“Dağlıq Qarabağı üçüncü tərəf kimi prosesə qoşmaq istəyirlər”
Müsahibə
Oxunub: 3016
15 Jul 2014 | 19:23
“Dağlıq Qarabağı üçüncü tərəf kimi prosesə qoşmaq istəyirlər”
Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova “Media forum” saytının suallarını cavablandırıb.

- Son günlər cəbhə xəttində vəziyyət xeyli gərginləşib, Ermənistan ordusu atəşkəsi tez-tez pozur. Belə bir durumda Azərbaycanın Ermənistanla danışıqlardan imtina etməsi gündəmə gələ bilərmi?

- Dünyada və bölgədə təcavüzkarlıq siyasəti yürüdən bir neçə ölkə var. Həmin dövlətlərdən biri, bəlkə də birincisi Ermənistandır. Ermənistan beynəlxalq hüququ, onun normalarını tamamilə saymır, kobud şəkildə pozur. Ermənistan Azərbaycanın ərazilərini işğal edib, orada oturub, məskunlaşma aparır və işğal faktını beynəlxalq aləmə tanıtmağa çalışır. Biz isə beynəlxalq ictimaiyyətin mövqeyini və ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyərək sülh prosesində iştirak edirik. Sülh də hər kəsdən çox Azərbaycana lazımdır.

Ermənistan təcavüzkarlıq siyasəti həyata keçirir və müharibənin nəticələrini tanıtmağa çalışır, amma yenə də sülhdən danışır. Təsəvvür edin ki, belə bir vəziyyətdə Azərbaycan sülh danışıqlarından çıxır və müharibəyə başladığını elan edir. Hesab edirəm ki, bu, düzgün mövqe olmazdı. Ona görə də Azərbaycan sülh danışıqları prosesində iştirakdan imtina etdiyini heç vaxt söyləmir və söyləmək niyyətində də deyil. Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları ilə həllinə çalışanlar bu yolun səmərəsiz və nəticəsiz olduğunu açıq formada etiraf etməyənədək Azərbaycanın bu siyasəti davam edəcək. Sülh danışıqlarının nəticə vermədiyini və münaqişənin danışıqlarla həllinin mümkün olmadığını vasitəçilər söyləməlidir.

Burada başqa bir məqam da var: Ermənistan cəbhə xəttində insidentlərin dairəsini daha da genişləndirərək əndazədən çıxardığı təqdirdə indiki siyasətin hansısa bir formada dəyişməsindən və yeni yanaşmadan söhbət gedə bilər. Dünyanın müxtəlif münaqişə bölgələrində, o cümlədən İsrail-Fələstin münasibətlərində belə hallar olur.

Hazırda cəbhə xəttində insidentlər var. Belə hallar əvvəllər də olub, bundan sonra da olacaq. Biz insidentlərin dəyərləndirilməsinə, aradan qaldırılmasına, beynəlxalq ictimaiyyətin bunlara qiymət verməsinə çalışırıq. Hesab edirəm ki, sülh danışıqlarından imtina etməyimiz düzgün yanaşma olmaz. Sülh danışıqlarından imtina edib nə edəcəyik? Müharibəmi edəcəyik? Sülh danışıqlarından çıxmağımız yalnız Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti tamamilə dəyişəndə, yeni konkret yanaşma ortaya qoyulanda mümkün ola bilər. Əks halda sülh danışıqlarından çıxmağımızı bəyan etməklə beynəlxalq qınağı öz üzərimizə yönəltmiş olarıq. Bu da Ermənistanın, ermənilərin maraqlarına xidmət edər.

- Dağlıq Qarabağ münaqişəsi alovlanandan bəri beynəlxalq aləmdə xeyli proses baş verib, dünyanın siyasi xəritəsi dəyişib, yeni dövlətlər yaranıb, Rusiya-Çeçenistan, Kosovo, Əfqanıstan, İraq, Rusiya-Gürcüstan müharibələri olub, bəziləri başa çatıb. Amma dünyada baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə heç bir təsiri olmayıb, problem olduğu kimi qalıb. Beynəlxalq aləmi qismən tərpədən, səfərbər edən son hadisələr Ukraynada yaşanır. Rusiyanın Ukrayna ərazisi olan Krımı işğal etməsi Dağlıq Qarabağ münaqişəsi üçün yeni situasiya yaradıbmı?  

- Hər halda yeni situasiya yaranıb, dünya yeni vəziyyətlə üz-üzə qalıb. Əslində bu situasiya yeni yaranmayıb, əvvəllər də mövcud olub, amma bu vəziyyət dünyaya hökm edən bəzi dairələri o qədər də maraqlandırmırdı. Çünki bu situasiyanı özləri, öz maraqları üçün təhlükə saymırdılar. Amma bu gün belə bir vəziyyətlə üz-üzə qalıblar və həmin dairələr bu təhlükəni hiss edirlər, görürlər. Ona görə də “Dağlıq Qarabağ və buna oxşar münaqişələr həll olunmalıdır” bəyanatlarını indi daha tez-tez səsləndirirlər. ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyası zamanı da münaqişələrin həllinə çağırışlar oldu. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr, xüsusən də ABŞ Ukrayna hadisələri ilə bağlı ortaya konkret mövqe qoydu, Helsinki Yekun Aktının prinsiplərinin kobud şəkildə pozulması haqda qətnamə ilə çıxış etdi.

Əslində belə vəziyyətlərdə gözlər birbaşa ABŞ-a, onun rəhbərliyinə dikilir, hamı düşünür ki, əgər hər hansı vəziyyətlə bağlı konkret radikal addım atılmalıdırsa, ABŞ öndə olmalıdır, liderlik etməlidir. Hesab edirəm ki, ATƏT Parlament Assambleyasının sessiyasında təqdim olunan qətnamə yalnız konqresmen Bencamin Kardinin mövqeyi deyildi, ABŞ-ın siyasəti idi. ABŞ və Avropa Ukrayna hökumətinin arxasında durur və yaranmış vəziyyətdən çıxış yolu tapılmasında maraqlı kimi görünürlər. Əslində bu vəziyyətin və çıxış yolu axtarılmasının Dağlıq Qarabağ münaqişəsinə, aparılan sülh danışıqlarına təsiri var. Bunun nəticəsidir ki, “münaqişə tez bir zamanda həll olunmalıdır” bəyanatları indi intensiv formada səsləndirilir.

Hesab edirəm ki, biz həm danışıqlar prosesində yaranmış vəziyyətdən yararlanmalıyıq, həm beynəlxalq aləmdə yeni sənədlərin qəbulu prosesini yeni presedent kimi qəbul etməliyik, həm də konkret mövqe ortaya qoymalıyıq. Ya danışıqlar səmərə verməlidir, ya da danışmaq xətrinə aparılan danışıqların səmərəsiz olduğu vasitəçilər tərəfindən bəyan olunmalıdır. Amma danışıqları səmərəsiz olduğunu ilk bəyan edən Azərbaycan olmamalıdır. Çünki məhz həmin dairələr Azərbaycanın indiyədək konkret addım atmasına imkan verməyiblər. Onlar həmişə deyiblər ki, münaqişə sülh danışıqları ilə həll olunmalıdır və bunun üçün çalışdıqlarını söyləyiblər. Əgər problemi indiyədək həll edə bilməyiblərsə, bu gün də bunu bacarmırlarsa, onda bunu açıq formada bəyan etməlidirlər. Onlar vəziyyətdən çıxmaq üçün ya səlahiyyətlərinin dəyişdirilməsini tələb etməlidirilər, ya da vasitəçilik missiyasından imtina etməlidirlər. Çünki Minsk qrupu hazırkı səlahiyyəti və mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında olmadığını ortaya qoyub.

İndi isə yeni situasiya dünya siyasətinə yeni diktələr edir. Bu da münaqişə vəziyyətində olan ölkələr tərəfindən nəzərə alınır. Təbii ki, yeni vəziyyətin diktələrini Azərbaycan və Ermənistan fərqli kontekstlərdən nəzərə alır. Artıq ermənilər də dərk edirlər ki, bunun sonu yaxşı olmayacaq. Ona görə də işğal altındakı rayonlardan yeddisinin Azərbaycana qaytarılması məsələsi gündəmə gəlib. Bu, təsadüfi, elə-belə deyil. Ola bilər ki, Azərbaycanın yeddi rayonun qaytarılması müqabilində münaqişənin birdəfəlik həlli ilə barışıb-barışmadığını yoxlamaq üçün belə fikirləri ortaya atırlar. Amma bu boş söhbətdir, heç vaxt həyata keçməyəcək cəhddir. Azərbaycanın mövqeyi qəti və birmənalıdır: sülh danışıqları yalnız müharibənin yenidən başlanmasının qarşısını almağa xidmət etməməlidir, beynəlxalq hüquq əsasında münaqişənin tam şəkildə həllinə yönəlməlidir. Minsk qrupunun həmsədrləri xüsusən də ABŞ Helsinki Yekun Aktının prinsiplərini tez-tez vurğulayırlar. Ermənilər bu prinsipləri pozublar. Azərbaycana münasibətdə Helsinki Yekun Aktının prinsipləri tam şəkildə bərpa olunmalıdır.

- Deyirsiniz ki, Azərbaycanın indiyədək konkret addımlar atmasına imkan verməyiblər. Yəqin söhbət danışıqların alternativi olan müharibədən gedir. Hansısa mərhələdə Azərbaycanın belə bir niyyəti olubmu?

- Addım atmaq səlahiyyəti başqa bir şəxsdə və qurumda olduğu üçün nə zamansa belə bir imkanın olub-olmaması fikrini söyləməkdən uzağam. Amma müharibə ritorikasının zərərli olduğunu bizim diqqətimizə çatdıranlar kimlərdir? Kimlər müxtəlif səviyyələrdə bunu bizə deyirlər? “Silah gücünə, döyüş yolu ilə işğal olunan ərazilərin dinc yolla, danışıqlarla qaytarılmayacağı həqiqətinə əsaslanaraq, bizim də öz ərazi bütövlüyümüzü, suverenyliyimizi müharibə yolu ilə bərpa etmək haqqımız, səlahiyyətimiz var” deyəndə “bu, müharibə ritorikasıdır və çox zərərlidir” cavabını eşidirik. Bunu söyləyənlər kimlərdir? “Azərbaycanın konkret addım atmasına imkan verməyiblər” deyəndə bunları nəzərdə tuturam. Amma Azərbaycanın nə zamansa müharibəyə başlamaq əmri verməsi və bizi bundan çəkindirdiklərinə dair əlimdə faktım yoxdur. Bunu demək səlahiyyətim də yoxdur.

Bizə deyirlər ki, gücə istinad etmək zərərlidir. Bunu söyləyənlər münaqişənin sülh yolu ilə həllini ortaya qoymalıdırlar. Əgər bunu edə bilmirlərsə, onda səlahiyyətlərini yerinə yetirə bilmədiklərini, onlara tapşırılan missiyanın öhdəsindən gəlmədiklərini bəyan eləməlidirlər. Biz onları ya öz işlərini yerinə yetirməyə, ya da ki açıq şəkildə danışmağa vadar etməliyik. Hazırkı siyasətimizin mahiyyəti bundan ibarətdir. Amma Azərbaycan həm də ordunun qabiliyyətini, hərbi qüdrətini, iqtisadi gücünü artırmalıdır. Çünki prezident İlham Əliyevin söylədiyi kimi, dünya güc qarşısında geri çəkilir. Azərbaycan da bölgədə ən güclü orduya, ən güclü imkanlara malik olan bir dövlət olmalıdır ki, onunla güc dilində danışmağın mümkünsüzlüyünə  qarşı tərəfi inandırsın.

- Ukrayna hadisələrindən sonra ABŞ Qarabağ münaqişəsinin həllini niyə istəyir?

- Necə ki Dağlıq Qarabağ münaqişəsinin başlanması maraqların mübarizəsinin nəticəsi idi, o cür də bu münaqişə ətrafındakı spekulyasiyalar maraqlar mübarizəsinin nəticəsidir. Fakt özü-özlüyündə hər şeyi deyir. Beynəlxalq güclər maraqlı olanda istənilən addımı atmağa qadir olduqlarını göstərirlər, necə ki, bu gün göstərməkdədirlər. Ona görə prosesin həm başlanması, həm uzanması, bəzi hallarda qısa müddətdə belə konfliktlərə son qoyulması maraqlar mübarizəsindən, onun mahiyyətindən doğur.

- ABŞ rəsmiləri yeddi rayonun Azərbaycana qaytarılmasına dair bəyanatlar verirlər, bunu təkidlə təkrarlayırlar. ABŞ bunu niyə indi açıq şəkildə bəyan edir? Azərbaycan bununla razı ola bilərmi? Bu təklifin pərdə arxası, açıqlanmayan tərəfləri də varmı?

- Yeddi rayon ona görə Azərbaycana qaytarılmalıdır ki, ora bizim torpaqlardır, Azərbaycanındır. Amma yeddi rayon arasında qalan Dağlıq Qarabağ da Azərbaycanındır axı. Yeddi rayon qaytarılacaq deyə Dağlıq Qarabağ, onun gələcəyi, statusu, hansı şəkildə fəaliyyətini davam etdirməsi bizim üçün maraqsız ola bilməz. Ona görə də yeddi rayonu kontekstdən çıxarıb danışıqlar prosesinin nəticəsi kimi təqdim edənlərə mövqeyimizi bəyan edirik ki, əlbəttə, yeddi rayon bizimdir, bizə qayıtmalıdır, amma Dağlıq Qarabağın bizdən ayrılması, müstəqil olması və ya Ermənistana birləşdirilməsi müqabilində yox. Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi olmalıdır. Ona görə mərhələli həll variantına üstünlük versək də, biz bu prinsiplərin hamısının bir yerdə razılaşdırılması prosesindəyik. Elə ola bilməz ki, yeddi rayonun qaytarılması məsələsi hər şeydən önə keçsin və biz də bu nəticəyə qane olaq, Dağlıq Qarabağın sonrakı taleyi ilə bağlı atılacaq addımlarda iştirakdan kənarda qalaq.

Dağlıq Qarabağı üçüncü tərəf kimi prosesə qoşmaq istəyirlər. Ermənistan daim buna maraqlıdır. Amma Azərbaycan qətiyyən buna yol verməyəcək. Azərbaycan torpaqları hesabına ikinci Ermənistan dövləti yaranmayacaq. Biz bunu söyləyirik və söyləməklə bütün məsuliyyətini hiss edirik. Lazım gələndə bunun üçün döyüşməyə, şəhid verməyə, qurban verməyə hazırıq.

Sualınızın ikinci hissəsinə gəlincə, konkret söyləyə bilmərəm ki, nə baş verib ki, birdən-birə yeddi rayonun qaytarılması məsələsini qoyurlar...

Oxşar xəbərlər
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib