Əli Məsimli: “Neft Fonduna toplanan vəsaitin səmərəli xərclənməsinə diqqət artırılmalıdır”
Müsahibə
Oxunub: 4794
23 Jul 2014 | 14:40
Əli Məsimli: “Neft Fonduna toplanan vəsaitin səmərəli xərclənməsinə diqqət artırılmalıdır”

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az-ın suallarını cavablandırıb.

 

-Neft Fondundan xərcləmələri bu qurumun əsasnamə məqsədlərinə uyğun həyata keçdiyini söyləmək olarmı?

 

-Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Neft Fondunun təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir.Bu Fond yaradılanda onun aktivləri 271 milyon dollar təşkil edirdi. 2014-cü ilin ortalarına bu məbləğ 37 milyarda dolları ötüb.Başqa sözlə Neft Fondunun vəsaiti ölkə üzrə ümumi daxili məhsulun yarısı səviyyəsindədir.Əsasnamə tələblərinə görə,Neft Fondunun fəaliyyətində Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanması,ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığını azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkənin sosial-iqtisdi tərəqqisinə xidmət edən mühüm layıhələrin həyata keçirilməsi,cari sosial-iqtisadi proseslərin dəstəklənməsi,neft və qazın bərpa olunmayan təbii sərvət olduğunu nəzərə alaraq, həmin sərvətlərdən əldə olunan gəlirin nəsillər rasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması əsas vəzifələr kimi müəyyən edilmişdir.Əgər Neft Fondunun vəsaitinin istifadə istiqamətlərinə diqqət eləsək, görərik ki, onun xərclənməsində məhz sadaladığımız həmin istiqamətlər prioritet təşkil edir. Məsələn, əgər neft fondunda yetətincə vəsaitin hesabına “çoxmilyardlı təhlükəsizlik yastığı” yaradılmasaydı, Azərbaycan hökuməti 2008-2009-cu illərdə qlobal maliyyə böhranının tüğyan etdiyi bir mərhələdə həmin böhranın fəsadlarından qorunmaqdan ötrü o cür inamlı manevr imkanlarına malik ola və az itki ilə çıxa bilməzdi. Fondda toplanmış vəsait kapital şəklində ölkənin hüdudlarından kənara yatırılır və əsas etibarilə infrastruktur layihələrinə, təhsil, su təchizatı və bir çox layihələrə yönəldilir. Digər istiqamətlər barədə isə Neft Fondunun hesabatlarında yetərincə məlumat var.Həmin hesabatlardan göründüyü kimi,Fondun vəsaitinin çox hissəsi dövlət büdcəsinə transfert olunub, infrastruktur layihələrinə, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, Bakı-Tiflis-Ceyhan strateji neft kəmərinin inşasına, Samur-Abşeron suvarma sisteminin, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin maliyyələşdirilməsinə yönəldilib. Həmin proseslərin bir hissəsi indi də davam edir.Məsələn, 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 4 883,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 177 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 11 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə 19,6 milyon manat vəsait ayrılmışdır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 5,2 milyon manat vəsait yönəldilmişdir. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə Neft Fondundan 40 milyon manat vəsait ayrılmışdır. Göründüyü kimi, bu xərcləmərin hamısı Əsasnamə məqsədlərinə uyğun istiqamətlərdə Azərbaycanın sosial- iqtisdi inkişafına və beynəlxalq nüfüzünün artmasına, Avropa bazarlarına çıxışın genişlənməsinə xidmət edən mühüm layihələrdir. Son vaxtlar Neft Fondu öz vəsaitinin bir hissəsini qızıl almağa sərf edir.2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlanıb və 1 yanvar 2014-cü il tarixinə Fond tərəfindən 30 tondan artıq qızıl alınıb. Bundan əlavə xaricdə daşınmaz əmlak alınması istiqamətində də addımlar atılmağa başlamışdır.

 

-Neft Fondu qazancını bu qədər sürətlə xərcləyirsə gələcək nəsillərə bu neftdən pay qalmayacaq”¦

 

 - Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli Fərmanı ilə təsdiq edilmiş NEFT VƏ QAZ GƏLİRLƏRİNİN İDARƏ OLUNMASI ÜZRƏ UZUNMÜDDƏTLİ STRATEGİYA var. Həmin strategiyanın neft və qaz gəlirlərindən uzunmüddətli istifadə prinsiplərinə  həsr olunmuş hissəsində deyilir ki,uzunmüddətli dövr üçün neft və qaz gəlirləri hesabına xərclərin proqnozlaşdırılması zamanı dəyişməz real xərclər prinsipi əsas götürülür və bu strategiyanın əhatə etdiyi dövr ərzində nəzərdə tutulan xərclər üçün illik limit müəyyən edilir; neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir.Bayaq qeyd etdiyimiz kimi, 2014-cü ilin ortalarına Neft Fondunun aktivləri 37 milyard dolları ötüb. Gələn il də fondun vəsaitinin artacağı gözlənilir.Amma neft hasilatı azaldıqca, tədricən bu Fonda daxil olan maliyyə vəsaitinin də bir müddətdən sonra ilbəil azalması təbii prosesdir.Öna görə də hökumət Fonddan xərcləmələrin payını azaltmaqdan ötrü müəyyən addımlar atır.Bu özünü büdcəyə transferlərin timsalında daha əyanı göstərir. Büdcəyə transferlərə gəldikdə isə, mətbuatdan və Milli Məclisdəki çıxışlarımızdan məlumdur ki, biz həmişə höküməti bu sahədə ifrata varılmamağa çağırmışıq, büdcəyə transfertlərin tədricən azaldılması və büdcə gəlirlərinin digər mənbəələr hesabına artırılmasının tərəfdarıyıq.Ona görə də Neft Fondundan transfertlərin 2013-cü il büdcəsi ilə müqayisədə 11,3 milyard manatdan 9,3 milyard manata enməsi ilə 2014-cü il büdcəsində 2 milyard manata qədər azaldılmasını müsbət addım kimi dəyərləndiririk. Amma Fonddan xərcləmələr hələ də yüksək olaraq qalmaqdadır. ARDNF məlumatlarına görə, 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 493,6 milyon manat, büdcə xərcləri isə 5 163,1 milyon manat təşkil etmiş, Döğrudur, son illər desək,Neft Fondu 6 ayda qazandığının 79,5%-ni qeyd etdiyimiz kimi,nəzərdə tutulan layıhələrin icrasına yönəltmişdir. Son illər xərcləmələrin payı artsa da, ümumiyyətlə götürdükdə isə 2014-cü il iyulun 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 4,9% artaraq 37 622,4 milyon ABŞ dollarına bərabər olmuşdur.Deməli son illər xərcləməlin payı 80-90 faizə çatsa da,yəni həmin vəsaitin 25 faizi yox,10-20 faizi yığıma getsə də, yarandığı 1999-cu ildən bu yana Neft Fonduna daxil olan vəsaitin normativdə göstərildiyi kimi,25 faizi yox, 40 faizə qədəri hələ də Fondda qalmaqdadır. Ona görə də məsələ Dövlət Neft Fonduna toplanan vəsaiti xərcləməmək kimi yox, həmin vəsaitdən istifadənin səmərəliliyinin artırılması kimi qoyulması daha faydalı olar......

 

-Neft Fondunun vəsaitlərinin səmərəli xərclənməsi üçün hansı alternativlər təklif edirsiniz?

 

-Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir.NEFT VƏ QAZ GƏLİRLƏRİNİN İDARƏ OLUNMASI ÜZRƏ UZUNMÜDDƏTLİ STRATEGİYASINDA NEFT VƏ QAZ GƏLİRLƏRİNDƏN İSTİFADƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ müəyyənləşdirilmişdir.Neft və qaz gəlirlərinin istifadə strategiyası makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında aşağıdakı əsas istiqamətləri əhatə edir: - iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafı; - infrastruktur sahələrin genişmiqyaslı inkişafı: - yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həlli; - iqtisadiyyatın intellektual və texnologiya bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması; - "insan kapitalı"nın inkişafı (yüksək ixtisaslı kadrların hazırlanması (o cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin artırılması); - ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi; - azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi. Hesab edirik ki, istiqamətlər düzgün müəyyənləşşdirilib. Sadəcə Neft fondundan xərcləmələrin səmərəliliyini artırmaqdan ötrü əlavə tədbirlər görülməsi istiqamətini gücləndirmək lazımdır.Netf Fondundan dövlət büdcəsinə transfertlərin azaldılması istiqamətində işlər davam etdirlməlidir.Eyni zamanda Neft Fondundan ayırmaların da mümkün qədər azaldılmasına da baxılmalıdır.Bununla yanaşı həm də işlək və etibatlı nəzarət mexanizmi yaradıb həyata keçirmək lazımdır ki, Neft Fondundan ayrılan vəsaitdən istifadənin səmərəliliyi və ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə təsiri artsın.Əgər nəsərə alsaq ki, Neft Fondunun aktivlərinin saxlanılmasından gəlirlilik 2-3 faiz arasındadır, onda neft gəlirlərinin daha səmərəli idarə edilməsi üçün həmin vəsaitin bir hissəsi iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın, "insan kapitalı"nın inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına, mənzil təsərrüfatına və sair bu kimi zəruri sahələrin qalxınmasına yönəldilməlidır.


Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü