Türkiyəyə hətta Venesuela qədər dəstək verilmədisə...
Oxunub: 4877
18 Oct 2014 | 00:14
Türkiyəyə hətta Venesuela qədər dəstək verilmədisə...
Türkiyənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə cəmi 60 dövlətin səs verməsi dünyadakı anti-Türkiyə ovqatının nümayişi oldu. 78 milyonluq türk dövlətinin Avropa Birliyinə yolunu ən müxtəlif bəhanələrlə kəsən güclər bu dəfə də Ankaraya qırmızı kart göstərdi. Türkiyəni 2015-də çətin sınaqlar gözləyir; İŞİD və PKK terroru ilə üz-üzə qalan Türkiyəyə hətta Venesuela qədər dəstək verilmədisə, bu, şübhəsizdir. 

Obamanın ötən ay açıq mətnlə tənqid etdiyi, insan haqlarının ayaqaltı olduğu Venesuelanı BMT Təhlükəsizlik Şurasına üzv seçən dünya ölkələri illərdir hətta kürd və ermənilərlə bağlı ciddi siyasi və hüquqi islahatlar həyata keçirən Türkiyəni qapı arxasında saxladılar. Heç şübhə yoxdur ki, son illər Ərdoğan hökumətinin xarici siyasətdəki yanlışlıqlar da bu məsələdə kifayət qədər öz təsirini göstərib. Dünyanın aparıcı ölkələri olan ABŞ və İsraillə konfliktli vəziyyətdə, hətta ərəb dünyası ilə körpülərin yandırılması şəraitində Türkiyənin səs toplaya biləcəyi inandırıcı görünmürdü də. Üstəlik də ortada erməni lobbisinin Türkiyə əleyhinə apardığı xain siyasət, anti-təbliğat faktı var. 

Türkiyə bizim yeganə müttəfiqimiz, ikinci Vətənimiz olduğu üçün bu ölkənin adına yaxşı və pis nə varsa, təbii ki, dolayısı ilə bizim də taleyimizə təsiri var, odur ki, laqeyd qala bilmərik. İki il əvvəl Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Türkiyə isə Azərbaycanın səslərinin yarısını belə toplaya bilmədi. Görünür iki qardaş ölkənin öz siyasətini düzgün koordinasiya edə bilməməsi də öz təsirini göstərib. Türkiyənin üzləşdiyi son ədalətsizlik bizə də dərs olmalıdır. Reallıq budur ki, son zamanlar Azərbaycana da beynəlxalq aləmdə münasibət xeyli dəyişməkdədir, hətta sanksiya hədələri gəlir. 

Doğrudur, Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib, aparıcı təşkilatların tribunalarına sahiblənib. Elə hazırda Azərbaycan Avropa (AŞ) Şurası Nazirlər Komitəsinin sədri kimi fəaliyyətini davam etdirir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən sonra AŞ tribunasını qazanmaq təbii ki, adi məsələ deyildi. Kimin nə deməsindən asılı olmayaraq hətta gələn il Bakıda Avropa Oyunlarının keçirilməsi də Azərbaycanın aktivinə yazılan hadisələrdəndir. Yetər ki, şansımızı dəyərləndirək, tanınmaq imkanımız yarandığı, həm də bunun üçün ən müxtəlif səbəblərdən böyük paralar xərcləndiyi şəraitdə halda ölkəmizin adının “qara siyahı”lara salınmasına bəhanə verməyək.

Məsələn, Azərbaycanın Avropanın aparıcı qurumunun komitəsinə sədrlik etdiyi dönəmdə elə siyasət yürüdülə bilərdi ki, adımız dünya düzənində ən azı vəziyyətin yaxşılığa doğru dəyişdiyi ölkələr sırasında çəkilərdi. Lakin  bu ərəfədə vətəndaş cəmiyyətinin bir sıra tanınmış simalarının həbsi, vicdan məhbusu kimi tanınmış bir çox məhbusların azad olunması ilə bağlı xahiş, minnət, nəhayət, tələblərin eşidilməməsi, hətta siyasi məhbusların öz ailə üzvlərini görmək imkanından da məhrum edilməsi Azərbaycanın Avropada qazandığı tribunaya kölgə salan mövqelərin sürətlə artmasına stimul verdi. 

İş o yerə çatdı ki, ABŞ prezidenti Obama QHT-lərin fəaliyyətinin “inanılmaz dərəcədə çətinləşdirildiyi” ölkələrdən biri olaraq Azərbaycanı tənqid etdi. Bunun ardında Amerika Dövlət Departamenti Bakının qarşısına filankəsləri “azad et” tələbi qoyub. Dünyanın supergücü bu gün Ukraynanı qana çalxayan Rusiya ilə eyni tonda danışır, bir də İŞİD-lə. 

Azərbaycanla da təhdid dilində danışılması bizi narahat etməlidir. Hansı ki, biz Rusiya kimi təcavüzkar deyil, təcavüzə məruz qalan ölkəyik, həm də elə İŞİD-in “ət piroqu” saydığı məmləkətik. Əslində biz zərərçəkən dövlət və xalq olduğumuz üçün addımbaşı demokratik dünyanın dəstəyini görməliyik. Di gəl gələn təzyiq və təhdiddir. Bunun əsas səbəbi ölkə daxilindəki vəziyyətlə bağlıdır. YAP-çılar ermənilərdən şübhələnir. Ancaq durum yaxşıya dəyişsə, ermənilər nə uydurasıdır? 

Elmar Məmmədyarov Avropa Şurasının tribunasından deyib ki, Azərbaycan təkcə özünün deyil, bütün regionun demokratikləşməsində maraqlıdır. Yetər ki, özümüzdə işlər nizama salınsın, vətəndaşa münasibət dəyişsin, Avropa Parlamentinin qətnaməsi kimi “qərəzli” sənədlər aktuallığını itirsin. 

Qarabağa gələn əcnəbiləri “qara siyahı”ya salmaq çıxış yolu deyil. Budur, Azərbaycan Fransaya təzəcə nota vermişdi, məlum oldu ki, ermənilər Avropa Parlamentində “Qarabağla dostluq qrupu” yaradıb. Bütün bunlar insan haqları və demokratiya ilə bağlı tələblərə verilən sərt reaksiyaların cavabıdır. Acıqlarını Qarabağımızdan çıxırlar, xaincəsinə. Çox təhlükəli tendensiya müşahidə olunur... 

Rusiyanın raket yüklü gəmiləri Bakı buxtasında lövbər salmışkən bizim demokratik Qərblə düşmən olmağımız elə özümüzə qənim kəsilməyimizdir. Əsas müttəfiqimiz Türkiyəyə təzyiqlər çoxalır, Avropa və Amerika ilə münasibətlərimiz gərginləşir, bizsə üz tutmuşuq küncə sıxışdırılmaqda olan Rusiyaya doğru. Ancaq nicat yolu şimalda deyil. Şimal günəşi bizi heç zaman isitməyib.  

Daha 5 dövlətin anti-Rusiya sanksiyalarına qoşulduğunu elan etdiyi gün ABŞ-dan anti-Azərbaycan bəyanatının gəlməsi adi məsələ sayılmasın gərək. Rusiya və Azərbaycanın adının eyni vaxtda çəkilməsi heç də yaxşı hal deyil. Üstəlik pisliyə. Obama da çıxışında bu iki ölkənin adını qoşa çəkmişdi. 

Qəribədir, bu gün Bakını Xəzərdən Rusiya hərbi gəmiləri, okeanın o tayından isə ABŞ Dövlət Departamenti təhdid edir, məqsədlər fərqli olsa da. Biri vətəndaşlarını azad et, deyirsə, digəri olan-qalan azadlığından da imtina elə, keç bayrağımın altına deyir. Situasiya çox qəlizdir. Türkiyəmizin də başını özünə qarışdırırlar, ötən əsrin əvvəllərində olduğu kimi. Əsas çıxış yolu isə açılımdır, ölkə içi açılım... 

Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."