Qayınanası ilə qayınatasını bayram günü güllələyən Bayramın dramı
Reportaj
Oxunub: 2206
09 Jun 2014 | 19:22
Qayınanası ilə qayınatasını bayram günü güllələyən Bayramın dramı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri qətlə yetirməkdə ittiham olunan Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənovun məhkəmə prosesi başlayıb. Proses hakim Rauf Əliyevin sədrliyi ilə keçir.


Virtualaz.org saytının müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi bu ilin ilk bayram günü - yanvarın 1-də Novxanı bağlarında baş verib. Ailədaxili insident zamanı Bayram Həsənov odlu silahdan açdığı atəşlə qayınatası Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Onların hər ikisi hadisə yerindəcə keçiniblər.

Törətdiyi cinayət əməlinə görə B.Həsənova CM-in 120.2.4, 120.2.5, 120.2.7, 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 228.1 və 229.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən B.Həsənov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib: “Gülnar Hüseynova ilə 2006-cı ildə qeyri-rəsmi evlənmişəm, Aytac adlı bir qızımız var. 2011-ci ildə Gülnar mənə 8900 manat pul verdi. Dedi ki, atam rayonda öz torpağını satıb bu pulla həm mənə, həm də qardaşım Ruslana Bakıdan torpaq almaq istəyir. Pulu götürdüm, üstünə də özümdə olan puldan əlavə eləyib Novxanıda 11 min manata 4 sot torpaq aldım. Sonradan 3900 manat pulu hissə-hissə olmaqla Gülnarın atası Nəzərə qaytardım. Ona torpağı Gülnarın adına rəsmiləşdirəcəyimi demişdim, amma mənimlə razılaşmamışdı. Gülnarla yola gedə bilmədiyimizə görə ayrılmışdıq. O da valideynlərinin yanında qalırdı.

Gülnar Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, atalığımı müəyyən etdirərək Aytaca aliment kəsdirmişdi. Qızıma ayda 90-150 manat arası aliment ödəyirdim”.

B.Həsənov ifadəsində hadisə baş verən gün kirayə qaldığı mənzildə gizlətdiyi silaha “əl gəzdirməyi” də unutmayıb: “Hadisədən bir gün əvvəl avtoqəza törətdiyimdən xəstəxanaya düşmüşdüm, qolum sınmışdı. Gülnara bir neçə dəfə zəng vurub qızımı görmək istədiyimi desəm də yanıma gətirmədi, sabah gələcəyini dedi. Yaram ağır deyildi, xəstəxanadan həkimlərin icazəsi olmadan qaçıb getdim. Gülnara zəng vurub onu əvvəllər birlikdə yaşadığımız evə çağırdım. Gülnar məndən ayrılıb gedəndən sonra o evdə iş yoldaşlarımla birlikdə qalırdım. Bayram günü olduğundan mənimlə bir evdə qalanların üçü də rayona getmişdi. Açarı onlardan götürüb evə gəldim. Mənzilə keçib döşəyin altında gizlətdiyim ov tüfəngini və patronları götürdüm. Tüfəngin lüləsini təmizləyib iki ədəd patron saldım. Patronu və patron kəmərini dəhlizdəki şkafın altında gizlətdim. Günorta saatlarında qapı döyüldü. Gülnarın atası Nəzər, anası Rəfiqə və qızım Aytacla birlikdə gəldiyini gördüm. Mətbəxdə əyləşib birlikdə çörək yedik. Qızıma aldığım bayram hədiyyəsini və 100 manat pulu verdim”.



Təqsirləndirilən şəxsin dediklərindən belə məlum olub ki, qayınanasının onu təhqir etməsi silaha əl atmasına səbəb olub: “Qayınatamla torpaq barədə danışmağa başladıq. Nəzər bir daha israrla həmin torpağı öz adına sənədləşdirəcəyini dedi. Mənsə Gülnarın adına rəsmiləşdirəcəyimi bildirdim. Belə olan halda Nəzər torpağa verdiyi pulu geri qaytarmağımı tələb etdi. Dedim torpağı aldığım şəxslə danışmışam, bayramdan sonra satıb pulunu qaytaracağam. Bundan sonra Gülnarı valideynlərini evə göndərməsini, özünün isə qalmasını söyləmək üçün mətbəxə çağırdım. Bu vaxt anası Rəfiqə onun arxasınca gələrək danışmağa imkan vermədi. Anası “Gülnara kafedə iş tapacam, gedib ofisiant işləyəcək” dedi. Mən də “əgər Gülnar kafedə işləyərsə, onun başını kəsərəm” dedim.

