“Test üsulunun ləğvi güvən və sabitliyi aradan qaldırar...” - Qulu Məhərrəmlidən etiraz
Ekskluziv
9214
18 Mar 2023 | 23:56

“Test üsulunun ləğvi güvən və sabitliyi aradan qaldırar...” - Qulu Məhərrəmlidən etiraz

Son günlər sosial media seqmentində test üsulu ilə qəbul qaydalarının ləğvi gündəmə çevrilib. Bir qism şəxs test üsulu ilə qəbulun ləğv edilməsini, alternativ variantlara müraciət olunmasını, digər qism isə testin şəffaflıq göstəricisi olaraq qorunub saxlanılmasını təklif edib.

 

Professor, media eksperti Qulu Məhərrəmli test üsulunun ləğvi ilə bağlı Moderator.az-a açıqlamasında bu metodun vacibliyini yüksək qiymətləndirib:

 

 “Mənə elə gəlir ki, son 30 ildə qazandığımız  ən böyük nailiyyətlərdən biri ali məktəblərə qəbulda  ədalətin bərpa edilməsidir. Test üsulu,  birinci növbədə, tələbələr heç bir kənar müdaxilə olmadan  ali məktəbə qəbul olunur. Bu üsulun, xüsusən də peşə ixtisasın seçilməsi və başqa məqamlarla bağlı zərərli cəhətləri də var.  Məncə, testlə qəbul olunan tələbələrlə birinci kurslarda çox zəif işlənilir. Bəzən tələbə bal xatirinə sevmədiyi ixtisasa düşür. Problemlər də elə ondan sonra başlayır.

Belə bir nümunə çəkim: Dərs aparan zaman  bəzən tələbənin soyuq münasibətini görürəm. Niyə hazır olmadığını soruşanda qürurla ki bu ixtisası istəmədiyini, sadəcə, diplom xatirinə oxuduğunu bildirir. Bu məsələni gənclərin özünə ən böyük xəyanəti hesab edirəm. Ürəyin istəmir oxuma, sənin yerinə həmin ixtisasda oxumaq istəyib də bu şansı qazanmayan başqalarını həvəsdən salırsan. Bu da nəticə etibarı ilə mürəkkəb atmosfer yaradır. Bununla nələr etməli olduğumuzu düşünmək lazımdır”.

 

“Test üsuluna toxunmaq olmaz”

 

Q.Məhərrəmli testin ləğvinin yaradacağı mənfi nəticələrdən də söz açdı:

“İndiki halda test üsulunun ləğvi, ona qarşı kampaniyanın başladılmasını çox da tərəfdarı deyiləm. Bu həm ədalətin təmin edilməsi, həm də dürüstlüyün əldə edilməsi baxımından problem yaradacağını düşünürəm. Ona görə, test üsuluna toxunmaq olmaz.  Sistemə ziyan vurmadan, tələbələrin ixtisas seçimi və digər sahələr üzrə qəbul prosesinə müəyyən əlavələr etmək olar. Amma bütövlükdə testin ləğvi ali məktəblərə qəbul prosesində uzun illərdən yaranmış güvəni, sabitliyi yıxa bilər”.

 

Rəna Nəbi 

Link kopyalandı!
Son xəbərlər