib?" - KİV-lərdən yeni araşdırma
00:53, Bu gün
İsrail Livanın cənubunu fosfor bombaları ilə vurur - Video
00:50, Bu gün
Putin gecə ilə Kremlə gəldi: təcili iclas… - Video
30 Sep 2024 | 23:33
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” - Video
30 Sep 2024 | 23:29
Təcili: İsrail ordusu Livana girdi - Video
30 Sep 2024 | 23:18
"Əgər biz Londonun mərkəzinə bomba atsaydıq, hər şey bitəcəkdi..."
30 Sep 2024 | 23:15
ABŞ-ın Ukrayna münaqişəsinə təsir edəcək “sehrli güllə”si...
30 Sep 2024 | 23:04
17 növ xərçəngdən qoruyan möcüzə içki
30 Sep 2024 | 22:56
Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?
30 Sep 2024 | 22:48
Nizami Rəmzinin qızı müğənniliyə başladı: “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”-FOTO+VİDEO
30 Sep 2024 | 22:46
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA
30 Sep 2024 | 22:38
İmicini dəyişən Nadir Rüstəmli tanınmaz halda - FOTO
30 Sep 2024 | 22:30
Əfsanəvi basketbolçu öldü
30 Sep 2024 | 22:23
Bakının bu ərazisində 100 minə ev alanların PULLARI BATACAQ - XƏBƏRDARLIQ
30 Sep 2024 | 22:18
İnsanlar haqqında az bilinən qorxunc faktlar
30 Sep 2024 | 22:10
“Qırmızı Körpü”də 400 yük maşını gözləyir
30 Sep 2024 | 22:03
Həkim qəhvənin beyin üçün faydalarından danışıb
30 Sep 2024 | 22:00
"İsrail Livanda atəşkəsə razı olmayacaq" - İsrail XİN rəhbəri
30 Sep 2024 | 21:50
Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!
30 Sep 2024 | 21:47
İsrail “Hizbullah”a qarşı əməliyyatın növbəti mərhələsinin başladığını elan edib
30 Sep 2024 | 21:44
YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
30 Sep 2024 | 21:38
Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq
30 Sep 2024 | 21:23
Paşinyandan gözlənilməz qərar: Ərdoğanla...
30 Sep 2024 | 21:15
Metroda qadına yer verməyən sərnişin bıçaqlandı
30 Sep 2024 | 21:15
"İçərişəhər" stansiyasının önündə dəhşətli SIXLIQ
30 Sep 2024 | 21:12
Saçınızın sağlamlığı üçün bunu edin
30 Sep 2024 | 21:09
Yolun ortasında məzar qazıb dəfn etdilər - Bakıda kuryoz hadisə+Video
30 Sep 2024 | 21:06
Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI
30 Sep 2024 | 20:58
Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski
30 Sep 2024 | 20:58
“Hacı Zeynalabdin Tağıyevin gördüyü əksər işlərin arxasında babam dayanıb”- Tanınmış neft milyonçusunun nəticəsi olan müğənni (FOTO/VİDEO)
30 Sep 2024 | 20:52
"Rusiyalılar iri şəhərlərə yaxınlaşır, ukraynalıların "ayılması" zamanıdır..."
30 Sep 2024 | 20:50
Rəsədxana kosmik hava durumunu açıqladı
30 Sep 2024 | 20:43
Zəngəzurla bağlı çox müzakirə aparılmalıdır - İran
30 Sep 2024 | 20:40
Şorbaya əlavə etmək üçün bir nömrəli məhsul
30 Sep 2024 | 20:38
Rövşən Nəcəf "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclasında iştirak edib
30 Sep 2024 | 20:36
"İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq"
30 Sep 2024 | 20:35
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
30 Sep 2024 | 20:33
Pezeşkiandan kritik Azərbaycan anonsu – “Öz hökumətləri olacaq...”
30 Sep 2024 | 20:26
Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında
30 Sep 2024 | 20:15
Azərbaycanda 100 meqabitlik internet zəifdir? - Rəsmi cavab
30 Sep 2024 | 20:08
Rusiyada güzlü zəlzələ oldu
30 Sep 2024 | 20:00
Pezeşkian Rusiya baş naziri ilə görüşdü
30 Sep 2024 | 19:55
"Biz Qərbi azərbaycanlılar qayıdışımıza inanırıq!” - Bəyanat
30 Sep 2024 | 19:48
Prezident Leonid Slutskini qəbul etdi- YENİLƏNDİ
30 Sep 2024 | 19:40
Sağlamlıq üçün ən zərərli iki məhsulun adı açıqlanıb
30 Sep 2024 | 19:35
Bu marşrut xətti "BakuBus"a verildi
30 Sep 2024 | 19:30
"Dövlət quruluşu belə olsa, rüşvət almaq mümkün olmaz" – Elmi-lədun
30 Sep 2024 | 19:27
XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
30 Sep 2024 | 19:25
Ruhi Əliyeva həyat yoldaşı ilə birlikdə - FOTO
30 Sep 2024 | 19:20
Bakıda mənzillər kəskin bahalaşdı
30 Sep 2024 | 19:12
Murovdağda düşməni lərzəyə salan gənc zabit...
