“Müəllimlərin sertifikasiyasında bu il daha aşağı nəticələr olacaq”-SƏRT PROQNOZ
Ekskluziv
9230
16 Feb 2023 | 17:49

“Müəllimlərin sertifikasiyasında bu il daha aşağı nəticələr olacaq”-SƏRT PROQNOZ

 

 

“Müəllimin sertifikasiyaya hazırlaşması doğru ifadə deyil”

 

Bu sözləri Moderator.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

E.Qafarov  bu il keçiriləcək sertifikasiya imtahanında da  aşağı nəticələrin  ola biləcəyini qeyd etdi:

 

“2023-ci ilin avqustunda ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanı keçirildi. Bu imtahan ölkənin bir hissəsində, daha çox, Bakı Sumqayıt,  Abşeron, Gəncə  kimi  mərkəz bölgələrdə keçirildi. İmtahanda, ümumilikdə, 13 mindən çox müəllim iştirak edib. Onlardan 24%-i minumum nəticəni, lazım olan keçid balını toplaya bilmədi.  Bu il sertifikasiyada ölkənin digər yerləri, xüsusilə də, ucqar rayonlar iştirak edəcəyinə görə, bu rəqəm arta bilər.

 

Ötən il kəsilən müəllimlər də bu il yenidən imtahan verəcəklər. Bu dəfə də keçə bilməsələr, Əmək Məcəlləsi 70-ci maddəni C bəndinə, əsasən, tutduğu vəzifəyə uyğun gəlməməsi ilə bağlı onlarla  bağlananan əmək müqaviləsinə xitam veriləcək.  Bu zaman Əmək  Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmamalıdır. Belə ki, hamilə qadənların, 3 yaşına qədər körpəsi olan, 6 yaşına  qədər övladını tək başına böyüdən,  uşaqlarından biri 18 yaşına  qədər əmək funksiyasını itirmiş şəxslər,  yaxud da, ailə üzvlərindən biri əmək fumksiyasənı 81-100%-ə qədər itirən şəxlərin əmək müqabviləsinə xitam verilməsi yol verilməzdir. Bu kateqoriyalardan şəxslər imtahandan yenidən keçməsələr də  onlarla bağlanmış əmək müqaviləsinı xitam vermək olmaz”.

 

Düşünürəm ki, müəllimlər artıq qaydalara bələddirlər.  Ona görə də, ötən illə müqayisədə kəskin say fərqi  gözləmirəm. Sertifikasiya müəllimin hazırki peşəkarlıq vəiyyətini yoxlayır. Bu baxımdan müəllimin sertifikasiyaya hazırlaşması doğru ifadə deyil”.

 

Rəna Nəbi 

Link kopyalandı!
Son xəbərlər