Mədəniyyətin mahiyyəti: Hansı şəxs, hansı xalq daha çox mədənidir?
Oxunub: 4785
01 Oct 2022 | 09:22
Mədəniyyətin mahiyyəti: Hansı şəxs, hansı xalq daha çox mədənidir?
Mədəniyyətimizin inkişafına məsul olanların hamısının nəzərinə...
 
II  məqalə 
 
Əvvəldən qeyd edim ki, bu məqalə bir qədər nəzəri xarakter daşıyır. Ona görə də bəzi oxucular üçün darıxdırıcı da görünə bilər. Amma, fikrimcə mədəniyyətimizin taleyi ilə bağlı müzakirələrdə belə bir məqaləyə də ehtiyac vardır. Çünki, bir sıra məsələləri nəzəri olaraq dəqiqləşdirmədən mədəniyyətimizin inkişafı ilə bağlı konkret təkliflər vermək mümkün deyildir. Növbəti məqalələr isə konkret faktların izahı üzərində qurulmaqla daha oxunaqlı olacaqdır. Hələliksə, mədəniyyətimizin taleyinə  maraqlı olan hər kəsi müzakirələrə dəvət edirəm. 
“Mədəniyyət” fəlsəfə elmində ən mühüm kateqoriyalardan, anlayışlardan biridir.  Amma, təəsüf ki, müasir fəlsəfi nəzəriyyələr mədəniyyətin mahiyyəti barədə lazım olduğu qədər aydın, konkret təsəvvür yarada bilmir. Yer üzündə, müxtəlif ölkələrdə indi baş verən bəlaların əsas səbəblərindən biri də budur. 
Çox təəsüf ki, bizdə də mədəniyyətin mahiyyətinə hələ lazımi qədər diqqət verilmir. Bir çox hallarda mədəniyyətimizin inkişafına məsul olan bəzi qurumlar öz fəaliyyətlərinin məqsədini əsasən hansısa tədbirləri keçirmək, konsertlər təşkil etməkdə görürlər.  
Mədəniyyət nədir?  İlk baxışdan sual olduqca  sadə  görünə bilər. Sanki hər birimizin bildiyi bir şey barədə soruşulur. Doğrudur, hər kəsdə  mədəniyyətin mahiyyəti barədə müəyyən təsəvvürlər vardır. Amma diqqətlə fikir verildikdə müxtəlif ölkələr, ziyalılar, alimlər, siyasətçilər, şəxslər  arasında bu suala verilən cavabların  fərqli olduğunu görmək çətin deyildir. Hər kəs mədəniyyətin nə olduğunu bilir və eyni zamanda bilmir. Bu gün elmi ədəbiyyatda, ictimai şüurda mədəniyyətin mahiyyəti barədə aydın təsəvvür yoxdur. Verilən təriflər müxtəlif səviyyələrdə səthi xarakter daşıyır. Mədəniyyətə verilən bütün təriflərdə əsasən, etimoloji olaraq insanın, sosial sistemin həyat, cəmiyyət üçün nə qədər hazırlanması səviyyəsi nəzərdə tutulur. Amma bu hansı həyatdır? Hansı cəmiyyətdir? Onların əsas meyarları nədir? Bu barədə bir qayda olaraq konkret danışılmır. 
Əslində, əksər insanın az, ya cox dərəcədə mədəniyyəti vardır. Amma  onların hamısına mədəni deyilmir. Bir cəmiyyətdə mədəni sayılan insan başqa bir cəmiyyətdə mədəni insan kimi qəbul olunmaya da bilər. Parisdə, Vaşinqtonda, Moskvada  olduqca mədəni sayılan bir xanım Afrikanın cəngəlliklərində, lap elə bizim bir çox kəndlərdə də yüksək mədəni insan kimi qəbul edilirmi? Yaxud, olduqca müasir binaların, rahat kücələrin, prospektlərin, avtomobillərin olduğu, insanların səliqəli geyindiyi, lakin ekoloji cəhətdən həyat üçün təhlükəli olan bir şəhəri mədəni şəhər hesab etmək olarmı? Şıq geyimli, bəlağətlə danışan, amma mərdümazar olan bir insana mədəni insan demək olarmı? Bir az diqqətlə fikir verdikdə, insanların bir çoxunun mədəniyyətdən bəhs edərkən özlərinə də çox aydın olmayan bir şey barədə danışdıqlarının şahidi olaraıq. 