Qadın hirslə “artıq düzəltmişəm, bacarırsansa kəs” deyərək nalayiq söyüşlər söyməyə başladı. Anamın ili hələ çıxmamışdı. Rəfiqənin ölülərimə söyməsi mənə pis təsir etdi. Qolumdakı sarğını açıb bir kənara tulladım. Silahı gizlətdiyim yerdən çıxarıb Rəfiqə ilə Nəzərin yanına qayıtdım. Gülnar əlimdə tüfəng görüncə lüləsini öz sinəsinə sıxdı, onu vurmağımı, valideynlərinə toxunmamağımı deyərək yalvardı. Hətta əli ilə tüfəngin tətiyini də çəkdi, amma silahın qoruyucusu bağlı olduğundan atəş açılmadı. Rəfiqə qızını itələyib “çəkil kənara, qoy məni vursun bu əclaf” deyib üzümə tüpürdü. Bundan əsəbiləşib dəhlizin tavanına bir dəfə atəş açdım. Arvadım valideynləri ilə birlikdə məni itələyib çölə çıxardılar.

Həyətdə olarkən Rəfiqənin polisə zəng vurduğunu eşitdim. Nəzər dedi ki, silahı yığışdır, problem yaranmasın, indi polislər gələcəklər. Əsəblərimi cilovlaya bilmədim. Rəfiqəni öldürməyi qərara aldım. Tüfəngə patron qoyub dəhlizdə dayandım. Rəfiqə məni yenidən söyməyə başlayanda silahla onun baş nahiyəsinə atəş açdım. Güllə Rəfiqənin sağ gözünə dəydi, həmin andaca yerə yıxıldı. Bir anlıq pis oldum, tüfəng qeyri-ixtiyari əlimdən yerə düşdü. Nəzərin üstümə gəldiyini görüb tüfəngi yerdən qaldırdım, özüm də ayağa qalxdım.

Arvadının meyitinə baxaraq “sən bunu öldürdün, ay əclaf” dedikdə tüfənglə Nəzərin boynunun arxa tərəfinə atəş açdım. Gülnar otağa girib ata-anasına baxmaq istədikdə imkan vermədim. Onun qışqır-bağır saldığını, qaçmaq istədiyini görüb sifətindən yumruqla vurdum, çəliklə ayağına zərbələr endirdim. Zərbələrin təsirindən Gülnar yerə yıxılıb huşunu itirdi. Bayıra baxanda Nəzərin ayağa qalxdığını gördüm. Əlimdəki çəliklə onun başına, bədəninə çoxsaylı zərbələr endirdim. Öldüyünə əmin olduqdan sonra mənzili tərk etdim”.

Zərərçəkmiş şəxs qismində dindirilən Gülnar Hüseynova gözləri qarşısında baş verən faciəni bu cür danışıb: “Bayramın məndən əvvəl ailəsi olub. Həmin qadından 3 uşağı da var. 2006-cı ildə mənimlə evləndi. Novxanıda kirayədə yaşayırdıq. 5 yaşında qızımız var. Münasibətlərimiz normal olmadığına görə ayrılmışdıq. Uşaq da mənimlə qalmışdı. Hadisə baş verən gün valideynlərimlə və qızım Aytacla birlikdə Bayramın kirayə qaldığı evə gəldik. Evdə tək idi, sağ qolu sarıqlı idi, əlində çəlik tutmuşdu.

Bir qədər söhbət edəndən sonra torpaq məsələsinə görə atamla aralarında narazılıq yarandı. Bayram bir daha torpağı atamın adına deyil, mənim adıma rəsmiləşdirəcəyini dedikdə atam pulunu geri tələb etdi. Yaranmış mübahisə zamanı Bayram tüfənglə əvvəl anamı, sonra atamı vurdu. Ölmədiyini görüb onun saçından yapışaraq üzünə, bədəninin digər nahiyələrinə zərbələr endirirdi. Atama “gör indi sənin qızının başına nə oyun açacağam” deyib tüfəngi yerə atdı və məni boğmağa başladı. Hardansa skoç tapıb əllərimi bağlayacağını və Aytacın gözü qarşısında məni işgəncə ilə öldürəcəyini dedi.


Amma nə qədər çalışdısa skoçu aça bilmədi. Bu vaxt atam yaralı olsa da birtəhər ayağa qalxıb Bayramla əlbəyaxa oldu. Bayram atamın başına çəliklə çoxsaylı zərbələr endirdi. Həmin vaxt qızım otaqda qalmışdı. Artıq atama kömək edə bilməyəcəyimi görüb evin arxa tərəfinə doğru qaçmağa başladım. Oradan divar qonşunun həyətinə tullandım. Tanımadığım şəxslər məni içəri buraxdılar və polisə zəng vurub hadisə barədə məlumat verdilər”.

Məhkəmə prosesi iyunun 30-da saat 15:30-da davam edəcək.

Oxşar xəbərlər
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 09:23
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
18 May 2024 | 08:49
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
18 May 2024 | 10:20
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
18 May 2024 | 08:58
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 09:23
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
18 May 2024 | 08:49
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
18 May 2024 | 10:20
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
18 May 2024 | 08:58
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası