Su təsərrüfatı ilə məşğul olan iki qurumun birləşdirilməsinin hansı nəticələri olacaq?
Cəmiyyət
Oxunub: 3117
31 Mar 2023 | 19:10
Su təsərrüfatı ilə məşğul olan iki qurumun birləşdirilməsinin hansı nəticələri olacaq?

Azərbaycanda su təsərrüfatı ilə məşğul olan qurumların birləşdirilməsi bir mərkəzdən idarə olunmanın effektivliyini artıracaq addımdır.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli ötən gün “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” ASC-lərin ləğv edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı ölkə başçısının fərmanını şərh edərkən deyib.

N.Cəfərli hesab edir ki, növbəti mərhələdə ölkəmizdə suya olan tələbatın qarşılanması üçün yeni yanaşma həyata keçirilməlidir:

“Bu iki qurum praktiki olaraq eyni təsərrüfat sahəsi ilə, eyni problemlərin həlli ilə məşğul olurdular. Amma səlahiyyət və məsuliyyət bölgüləri kəsişdiyindən bəzən bir-birlərinə mane olurdular. Ona görə də iki qurumun birləşdirilməsi və bütün idarəetmənin eyni mərkəzdən, eyni prinsiplərlə həyata keçirilməsi bu maraq toqquşmalarına da son qoyacaq.

Hesab edirəm ki, mərkəzləşmə, effektiv idarəetmə nöqteyi-nəzərindən doğru qərardır. Amma həm də bu struktur islahatlarına, bu sahənin fəlsəfəsinin dəyişməsinə ehtiyac vardır. Azərbaycanın yaxın onilliklərdə ən böyük problemlərindən biri su problemi olacaq. Bura həm içməli su, həm də kənd təsərrüfatı sahəsində istifadə edilən sular daxildir. Ona görə də su probleminin həlli üçün bir mərkəzdən idarə olunan konsepsiyanın, fəlsəfənin olmasına ehtiyac var. Ola bilər ki, bizim əlavə su mənbələrinə çıxış imkanını artırmaq üçün müəyyən addımlar da atılsın. Hətta dəniz suyundan da istifadə olunması məsələsi də gündəmə gələ bilər.

Ona görə də ilkin addım olaraq doğru addımdır və növbəti addım kimi idarəetmənin yeni konsepsiyasının yaradılmasına ehtiyac var”.

İqtisadçı-ekspert Xalid Kərimli də öz növbəsində hesab edir ki, ölkə başçısının məlum fərmanı Azərbaycanda su idarəçiliyi sahəsində yeniliklərə gətirib çıxaracaq:

“Dünyada sübut edilmiş bir yanaşma var ki, dövlət nə qədər kompakt olsa iqtisadiyyat uçun bir o qədər yaxşıdır. Dövlət böyüdükcə, onun tənzimləyici qurumlarının sayı artdıqca özəl sektor sıxılır, onların yükü artır. Düzdü müəyyən fəaliyyətləri fərqli olsa da hər iki qurumda təkrarlanan çoxlu inzibati işlər var. Birləşmə nəticəsində bu işlər optimallaşdırılacaq. Bu həm də kadrlardan düzgün və səmərəli istifadə edilməsinə gətirib çıxaracaq. Nəticədə isə dövlət vəsaitlərinə qənaət ediləcək. Hesab edirəm ki, bu birləşmə addımları davam etdirilməlidir və dövlət qurumlarının sayı azalmalıdır”.

Ekspertin sözlərinə görə, suya qənaət edilməsi üçün həm istifadəçilərin, həm də dövlətin üzərinə böyük məsuliyyət düşür:

“Bildiyiniz kimi regionda Azərbaycanın su baxımından bəxti gətirməyib. Cənubi Qafqazın ümumi su ehtiyatının 62 %-i Gürcüstanın, 28 %-i Ermənistanın, yalnız 10 %-i Azərbaycanın payına düşür. Üstəlik su ehtiyatlarımızın 70 %-dən çoxu xarici mənbələrdən formalaşır. Bu isə onu göstərir ki, biz su ehtiyatlarımıza görə qonşularımızdan asılıyıq. Digər bir məsələni də nəzərə almaq lazımdır ki, ümumi iqlim məsələləri, quraqlıq problemlərinin artması ölkəmizin su ehtiyatlarının da azalması ilə müşayiət olunur. Həmçinin Azərbaycanda əkinçiliyin inkişafı suya olan tələbatı da artırır.