30 Sep 2024 | 19:08
Borş və atlamadan bezən əcnəbilər rus restoranında TERROR TÖRƏTDİ
30 Sep 2024 | 19:00
Lənkəran şəhərinin baş planının hazırlığına başlanıldı
30 Sep 2024 | 18:52
Məşhur uşaq nağılı gerçək oldu: Tısbağa dovşana qalib gəldi - VİDEO
30 Sep 2024 | 18:47
"Instagram"da dələduzluq edən şəxs saxlanıldı - FOTO
30 Sep 2024 | 18:40
Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi
30 Sep 2024 | 18:33
İş müsahibəsində belə danışmalıyıq
30 Sep 2024 | 18:25
Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
30 Sep 2024 | 18:20
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
30 Sep 2024 | 18:15
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
30 Sep 2024 | 18:12
“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...
30 Sep 2024 | 18:10
Azərbaycan XİN Nepala başsağlığı verib
30 Sep 2024 | 18:07
“Onlar bizi mühasirəyə salıb əzmək istəyirlər”
30 Sep 2024 | 18:05
Özünü yırtıcı kimi hiss etdim: 18 yaşlı turist
30 Sep 2024 | 18:04
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb - FOTO
30 Sep 2024 | 18:00
Mədəni həddindən artıq yükləmək bu orqana mənfi təsir edir
30 Sep 2024 | 17:59
Qubada ayılar kəndə hücum etdi - FOTO/VİDEO
30 Sep 2024 | 17:55
Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi? - AÇIQLAMA + FOTO
30 Sep 2024 | 17:51
Azərbaycanlı tanınmışın qızı kamera önündə görün nə etdi - VİDEO
30 Sep 2024 | 17:45
Azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib
30 Sep 2024 | 17:39
Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək
30 Sep 2024 | 17:33
Kamran Əliyev yəmənli həmkarı ilə görüşdü - FOTO
30 Sep 2024 | 17:27
Britaniyadan yüksək səviyyəli nümayəndə heyəti COP29-da Bakıya gələcək
30 Sep 2024 | 17:21
Avropada Vatikanın analoqu olan yeni, amma müsəlman dövləti yarana bilər - FOTO
30 Sep 2024 | 17:16
"Saz niyə havadadı, sağdadı, rəngi isə..." - Aşıq Ələsgər heykəlinin müəllifi cavabladı
30 Sep 2024 | 17:11
Putin Polad Bülbüloğlunu təltif etdi - FOTO
30 Sep 2024 | 17:07
Əli Əsədov qərar imzaladı
30 Sep 2024 | 17:03
Bu universitetə yeni rektor təyin olundu
30 Sep 2024 | 16:59
Sevda Yahyayevadan “Sevənlərin ulduzları”na yeni nəfəs - FOTO/VİDEO
30 Sep 2024 | 16:55
Zarina Qurbanova kimdir? - Zindulladan qorxub adını dəyişən, ata sevgisinə həsrət travmalı aktrisa
30 Sep 2024 | 16:50
Nazim Bəydəmirliyə 8 il həbs cəzası verildi
30 Sep 2024 | 16:45
“Təklif edirəm ki Zəfər Bayramına qədər amnistiya aktı qəbul olunsun” -Qüdrət Həsənquliyev
30 Sep 2024 | 16:40
Azərbaycanlı müğənninin toyu oldu - FOTO/VİDEO 
30 Sep 2024 | 16:35
Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urudun yazısı
30 Sep 2024 | 16:30
“Survivor”da tanış olan cütlük evləndi - VİDEO
30 Sep 2024 | 16:25
Masazırda hərbi sursatlar aşkarlandı - VİDEO
30 Sep 2024 | 16:19
Dövlət Komitəsi tərəfindən musiqili fləşmob keçirilib - VİDEO
30 Sep 2024 | 16:13
Kamran Əliyev Türkiyənin Baş prokuroru ilə görüşdü - FOTO
30 Sep 2024 | 16:07
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
30 Sep 2024 | 16:01
“Bir yerdə xidmət etmişik, pulları da...” - Ordudakı yeyinti ilə bağlı yeni faktlar
30 Sep 2024 | 15:57
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
30 Sep 2024 | 15:51
Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı - FOTO
30 Sep 2024 | 15:45
DTX və DSX-dən birgə ƏMƏLİYYAT: İrandan ölkəmizə keçən naməlum uçuş aparatı endirildi - FOTO
30 Sep 2024 | 15:39
Lalə Azərtaşın Londonda yaşayan qızı - VİDEO
30 Sep 2024 | 15:34
Oktyabr ayının HAVA PROQNOZU
GÜNLÜK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 09:52
“Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – BACISI GÖRÜN KİM İMİŞ
30 Sep 2024 | 09:10
Britaniya mətbuatı: Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 14:09
Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm açıqlandı
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
AYLIQ
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
30 Sep 2024 | 12:50
Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...
30 Sep 2024 | 10:21
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...
30 Sep 2024 | 14:12
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
30 Sep 2024 | 10:09
Azərbaycanda pensiyaçılar üçün hansı GÜZƏŞTLƏR VAR?
30 Sep 2024 | 09:01
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
30 Sep 2024 | 13:51
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
30 Sep 2024 | 09:52
“Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – BACISI GÖRÜN KİM İMİŞ
30 Sep 2024 | 09:10
Britaniya mətbuatı: Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR