"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Çinin Tayvana qarşı mümkün təcavüzü təhlükə, qarışıqlıq və ixtilafla dolu dünya təhlükəsi yarada bilər..."
"Çin artıq 2027-ci ildə Tayvan üzərində nəzarət uğrunda potensial müharibəyə hazırlaşır..."
Ukaynada müharibə və Çinin Tayvana potensial hücumu dünyada nüvə müharibəsi təhlükəsi yaradır.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bəyan edib. Məlumatı "Sky News" nəşri yayıb.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbu müdaxiləsi və Çinin Tayvana qarşı mümkün təcavüzü "təhlükə, qarışıqlıq və ixtilafla dolu" dünya təhlükəsi yarada bilər.
Sunak xəbərdarlıq edir ki, dünya bir neçə onilliklər ərzində nüvə silahı tətbiq edilməklə "nəzarət edilməyən münaqişə" səviyyəsinədək ən böyük eskalasiya təhlükəsi riski ilə üzləşib.
Britaniya hökuməti bu gün təhlükəsizlik sahəsində özünün təxirısalınmaz prioriteti kimi Rusiyanın Avropada törətdiyi müharibənin yaratdığı təhlükələrə müqavimət göstərilməsini hesab edir.
Lakin Tayvana görə Çinlə bağlı gərginliyin artdığı Hind-Sakit okean regionunda gələcək müharibənin "Ukrayna münaqişəsinə nisbətən daha ciddi qlobal nəticələri" ola bilər.
Bu kontekstdə Rişi Sunak Çin Kommunist Partiyasını "dövrümüzə meydan oxumaq" adlandırıb, hərçənd, bundan öncə Britaniya hakimiyyəti onu "sistemli problem" kimi nəzərdən keçirib.
Tayvan ətrafında gərinlik
Çin öz hərbi büdcəsini kəskin surətdə artıraraq ABŞ-la hərbi paritetə nail olmaq istəyini gizlətmir. Ekspertlər güman edir ki, Çinin əlavə xərcləri ilk növbədə nüvə potensialının, hərbi-kosmik və dəniz qüvvələrinin inkişafına yönələcək.
Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, Çin artıq 2027-ci ildə Tayvan üzərində nəzarət uğrunda potensial müharibəyə hazırlaşır.
MKİ güman edir ki, Pekin Rusiyanın Ukraynaya uğursuz hərbi müdaxiləsindən sonra özünə gəlib, lakin Çinin Tayvana münasibətdə ambisiyalarını görməzdən gəlmək olmaz.
Bu arada isə bəzi ekspertlər güman edir ki, ABŞ hazırda Çinlə tammiqyaslı müharibəyə hazır deyil. Döyüş sursatlarının bəzi mühüm növləri belə müharibədə bir həftəyə tükənəcək.