Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb
İdman
3294
04 Feb 2023 | 13:55

Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb

Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində I diviziona yüksəlib.
 
35 yaşlı qrossmeyster seçmə turnirdə 12 idmançı arasına düşərək pley-offda rusiyalı Yan Nepomnyaşiyə rəqib olub.
 
Rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Məmmədov I diviziona vəsiqə qazanıb. Onunla yanaşı hindistanlı Qukeş Dommaraku ilə Arcun Eriqaisi, İran əsilli Alireza Firuzca, rusiyalı Aleksey Sarana və ABŞ təmsilçisi Hikaru Nakamura da iştirak hüququ əldə edib.
 
ABŞ-ın digər şahmatçısı Uesli So və Maqnus Karlsen birbaşa əsas raunddan mübarizəyə start verəcək. Rauf Məmmədov fevralın 6-da ilk görüşünü məhz Uelsli Soya qarşı keçirəcək.
 
Qeyd edək ki, yarış fevralın 10-da başa çatacaq.
 
Link kopyalandı!
Son xəbərlər