Cəmiyyətdə mədəniyyətin mahiyyəti barədə aydın fikir, aydın təsəvvür olduqca, o cəmiyyətin öz  potensialını üzə çıxarmaq, mədəni  səviyyəsini daha sürətlə yüksəldə bilmək imkanları daha çox olur. Bu səviyyənin yüksək olması isə   əksər problemləri həll etməyə kömək edir. Əvvəlki məqalədə  də qeyd edildiyi kimi, hər hansı bir xalqın, ölkənin mövcudluğu, fəaliyyəti üçün onun  siyasətinin, iqtisadiyyatının, hərbi qüdrətinin,  təbii şəraitinin, demoqrafik vəziyyətinin və s.  böyük əhəmiyyəti vardır. Tarixi təcrübə göstərir ki, mədəniyyəti güclü olan xalqların həmin sahələri daha uğurla inkişaf etdirmək imkanları olur. Əksinə, mədəniyyətində problem olan ölkələrin həyatında müəyyən dövrdən sonra tənəzzül başlayır. Mədəniyyəti, mənəviyyatı yüksək olan ölkə ən çətin situasiyalardan çıxa bilmək potensialına malikdir. Misal olaraq Yapon, Çin, Cənubi Koreya, Sinqapur, Malaziya və s. kimi ölkələri göstərmək olar. Bu gün dünyada həmin ölkələrin  iqtisadiyyatlarının möcüzələri yoxdur, onların  mədəniyyətlərinin mocüzələri vardır. Müstəqil ölkənin ən böyük nəaliyyəti mövcud resurslarından istifadə etməklə öz mədəniyyətini, mənəviyyatını qorumaq, inkişaf etdirməkdir. 
Bəs insanın, istənilən sosial sistemin, xalqın mədəniyyət sisteminin səviyyəsini  necə müəyyənləşdirmək olar? Bu, olduqca mühüm sualdır. Bu suala ətraflı  cavab vermək üçün bəzi məsələlərə diqqət verək. Əvvəlcə, hansı insan daha mədənidir? sualına cavab axtaraq. Aydındır ki, cəmiyyət, eləcə də hər bir kəsin dəyəri onun davranışının, əməlinin xarakteri ilə müəyyən olunur. Davranışı normal olmayan insan hətta öz valideynləri üçün belə, arzuolunmaz şəxsə çevrilir. Hər bir şəxsin davranışı (əməlləri) ona cəmiyyətdə müəyyən bir nüfuz qazanmağa, yer tutmağa, tarixə düşməyə səbəb olur.  Fikrimizcə, biz yalnız o şəxslərə mədəni deyə bilərik ki, onların daxili aləmi, üstünlük verdiyi dəyərlər həmin insanları öz ətrafında müəyyən ahəng yaratmağa sövq edir və  onların davranışı öz ətraflarında müəyyən bir ahəngin yaranmasında rol oynayır. Amma bu ahəng yaratmaq xüsusiyyəti mütləqləşdirilə bilməz. Həmin insanlar öz fəaliyyət prosesində kiminləsə münaqişəyə də girə bilərlər, ahəngi də poza bilərlər, amma sonunda bu proses daha yüksək səviyyəli ahəngin yaranmasına kömək edər. Cəmiyyət üçün ən arzu olunan insanlar təbii ki, daha mədəni insanlardır.
Həmin bu sözləri elə sosial sistemlər, xalqlar haqqında da demək olar. O xalq daha mədəni xalq sayıla bilər ki, onun öz tarixində qarşıya qoyduğu məqsədlər, bu məqsəd uğrundakı fəaliyyətləri bəşəri dəyərlərə (insanlığın mövcudluğu və tərəqqisi üçün mühüm olan dəyərlərə) zidd deyil, həmin xalq həm öz daxilində, həm də ətrafda, yer üzündə ahəngdarlığın artmasına daha çox kömək edir. Götürək elə mənfur qonşularımızı. Tarixi şəraitdən istifadə edərək, bəşəri dəyərlərə zidd olan tamahkarlıq, xəyanət, hiylə, satqınlıq və s. xüsusiyyətlərə  köklənərək bizim tariximizi, torpaqlarımızı, mədəniyyətimizi, musiqimizi, mətbəximizi   özününküləşdirməyə çalışan bu qövmün nə qədər  müasir tipli şəhərləri, sərvətləri, davranış tərzləri olsa da, onlar həqiqi mənada mədəni xalq sayıla bilməz.
Bəs müasir dövrdə, konkret olaraq hansı xalqlar daha mədəni xalq sayıla bilər? Doğrudanmı avropalılar, qərblilər daha mədəni xalqlardır?   