Hesab edirəm ki, suyun qənaətlə istifadəsi çox vacibdir. Hesablamalara görə, dünyanın inkişaf etmiş ölkələrində istifadə edilən suyun 70 %-i kənd təsərrüfatı sektorunun payına düşür. Amma inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 90 %-ə çatır.

Bizim hazırda ərazimizi böyüdüb yeni su mənbələri tapmaq, iqlimi dəyişmək kimi imkanlarımız yoxdur. Yeganə vasitə mövcud su ehtiyatlarından qənaətli istifadədir. Burada həm su istifadəçilərinin, həm də hökumətin üzərinə müəyyən iş düşür. Bu kontekstdə infrastrukturun qurulması həyata keçirilməlidir. Çünki mövcud suvarma kanallarının əksəriyyəti beton deyil, torpaq məcralı kanallardır. Bu isə mənbədən çıxan suyun bəzən 3-də ikisinin məqsədə gedib çatmamasına səbəb olur. Nəticədə isə həm su itkisi yaranır, həm də əlavə su itkisinə məruz qalan torpaqlarda şoranlaşma yaranır.

Bir sözlə bütün bu problemlərin olmaması üçün səmərəliliyin qorunması çox vacibdir”.

Qeyd edək ki, daxildə formalaşan şirin su ehtiyatlarına görə Azərbaycan 170 ölkə arasında 140-cı yerdə qərarlaşıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20 kubkilometrə qədər azalır. Yeraltı içməli su mənbələrində isə 23,76 milyard kubmetr/gün su ehtiyatı var. Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetrə yaxındır.

Azərbaycanda hər kv. km-ə və əhalinin hər 1 000 nəfərinə içməli su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır.

Bir il ərzində hər bir nəfərə düşən su ehtiyatı Azərbaycanda 1,03 min kubmetr, Gürcüstanda 13,7 min kubmetr, Ermənistanda isə 2,2 min kubmetr təşkil edir. Azərbaycanın hər kv. km-ə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.

Əsas yerüstü su mənbələrimiz transsərhəd çaylardır. Kürün Azərbaycana daxil olduğu yerdə su ehtiyatları son ildə 30 % azalıb. İkinci vacib su mənbəyimiz Qanıq çayında isə azalma 25 %-dir. Araz çayında isə su ehtiyatı 60 % azalıb.(report)

