Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atanlardan biri həbs edildi - YENİLƏNİB
Cəmiyyət
3946
06 Jan 2023 | 14:29

Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atanlardan biri həbs edildi - YENİLƏNİB

Bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslərin kimlikləri açıqlanıb. 
 
Moderator.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov açıqlama verib. 
 
Onun sözlərinə görə, sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar.
 
Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.
 
Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
 
12:54
 
Bakıda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə  DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
 
O deyib ki, həmin şəxs polis orqanına dəvət olunub və barəsində qanunamüvafiq tədbirlər görülüb.
 
Link kopyalandı!
Son xəbərlər