Göyçay rayonu Rauf İsayev küçəsi dalan 4 ev 2 də yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlil Rəhimli Elnur Nazim oğlu üzləşdiyi problemlə bağlı Moderator.az-a müraciət edərək saytımız vasitəsi ilə ölkə başçısından kömək istəyib. Müraciətdə deyilir:
“Mən Göyçay rayonunda köhnə
bazarında kiçik köşkdə xırdavat alverı ılə məşğul olub gündəlik qazandığım qəpik-quruşla
ailəmi birtəhər dolandırıram.Ancaq rayon icra başçısı Mənsur Məmmədov bunu da bizə
çox görür. Belə ki, icra başçısının niyyəti köhnə bazarı bağlatdırıb , ticarətçilərı
Cəyirli yolunun kənarında açdırdığı öz bazarına cəlb etməkdir. Bunun üçün
icra başçısı yeni metoda əl atıb.Vergi işçiləri köhnə bazarda satıcılara dünən bildiriblər
ki prezident yeni fərman imzalayıb. Bundan sonra ayda 10 manat yox, 30 manat vergi
ödəyəcəksiniz.. Əks təqdirdə bazardan çıxarılacaqsınız. Qeyd edim ki, kiçik
köşklər hər ay 10 manat vergiyə, hər gün 1 manat olmaqla ayda 30 manat bazarın rəhbərliyinə
pul verirdik. Rayonda 4 bazar var ,çoxlu sayda da maqazinlər. Buna görə də
gündəlik alverimiz çox zəif olur , elə gün olur ki, alverimiz olmur. Çox acınacaqlı
vəziyyətdə olduğumuz vaxtda Göyçay rayon icra başçısı Mənsur Məmmədov qohumu,
Ərazi Vergilər idarəsinin rəisi Polad Əliyevə tapşırıb ki, köhnə bazarda ticarətçilərin
vergi pulunu qaldırın. Qeyd edim ki, Ərazi Verği İdarəsinin rəisi Polad Əliyevin
qardaşı General Ərzuman Əliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırımın
qudasıdır. Bu qohumlar sanki rayonu özəlləşdiriblər. Öyrənmişik ki, verginin artırılması
ilə prezidentin yeni heç bir fərmanı yoxdur, icra başçısı Mənsur Məmmədov öz bazarına
satıcıları cəlb etmək üçün qohumu Polad Əliyevlə əlbir olub prezidentin adından
əməliyyatlarını həyata keçirmək istəyirlər. Prezident cənab İlham Əliyevdən kömək
istəyirəm ki, onun adından icra başçısı ilə vergi rəisinin vergi qaldırma oynunun
qarşısı alınsın.
Cənab prezident, bunlar burada
banda yaradıb camaatın qanını sovururlar, xahiş edirik bizə kömək edin”.
PS.Məqalədə adı çəkilən hər
bir şəxsin mövqeyini işıqlandırmağa hazırıq.