Oxşar xəbərlər
23:12, Bu gün
Qidadan maksimum dəmiri necə əldə etmək olar?
23:04, Bu gün
ABŞ Ukraynaya 700 milyon dollardan çox vəsait ayırdı
22:56, Bu gün
Bürclər nəyi xəyal edir? Qoç və Buğa
22:50, Bu gün
İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi
22:42, Bu gün
Metroda niyə iki eskalatordan biri işləyir? - AÇIQLAMA
22:34, Bu gün
Rəsmi Moskva: Bakıya BRICS-ə qoşulmaq məsələsində hər cür kömək etməyə hazırıq
22:26, Bu gün
Millimiz Olimpiadaya qələbə ilə başladı
22:18, Bu gün
Hər gün balqabaq toxumu yesəniz nə olar?
22:10, Bu gün
Bakıda qadın sürücü avtomobili marketə çırpdı – FOTO
22:03, Bu gün
Antarktidada heyvanlar təhlükəli virusa  yoluxub, qitənin faunasını hansı təhlükə gözləyir?
21:55, Bu gün
Ağır xəstə körpüdə tıxacda QALDI – VİDEO
21:50, Bu gün
Tacikistanın baş müftisi bıçaqlandı
21:41, Bu gün
"Tarixən fürsət düşən kimi Rusiya İrana, İran da Rusiyaya buynuzunu göstərib...”
21:40, Bu gün
"İran Rusiyadan ballistik raketlərin əvəzinə nə əldə edib?" - Pentaqonun spikeri
21:33, Bu gün
Media Tədris Mərkəzinin tələbələri məzun oldu
21:25, Bu gün
Bakı bulvarı bağlandı: giriş-çıxış QADAĞAN OLUNDU
21:18, Bu gün
Ukrayna bizdən 2 şey istəyirdi, imtina etdik
21:13, Bu gün
Xatirə şəklini tənqid atəşinə tutanlara cavab verdi
21:08, Bu gün
Əsirlərlə bağlı Azərbaycanla fəal işləyirik - Zelenski
21:00, Bu gün
Bu BÜRCLƏR həyatlarına yeni insan almamalıdır
20:53, Bu gün
Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
20:45, Bu gün
İtlər daha çox hansı insanları dişləyir? - Gözlənilməz nəticələr
20:40, Bu gün
Paşinyandan Bakıya 16 maddəlik sülh sazişi təklifi
20:32, Bu gün
"Brent" markalı neft daha da ucuzlaşacaq
20:27, Bu gün
Bakıda qadını qatar vurdu
20:21, Bu gün
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
20:15, Bu gün
Azərbaycanda minimum əmək haqqı artırılacaq - TARİX AÇIQLANDI
20:11, Bu gün
"Krım Ukraynanın tərkibinə qaytarılmalıdır" - Ərdoğan
20:06, Bu gün
Azərbaycan klubu 5 basketbolçusunu yola saldı
20:00, Bu gün
Doktoranturaya qəbul üzrə son imtahanlar keçirildi
19:56, Bu gün
Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ
19:45, Bu gün
İran diplomatı Britaniya XİN-ə çağırıldı
19:30, Bu gün
Zelenski ikinci sülh planından danışdı
19:14, Bu gün
Aralıq orucu kimlərə məsləhət deyil?
19:06, Bu gün
Yeni "iPhone" almağın ən sərfəli olduğu ölkələr-SİYAHI
19:00, Bu gün
FHN Akademiyasının saytı ləğv edildi, yenisi açıldı
18:55, Bu gün
Şəriki tərəfindən aldadıldı, 100 min dollar borcunu ala bilmir... – VASİF SÜLEYMANOVDAN RƏSMİ QURUMLARA MÜRACİƏT
18:50, Bu gün
“Bəzilərinin həcisi var, mənimsə mollam?”
18:45, Bu gün
Bu məsələdə Bakıya hər cür yardıma hazırıq - Zaxarova
18:37, Bu gün
İstanbulda Azərbaycan məktəbi açılacaq
18:29, Bu gün
Uzun və xoşbəxt HƏYATIN AÇARI
18:21, Bu gün
"iPhone"nun prosessorlarını "Samsung" istehsal edir - "iPhone" haqqında maraqlı FAKTLAR
18:15, Bu gün
Yapon şirkəti 10 pişiyi işə götürdü
18:10, Bu gün
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır
18:05, Bu gün
Ağdam sakini qardaşının şəhid olduğu maşınla ata yurduna getdi: "Elə bil Nadiri canlı gördüm" - VİDEO
18:00, Bu gün
Qəhvədən imtina etmək niyə faydalıdır?
17:55, Bu gün
"Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm" - Məzahir Pənahov
17:50, Bu gün
Qarabağ Universitetində yeni akademiya yaradılır
17:44, Bu gün
İqtisadi Şura növbəti 3 il üzrə büdcə layihələrini müzakirə etdi - FOTO
17:38, Bu gün
Ekspert: Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya arasında kooperasiyanı möhkəmləndirəcək
17:37, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, mənzillərin açarları təqdim olundu - FOTO
17:30, Bu gün
ADSEA Füzulidə və Şuşada sakinləri işlə təmin etdi - FOTO
17:24, Bu gün
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayət - ŞOK DETALLAR
17:17, Bu gün
Meymunçiçəyi xəstəliyi öz-özünə sağalırmı? - Əlamətləri, müalicəsi
17:10, Bu gün
Salyan şosesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir - VİDEO
17:04, Bu gün
Keçmiş müstəmləkələrdən Parisə "soyuq duş": Makron hökumətinin Bakı qərəzi ifşa edildi - TƏHLİL
16:58, Bu gün
"Qarabağı alsın, İlham Əliyevin əlindən öpərik deyən müsavatçılar..." - Novella Cəfəroğlu
16:52, Bu gün
Polisin zərərsizləşdirdiyi cinayətkarın dosyesində NƏLƏR VAR? - VİDEO
16:46, Bu gün
Taleh Yüzbəyov 18 minlik borcundan danışdı
16:40, Bu gün
Ağdamda 55 yaşlı kişini ilan sancdı
16:34, Bu gün
Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB
16:27, Bu gün
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