Təəsüf ki, əksər mütəxəssislər mədəniyyət sistemini birtərəfli, yalnız struktur yanaşma baxımından araşdırırlar. Yəni, misal üçün, qərbin məişəti, texniki rahatlığı, həyat tərzinin müəyyən cəhətləri, davranışlarındakı müəyyən xüsusiyyətlər diqqət mərkəzinə çəkilir. Bu cəhətlər adətən daha cəlbedici görünür.  Bir qayda olaraq funksiolnal yanaşma, yəni mədəniyyətin cəmiyyətdə konkret olaraq hansı missiya daşıdığı, onun funksiyası, bu funksiyanı müəyyənləşdirmək və yönləndirmək üçün meyarlar barəsində demək olar ki, danışılmır. Bəla burasındadır ki, dünyanın qabaqcıl sayılan elmi mərkəzləri də bir çox hallarda bu şəkildə fəaliyyət göstərirlər. Misal üçün, Amerikanın, Avropanın bir çox qabaqcıl Elmi Mərkəzləri Şərqin, Afrikanın, lap elə  Xəzər regionunun, Cənubi Qafqazın mədəiyyəti barədə danışanda bir çox hallarda maddi dəyərləri diqqət mərkəzinə gətirirlər. Mənəvi dəyərlərdən danışanda isə əsas diqqəti dini amillərə yönəldirlər.
 Qərb ölkələri dünyəvi elmlərin, texnikanın, məişət rahatlığının səviyyəsinə görə xeyli öndədir. Həmin bu vasitələr insanların həyatında, fəaliyyətində mühüm rahatlıqlar, ahəngdarlıq yaradır. Deməli, qərb ölkələri həmin praqmatik vasitələr  baxımından xeyli mədənidirlər. Təəsüf ki, bunu mənəvi dəyərlər baxımından demək mümkün deyil. Əgər qərblilər, həqiqi mənada, deyildiyi qədər mədəni olsaydılar, bütün Afrikada, Asiyada, Amerikada tutduqları ərazilərdə insanlara bu qədər qədər qəddar yanaşmaz, müstəməkəçilik siyasəti həyata keçirməzdilər. Əksinə, həmin ərazilərdəki insanların maariflənməsinə, orada mədəniyyətin (ahəng yaratma davranışının) artmasına çalışardılar. Əxlaqi, mənəvi dəyərləri bəşəriyyətin inkişafı, tərəqqisi baxımından qiymətləndirib inkişaf etdirərdilər. Müxtəlif çeşidli kütləvi qırğın silahları yaratmazdılar. Elmin, təhsilin inkişafına praqmatik maraqlardan yanaşmazdılar. Şərqin min illər boyu formalaşmış mədəniyyətinin potensialından düzgün istifadə etmək yolları axtarardılar. Təəsüf ki, bunlar edilmədi. Ona görə də Qərbin texnika baxımından bir sıra  nəaliyyətlərini, məişətindəki, güzəranlarındakı, maddi imkanlarındakı cəlbediciliyi ideallaşdırıb onları çox mədəni xalq hesab etmək əsassızdır. Artıq son bir neçə əsrdir ki, yer üzünün inkişaf istiqamətlərinin, yer üzünün taleyinin formalaşmasında Qərb mədəniyyəti mühüm rol oynayır. İndi yer üzü nə gündədir?  İnsanların böyük bir qismi acından öldüyü bir vaxtda böyük trilyonlar ancaq silahlara xərclənir. Yer üzü qan burulğanı içindədir.
Amma iş Qərb mədəniyyətini tənqid etməklə bitmir. Qərblilərə qədər şərqlilər də yer üzünü ağ günə çıxarmamışdı. O zaman da bu onun, o bunun torpağını işğal edirdi. Yolxucu xəstəliklər baş alıb gedirdi. İnsanlar daima sək-səkə içində idi. Şərqdə, bir çox ölkələrdə hələ də davam edən, ahəngin pozulmasına ciddi təsir edən  cəhalətin də mənfi rolunu obyektivliklə demək lazımdır. Amma şərq elmində, şərq əxlaqında, şərq mədəniyyətində indiki  yer üzünü müdhiş bəlalardan çıxarmağa kömək edə biləcək xeyli dəyərli sərvətlər var. 14 -  cü əsrdən başlayaraq güclənməyə başlayan Qərb həmin sərvətə lazımi  əhəmiyyət vermədiyindən, indi yer üzündə belə bir vəziyyət yaranıb. 
İndiki dövr Qərb mədəniyyətinə aludə olmaq dövrü deyil. Qərblilərin dünyəvi elmlərdə, texnikada, məişət rahatlığında və s. qazandıqlarını Şərqin min illiklər boyu yaratdığı mənəvi dəyərlərin işığında dərindən redaktə edib, yer üzünün tərəqqisi üçün yeni yollar axtarmaq dövrüdür. Belə bir yolda Azərbaycanın, ümumilikdə bütün türk dünyasının da böyük imkanları vardır. Yer üzünü indiki ağır vəziyyətdən, bəlalardan qurtarmağın mühüm əlacı həm də bizim “Kitabi Dədəd Qorqud”, “Manas” kimi onlarca dastanımızda, Fərabinin, Biruninin, İbn Sinanın, Sührəverdinin, Xaqaninin, Nizaminin, Nizamülmülkün, Bəhmənyarın, Yəsəvinin, Bektaşinin, Yunus İmrənin, Mövlanənin, Nəsiminin, Füzulinin, Xətainin, Aşıq Ələsgərin və b.k. onlarca, yüzlərcə müdriklərimizin əsərlərindədir. Həmin əsərləri, Qərbin birtərəfli olsa da inkişaf  etdirdiyi müasir elmlərin işığında oxuduqda yer üzünün xilas yollarını müəyyənləşdirməyə kömək edən çox faydalı nəticələr əldə  etmək olar. Amma biz gözləməməliyik ki, həmin əsərləri ancaq başqaları gəlib bizim üçün oxusun. Bizim öz mədəniyyətimiz imkan yaratmalıdır ki,  elmimiz bu işlərlə məşğul olsun. Təhsilimiz, elmimiz bu istiqamətdə inkişaf etdikcə mədəniyyətimiz daha çox zənginləşəcək, daha böyük imkanlara malik olacaqdır.
  Bəs cəmiyyətdə mədəni insanların çoxalmasında hansı amillərin rolu  daha artıqdır? Əvvəlki məqalədə də qeyd edildiyi  kimi, min illərdir ki, dünyanın bütün müdrik insanları, peyğəmbərləri, dini kitabları, böyük söz ustaları, folkloru, mənəviyyatlı insanları deyir, yazır, təsdiq edir ki, hansı cəmiyyətdə ki mənəvi dəyərlər daha öndədir, maddi dəyərlər əsasən mənəvi dəyərlərə yiyələnməyə xidmət edir, həmin cəmiyyətdə mədəniyyət inkişaf edir, mədəni insanlar çoxalır. Hər hansı bir cəmiyyətdə, maddiyyat mənəviyyata xidmət edirsə, o cəmiyyətdə get-gedə mədəniyyət sistemi güclənir,  bir ahəng yaranır. Əksinə, mənəviyyat başqa dəyərlərin təsiri altına daha çox düşdükcə, cəmiyyətdə gərginlik çoxalır, kriminallıq artır.  Deməli, biz təhsilimizi, elmimizi, iqtisadiyyatımızı, siyasətimizi və b.k. sahələri elə inkişaf etdirməliyik ki, cəmiyyətimizdə mənəvi amillər daha həlledici rol oynasın. İnsanların özünü təsdiq təlabatı mənəvi dəyərlər əsasında formalaşsın. Onlar bir-biri ilə mədəni davranışları ilə yarışsın. Daha indiki kimi, bəzək əşyaları, avtomobil markaları, telefon nömrələri, evlərinin ölçüləri və s. ilə yox. Kücələrdə, ictimai yerlərdə bir-birinin üstünə bağırmaqla yox. Yaşlı nəslin yadındadır ki, ötən əsrin 60-70-ci illərində bizim ölkəmizdə bu istiqamətdə müəyyən irəliləyiş vardı. 
Ahəngyol elminin müddəalarını nəzərə alaraq demək olar ki, mədəniyyətimiz o zaman daha uğurla inkişaf edər ki, biz elmin köməyindən  həssaslıqla istifadə edərək, dövrümüzün xüsusiyyətlərini nəzərə alaraq öz daxili potensialımızı daha çox hərəkətə gətirərək, başqa ölkələrin tərəqqipərvər təcrübəsindən daha çox bəhrələnərək, eyni zamanda, bir sıra hallarda rasional olmayan amillərin də təsirinə diqqət edərək fəaliyyət göstərək.  
