“Azərbaycandakı özəl universitetlər rəhbərlərinin xətaları nəticəsində bağlandı”-PROREKTOR
Ekskluziv
9323
09 Mar 2023 | 23:06

“Azərbaycandakı özəl universitetlər rəhbərlərinin xətaları nəticəsində bağlandı”-PROREKTOR

 

 

Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərin sayı barmaqla sayılacaq qədərdir. Təəssüf ki, son 10 ildə bir neçə özəl ali təhsil müəssisələri müxtəlif səbəblərdən fəaliyyətini sonlandırdı. Həmin universitetlərin bir o qədər də keyfiyyətli təhsil verdiklərini söyləyə bilməsək də, hər halda rəqabətliliyin qorunub saxlanılması və ölkədə tələbə kontingentinin kəmiyyət göstəricilərinə müsbət təsir edə bilirdilər.

 

Təəssüf ki, bir-birinin ardınca Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan İctimai-Siyasi Universiteti, Bakı Asiya Universiteti,Təfəkkür Universiteti fəaliyyətlərini davam etdirə bilmədilər.

 

Onların yoxluğu ölkənin ali təhsil seqmentinə nə dərəcədə mənfi təsir göstərmiş oldu?

 

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru  Elçin Süleymanlı  Moderator.az-a açıqlamasında mövzu ilə bağlı zəruri məqamlara toxunub:

 

“Özəl universitetlərin fəaliyyətlərinin  dayandırılmalarının  təhsil prosesesində keyfiyyət problemləri, idarəetmə məsələləri və s. kimi müxtəlif obyektiv səbəbləri var idi.  Bəzi hallarda  təsisçilərin özləri əsaslarını qoyduqları özəl universitetlərdən  imtina etdi.  Azərbaycan təhsilində, xüsusilə də orta təhsildə özəl sektorun inkişafı yaxşı olardı. Beləliklə, həm dövlətin yükü azalar, həm də  bu sahədə rəqabətlilik və keyfiyyət arta bilərdi.

 

Hazırda dövlət sifarişli yerlərin də sayı çoxdur. Dövlət universitetlərinə qəbul ola bilməyənlər sırf tələbə adı almaq üçün özəl universitetıləri seçirlər. Müstəqillik dövründə ölkədə kifayət qədər  özəl universitet fəaliyyətə başladı. Onlardan bəziləri müəyyən səbəblərdən bağlandı.  Məncə, daha çox universitet rəhbərliyinin xətaları nəticəsində onların fəaliyyəti dayandırıldı. Bu bir rəqabət məsələsidir. Özəl universitetlər ciddi rəqabət şəraitində fəaliyyət göstərir. Onlardan rəqabətə davam gətirə bilməyənləri bağlanır.  Özəl universitetlərdən hazırda Xəzər Universiteti və Qərbi Kaspi  Universiteti kifayət qədər rəqabətə davamlıdır. Onlar hətta dövlət universitetləri ilə də rəqabət aparırlar. Maddi-texniki baza baxımdan təmin edilmiş universitetlərin bərpası rəqabətlilik və inkişafa səbəb ola bilər”.

 

Rəna Nəbi 

Link kopyalandı!
Son xəbərlər