16:20, Bu gün
Türk dünyasının qüruru: Toğrul bəyin Bizans imperatoruna yazdığı məktub üzə çıxdı - FOTO
16:13, Bu gün
Hava XƏBƏRDARLIĞI - Bu tarixdən dolu düşəcək, sulu QAR YAĞACAQ
16:06, Bu gün
Həkim valideynlərə ÇAĞIRIŞ ETDİ - Dəstək olun! 
16:00, Bu gün
Yenicə ana olan Aysun qızına mahnı oxuyub AĞLADI - VİDEO
15:55, Bu gün
İki milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəis ilə bağlı QƏRAR
15:49, Bu gün
Bakıda Ortaq Türk Əlifbası ilə bağlı razılıq əldə olunub - FOTO
15:43, Bu gün
BDU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalandı - FOTO
15:37, Bu gün
Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin? - TƏHLİL
15:31, Bu gün
Avropanı Azərbaycana möhtac edən səbəblər - Bakı özünü bütün dünyaya sübut etdi - ŞƏRH
15:25, Bu gün
“Azərbaycanda təcavüz halları artacaq” - Psixoloqdan ŞOK XƏBƏRDARLIQ
15:18, Bu gün
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu
15:12, Bu gün
Ramiz Zeynalova ağır itki
15:06, Bu gün
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
15:00, Bu gün
Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Bakıdan yeni marşrut xətti AÇILIR
14:53, Bu gün
"İsrail liderləri öz xalqına qarşı diqqətli olmalıdır" - Blinken
14:48, Bu gün
Rəqqasə Fatimə 418 minə ev aldı
14:42, Bu gün
"Qarabağ"ın hücumçusu dörd ölkədən gələn təkliflərdən İMTİNA ETDİ
14:36, Bu gün
“2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki...” - 9 aydır itkin düşən Rasimin atası danışdı   
14:29, Bu gün
DYP-dən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
14:26, Bu gün
Məşhur “krıtı” yeni simada: Qobustan həbsxanasında nələr necə dəyişir?
14:22, Bu gün
Şok olay: İki qadınla tanış oldu, onlardan elə şey tələb etdi ki... – "Ərinə və atana..."
14:16, Bu gün
İtkin düşən Rasimin ailəsi yolu açdı – Lakin valideynlərin narazılığı davam edir
14:10, Bu gün
“Bu xəstəlik 2032-ci ildən tez baş verməyəcək” - MÜHÜM AÇIQLAMA
14:03, Bu gün
Aytən Səfərova uzun aradan sonra efirə qayıdır - VİDEO
13:57, Bu gün
"ABŞ Ukrayna üçün uzaqvuran silaha məhdudiyyətləri götürə bilər" - Bayden
13:51, Bu gün
Sabah leysan yağacaq - HAVA PROQNOZU
13:45, Bu gün
Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi? - AÇIQLAMA
13:39, Bu gün
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO
13:33, Bu gün
Mehmet Şimşek Türkiyə iqtisadiyyatını böhrandan çıxara biləcəkmi?.. -Ekspert
13:32, Bu gün
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
13:26, Bu gün
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşdi
13:20, Bu gün
Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla oğlunun məzarında - VİDEO
13:16, Bu gün
Elza Zaurun verilişini aparmaq üçün 44 min manat istəyir - VİDEO
13:11, Bu gün
Azərbaycanda bələdiyyələrə məxsus torpaqlar satışa çıxarılır
13:06, Bu gün
Bu məhsullar bahalaşdı - SİYAHI
13:00, Bu gün
"Harris və Tramp arasında debatlar: tamaşaçılar kimi qalib hesab edir?" - CNN-nin sorğusu
12:55, Bu gün
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək - FOTO
12:49, Bu gün
Azərbaycanın ən BAHALI ixtisasları - Hər il 10 min manat ödənilir
GÜNLÜK
11:30, Bu gün
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - ekoloqdan TƏKLİF: “Sellofan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
10 Sep 2024 | 23:49
"Space X" kosmosa ilk özəl missiya göndərib
07:09, Bu gün
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
10:23, Bu gün
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
07:27, Bu gün
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
09:32, Bu gün
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
10:48, Bu gün
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
13:32, Bu gün
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
10:18, Bu gün
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
11:30, Bu gün
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - ekoloqdan TƏKLİF: “Sellofan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
10 Sep 2024 | 23:49
"Space X" kosmosa ilk özəl missiya göndərib
07:09, Bu gün
"Sabah Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə qalıb-qalmayacağını müzakirə edə bilərik..."
10:23, Bu gün
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
07:27, Bu gün
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
09:32, Bu gün
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
10:48, Bu gün
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
13:32, Bu gün
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
10:18, Bu gün
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO