Üç dəfə kliniki ölüm keçirdi, müəmmalı şəkildə bıçaqlandı, on yeddi yaşında ata oldu...
Cəmiyyət
5319
06 Jan 2023 | 12:33

Üç dəfə kliniki ölüm keçirdi, müəmmalı şəkildə bıçaqlandı, on yeddi yaşında ata oldu...

Moderator.az kulis.az-a istinadla müğənni, Xalq artisti Faiq Ağayev haqqında maraqlı faktları təqdim edir.
 
Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. Ailəsi onun həkim olmasını istəyir. Faiq tibb sahəsinə yönəlir. Bu sahədə təhsil alır. Ancaq musiqi sahəsinə gələndən sonra o, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirir.
 
***
 
Peşəkar səhnəyə 1988-ci ildə gələn müğənni Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomat olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanır.

Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlir.
 
***
 
Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.
 
***
 
1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev – Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev - Albom Kolleksiyası" albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatını qazanır.
 
***
 
2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.
 
***
 
2000-ci ildə Əməkdar artist, 2008-ci ilin 17 sentyabr tarixində isə Xalq artisti fəxri adına layiq görülüb.

Böyük sevgilər yaşadığını deyən sənətçi bir dəfə evli olub. O, 18 il əvvəl Nigar adlı xanımla ailə qurub. Ömrü 2 il çəkən bu evlilik başa çatandan sonra müğənni ikinci dəfə ailə qurmayıb. Bu barədə ona sual veriləndə, - "50 yaşım var, bundan sonra nə evlilik?" deyib.
 
***
 
Müğənni evliliyinin sona çatması ilə bağlı danışmasa da, bu barədə mediada xoşagəlməz fikirlər səslənib. Belə ki, Faiq Ağayevin keçmiş qaynı Rüfət İsmayılov mətbuata açıqlama verərək deyib:
 
"Əgər Faiq Ağayev ailəsinin dağılmasının səbəblərini, həqiqətən də, unudubsa, bunu mən ona xatırlada bilərəm. Faiq Ağayev kişi kimi ər vəzifəsini yerinə yetirə bilmədiyi üçün onun ailəsi dağılıb. Çünki Faiq Ağayev – xalq artistimiz – passiv cinsi orientasiyalıdır. Avropadan qayıdan kimi Faiq Ağayevlə bağlı anonim olaraq göndərilən porno-kasetə baxdıqdan sonra mən bunu daha da dəqiqləşdirdim".

Xalq artistinin cinsi orientasiyası barədə söz-söhbətlər bununla bitmir. Bir neçə il əvvəl Faiq Ağayev gələcəkdə deputat olmaq arzusundan danışarkən Flora Kərimova onun bu fikirlərinə etiraz edərək deyir:
 
“Faiq Ağayev məni məhkəməyə vermişdi ki, guya ona böhtan atmışam. Məhkəmə də mənim ona böhtan atmadığımı sübut elədi. Faiq Ağayev geydir. O, çox böyük qələt eləyər ürəyindən keçirər ki, millətin təmsilçisi olsun. Özü də harada, harada - Milli Məclisdə. Ağını çıxarmasınlar bu adamlar. Milli Məclisdə, layiqli adamların yanında Faiq Ağayev, İlhamə Quliyeva kimi insanların yeri yoxdur. Bunu demişəm, deyəcəyəm də.
 
Faiq Ağayev mütaliə edən tək-tük sənət adamlarındandır. Ədəbiyyat adamları ilə də yaxın ünsiyyətdə olan müğənni müsahibələrinin birində yeddinci sinifdə oxuyan zaman Freydin, Yunqun kitablarını oxuduğunu bildirib.
 
***
 
Xalq artisti düz 12 il əvvəl Rüfət adlı şəxs tərəfindən bıçaqlanıb. Bu barədə 2018-ci ildə mətbuata danışan müğənni bu fikirləri ifadə edib:

“Bu yaxınlarda onu gördüm... Prokurorun istəyi 15 il idi. Mən və mənimlə bərabər zərərçəkən insanlar onu bağışladı. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bir dəfə bağışlamışam, ikinci dəfə niyə bunu edim? Lakin Rüfət Məlikovla bağlı ikinci bir şəxs var idi ki, onu bu yaxınlarda gördüm. İştirak etdiyim şou proqramın birində mənə yaxınlaşdı, söhbət etdi. 9 il keçib, əvvəlcə tanımadım. Özünü mənə tanıtdı və münasibətim normal oldu. Bu mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram".
 
***
 
Faiq Ağayev “Səni əvəz eləmir”, “Dönmə geri”, “Dəşti”, “Ömür bumu”, “Bağışlaram səni”, “Azərbaycan”, “Aldatdın məni”, “Sən gəlməz oldun”, “Əlvida” mahnıları ilə böyük məşhurluq qazanıb.
 
***
 
Müğənni ilə bağlı ən inanılmaz faktlardan biri onun üç dəfə kliniki ölüm keçirməsi olub. Kliniki ölümlərin birində Faiq komaya düşür, ayılanda isə həkim ona deyir ki, sən ölmüşdün, dirildin.

2014-cü ildə Faiq Ağayev mətbuata sensasion açıqlama verir. Bu açıqlamada o, 25 yaşlı oğlunun olduğunu bildirərək vurğulayır:
 
“Sən saat 04:05-də dünyaya gəldin. Mən heç nə anlamırdım. Cəmi 17 yaşım var idi. Başa düşdüyüm odur ki, anidən beş dəqiqəlik yağış yağdı. Bu gün isə başqadır. Mənim cəsur, gözəl, istedadlı oğlum, 25 yaşın mübarək. Sən yaxınsan, mən uzaq”.
Link kopyalandı!
Son xəbərlər