Mədəniyyətimizin o istiqamətdə inkişafı daha çox arzu olunandır ki, bu əhalinin keyfiyyətinə - fiziki sağlamlığının get-gedə yaxşılaşmasına, mənəvi zənginliyinin artmasına, əməyə yaradıcı münasibat təlabatının artmasına, əməksevərliyə kömək etsin.  Mədəniyyətin inkişafı barədə düşünəndə ilk növbədə aydınlaşmalıdır ki, biz öz mədəniyyət potensialımızdan, dünya xalqlarının təcrübəsindən istifadə edərək öz əhalimizin mənəviyyatında, davranışında hansı xüsusiyyətləri görmək istəyirik? Mövcud imkanlardan istifadə etməklə məhdudiyyətləri dəf edərək hansı yolla, hansı nəticəyə nail ola bilərik ki, mədəniyyət sistemimizə daha uğurlu təsir mexanizmi formalaşsın? Bunun üçün ilk növbədə mədəniyyətin meyarları dəqiqləşməlidir.  Mədəniyyət siyasətimizin əsas məqsədi öz böyük potensiallı mədəniyyətimizi müasir elmin köməyi ilə daha çoxşaxəli şəkildə üzə çıxararaq, müasir dövrün tələbləri ilə zənginləşdirərək  ölkənin tərəqqisi  üçün istifadə etmək ola bilər.
Bir neçə söz də “müasirlik”  anlayışı haqda. Bəzilərinə elə gəlir ki, o insan daha müasir insandır ki, Qərb modalarına uyğun geyimlər geyinir, Qərb ölkələrinin həyat təzi barədə məlumata malikdir və öz davranış normalarında, geyimində, üstünlük verdiyi musiqidə və s.  qərbliləri daha çox təqlid edir, qərbin həyat tərzinin üstünlükləri barədə daha tez-tez danışır. Belə insanların daha müasir insan hesab edilməsi düzgün deyil. Müasirlik kimi isə yamsılamaq ola bilməz. Daha yaxşı yamsılayanlar daha müasir sayıla bilməz. Təbii ki, Qərb həyat tərzi barədə geniş məlumata malik olmaq, onların yaxşı:  insanların sağlamlığı, mənəviyyatı, işgüzarlığı ilə bağlı  təcrübəsindən istifadə etmək müsbət haldır. Amma, müasirliyin əsas meyarları başqadır.  
Yer üzündə, eləcə də ölkəmizdə sürətli dəyişmələr gedir. Cəmiyyət günü-gündən mürəkkəbləşir və həssaslaşır. O insan daha müasirdir ki, bu yeni mühitdə insan üçün,  xalq üçün, həyat üçün vacib olan fəaliyyətin nədən ibarət olduğunu başa düşür. Bu tələblərə uyğun olaraq davranır. Mən dəfələrlə elə kəndlilərə rast gəlmişəm ki, onlar nəinki həmin kənddəki, eləcə də Bakıdakı insanlardan, universitetlərdəki gənclərdən, alim rütbəsi alanlardan belə daha müasirdirlər. Çünki onlar yaranmış yeni mühitin xüsusiyyətlərini daha yaxşı duyurlar və özlərinin, xalqın problemlərini həll etmək üçün hansı addımların vacib olduğunu aydın dərk edərək buna uyğun hərəkət edirlər.
Yuxarıda deyilənləri nəzərə alaraq mədəniyyətimizi daha uğurla inkişaf etdirmək üçün bizim ciddi, təcrübəli  mütəxəssislər tərəfindən elmi əsaslarla hazırlanmış platformamız, konsepsiyamız, fəaliyyət proqramlarımız olmalıdır. Məhz bundan sonra aydın olacaqdır ki, bizim bu sahədə elmimizin hansı istiqamətlərini daha sürətlə inkişaf etdirməyimizə, təhsil sistemimizi necə qurmağımıza, iqtisadi potensialdan hansı şəkildə istifadə olunmasına, hansı qanunlar qəbul etməyimizə, hansı səpkidə maarifləndirmə aparmağımıza, hansı tipli TV – lər, televizya verilişləri hazırlamağa, hansı ölkələrlə daha sıx əlaqə yaratmağa və s. işlər görməyə ehtiyacımız var. O zaman bu sahəyə məsul olan şəxs və qurumlar üçün də aydın olacaqdır ki, onlar hansı işləri görməlidirlər. 
 
(davamı var)
 
Əhməd Qəşəmoğlu
Oxşar xəbərlər
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
11:08, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 12:12
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
18 May 2024 | 12:22
Bisavad insan siyasətə sürüklənəndə belə olur
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:45
Rəşad Dağlının qızı əməliyyat olundu
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 12:12
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
18 May 2024 | 12:22
Bisavad insan siyasətə sürüklənəndə belə olur
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:45
Rəşad Dağlının qızı əməliyyat olundu