Qara dənizdəki qaz ehtiyatları Türkiyənin 33 illik ehtiyacını qarşılayacaq
Dünya
3284
07 Jan 2023 | 17:54

Qara dənizdəki qaz ehtiyatları Türkiyənin 33 illik ehtiyacını qarşılayacaq

“Qara dənizdə qaz ehtiyatları Türkiyə əhalisi üçün 33 il kifayət edəcək”.
 
Bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
 
Onun sözlərinə görə, Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında kəşf edilmiş qaz ehtiyatları 710 milyard kubmetrə çatır.
 
Dönməz əlavə edib ki, Qara dənizdəki “Sakarya” yatağında aşkar edilən təbii qazdan istifadə idxal edilən qazdan daha qənaətli olacaq. Onun sözlərinə görə, 4 il ərzində hasilat səviyyəsinin maksimuma çatdırılması planlaşdırılır ki, bu da idxalı 30% azaltmağa imkan yaradacaq. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər