“Azərbaycanda 37-ci ilin ab-havası görünür”
Oxunub: 5060
28 May 2014 | 15:47
“Azərbaycanda 37-ci ilin ab-havası görünür”

Dövlət başçısının imzaladığı son əfv fərmanı gözləntilərin əksinə olaraq ölkədəki siyasi məhbus problemini qismən də olsa həll etmədi. Bu siyahıya siyasi məhbuslardan, demək olar, heç kimin adı salınmadı. Hakimiyyət son əfvlə sanki dünyaya meydan oxuduğunu bəyan etmək istəyir. Çünki əfv fərmanından öncə Azərbaycanda siyasi məhbus probleminin həlli ilə bağlı müxtəlif çağırışlar edilmişdi. Amma bütün bu çağırışlara məhəl qoyulmadı. Müsahibimiz Milli Şuranın üzvü, hüquqşünas Namizəd Səfərovdur. N.Səfərovla müsahibəmizə əfv fərmanına münasibət öyrənməklə başladıq.

- Hüquq müdafiə təşkilatlarının hesablamalarına görə hazırda Azərbaycanda 140-a yaxın siyasi məhbus var. Bir sıra hüquq təşkilatları da, o cümlədən “Human Rights Watch”, Helsinki Vətəndaş Asambleyasının Azərbaycan nümayəndəliyi də bu siyahı ilə razılaşır. Beynəlxalq təşkilatlar dəfələrlə hakimiyyət orqanlarından siyasi məhbus probleminin həll olunmasını istəyiblər. Ildə bir və bəzən iki dəfə dövlət başçısı öz müstəsna səlahiyyətlərindən istifadə edərək əfv fərmanı imzalayır. Hakimiyyət beynəlxalq təşkilatlarla münasibətlərini tam korlamasın deyənə ara-sıra bu cür əfv fərmanları imzalayır. Bununla hakimiyyət özünə haqq qazandırmağa çalışır ki, iqtidar siyasi məhbus probleminin həllinə çalışır. Amma hakimiyyətin siyasi məhbus probleminin həllinə çalışdığı təəssüratını yaratmasına baxmayaraq, son əfv bu niyyətin mahiyyətinə aydınlıq gətirdi. Son əfv fərmanına siyasi məhbuslardan heç kimin adı salınmayıb. Son əfvin siyahısına düşənlərin bir çoxu sırf cinayət törətmiş şəxslərdir. Bu əfv fərmanı gözə kül üfürmək, beynəlxalq hüquq müdafiə təşkilatlarını aldatmaqdır. Hazırda həbsdə yalnız siyasi məhbuslar qondarma ittihamlarla yatmırlar. Eyni zamanda həbsdə günahsız yerə cəza alan minlərlə məhbus var. Hesablamalara görə, hazırda əsassız yerə dələduzluq maddəsi ilə həbsə atılan 30 yaxın qadın məhbus var. Bu şəxslərə qarşı da əfv fərmanının tətbiq olunması humanist addım olardı. Ona görə hazırkı əfv fərmanını ədalətli saymaq olmaz. 

“Hakimiyyət beynəlxalq öhdəlikləri də tanımır”

- Avropa Məhkəməsinin artıq Əli Insanov və Ilqar Məmmədovun məhkəmə işləri ilə bağlı qərarı var. Amma bu qərar nəzərə alınmır. Bundan başqa, bu yaxınlarda Avropa Şurasının Nazirlər Komitəsinin Azərbaycanda keçirilən toplantısında hakimiyyət sərt tənqid olundu. Amma nəticə çıxarılmır. Bu dünya ilə münasibətləri bilərəkdən korlamaq niyyətidirmi?

- Bəli, bu istiqamətdə də qəribə mühit yaranıb. Hakimiyyət sanki hansı addım atdığının fərqində deyil. Hakimiyyət bilərəkdən nüfuzlu beynəlxalq təşkilatlarla münasibətləri korlamağa çalışır, onlara meydan oxuyur. Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə bir sıra mühüm öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də Avropa Insan Hüquqları Məhkəməsinin qərarlarına hörmətlə yanaşmaqdır. Avropa Məhkəməsinin qəbul etdiyi qərarlara Azərbaycan hökuməti hörmətlə yanaşmalıdır. Təəssüf ki, bu gün Azərbaycandan Avropa Məhkəməsinə daxil olan ərizə və şikayətlərin sayı digər ölkələrdən çoxdur. Azərbaycan məhkəmələrindəki özbaşınalıqlar son nəticədə Avropa Məhkəməsinə gedib çıxır. Azərbaycan vətəndaşları da gümanlarını, ümidlərini Avropa Məhkəməsinə bağlayırlar. Avropa Məhkəməsi ona edilən müraciətlərlə bağlı bir müddət sonra qərarlar qəbul etsə də, həmin qərarların heç birini hakimiyyət icra etmir. Avropa Məhəkəməsi həm Ilqar Məmmədov, həm də Əli Insanovla bağlı çıxarılan qərarlara etinasız yanaşır, onları qulaqardına vurur.  

- Hər dəfə əfvlə bağlı gözləntilər özünü doğrultmayanda həbsdə olan şəxslərə dövlət başçısına tərif dolu müracəit yazdırırlar. Yəni vətəndaş yalnız “sındırıldıqdan” sonra azadlığa buraxılır. Öz vətəndaşına qarşı bu cür yanaşma nəyi göstərir?

- Azərbaycanda söz, sərbəst toplaşma, fikir azadlığı təmin olunmur. Siyasi partiyaların fəaliyyət göstərməsinə hər cür maneçilik törədilir. Hakimiyyət “cib müxalifətinə” fəaliyyət göstərməsi üçün hər cür şərait yaratdığı halda, real müxalifət təşkilatlarına bu imkan tanınmır. AXCP-yə, Milli Şuraya, Müsavat Partiyasına fəaliyyət göstərmələri üçün imkan verilmir. Təkcə o faktı qeyd etmək kifayətdir ki, yaxın illər ərzində AXCP-nin bir neçə mənzil qərargahı əlindən alınıb. Partiyanın sonuncu qərargahı isə müəmmalı şəkildə partladıldı. Baxmayaraq ki, qərargah kimi istifadə olunan bina partiyaya deyil, sahibkara məxsus idi. Burada əsas məqsəd müxalifət partiyasının fəaliyyətinə maneçilik törətməkdir. Azərbaycanda yığıncaq, söz azadlığının durumu olduqca acınacaqlıdır. Bundan başqa, cəmiyyətdə baş verənlərə müxalif münasibət ifadə edənlərə qarşı da yanaşma olduqca sərtdir. Ölkə reallıqlarını cəmiyyətə çatdırmaq istəyən insanlar olduqca amansız tədbirlərə məruz qalırlar. Hazırda Azərbaycandakı prosesləri izləyən zaman 37-ci ilin ab-havası görünür. Istənilən şəxsi fakt olmadan cinayət məsuliyyətinə cəlb etmək onun barəsində məhkəmə hökmü çıxarmaq olar. Tofiq Yaqublu, Anar Məmmədli, Bəşir Süleymanlı, Pərviz Həşimli, Yadigar Sadıqlı ilə bağlı çıxarılan məhkəmə hökmləri bunu bir daha təsdiqləyir. Bu şəxslərə və başqa siyasi məhbuslara qarşı irəli sürülən ittihamların heç biri ağla sığmır. Bu şəxslər yalnız fikir, azadlıqlarını sərbəst ifadə etdiklərinə görə həbs olunublar. Qurban Məmmədova qarşı irəli sürülən ittihamlar da tam uydurma ittihamlardır.

“Hakimiyyət qanunları kobud şəkildə pozur”

- Ümumiyyətlə, Anar Məmmədlinin, Pərviz Həşimlinin məhkəmə işləri, Leyla Yunusun başına gətirilənlərin fonunda Qərbə qarşı kampaniya aparılır. Bu addımları necə dəyərləndirərdiniz?

- Anar Məmmədlinin və Pərviz Həşimlinin işində heç bir günah sübuta yetirilmədi. Anar Məmmədli seçkiləri izləyəndən sonra gəldiyi qənaəti açıq ifadə etdiyinə görə həbs olundu. Onun köməkçisinin də günahı yalnız təşkilatda təmsil olunmağı idi. Bu təşkilat seçkilərin monitorinqini apararaq seçkiyə dürüst qiymət verdiyinə görə onun üzvləri həbsə atılıb.

- Hesablama Palatasının hər il açıqlanan hesabatında dövlət büdcəsindən xərcləmələrdə yol verilən ciddi qüsurlar aşkara çıxarılır. Amma milyonlarla yeyintiyə görə heç kim məsuliyyətə cəlb olunmur. Hətta belə fərz edək ki, Anar Məmmədliyə qarşı irəli sürülən ittihamlarda həqiqət yükü var. Milyonları mənimsəyənə qarşı heç bir tədbir görülmədiyi halda daha kiçik məbləğlə bağlı ittihama görə tanınmış hüquq müdafiəçiləri həbs olunur...

- Bundan başqa, ayrı-ayrı iqtisadçıların hesablamalarına görə, ölkədə milli sərvətin, büdcənin dağıdılması prosesi gedir. Özü də bu məbləğlər milyardlarla ölçülür. Bu istiaqmətdə heç bir istintaq aparılmır. Bu cinayəti törətmiş şəxslər istintaqa cəlb olunmur. Bütün bunlar baş verənlərin arxasında hakimiyyətin dayandığını deməyə əsas verir. Amma baş verənlərin fonunda beynəlxalq aləmdə yaxşı tanınan, seçkilərin monitorinqi ilə neçə ildir ki, məşğul olan təşkilatın rəhbərliyi həbs olunur. Anar Məmmədli seçkilərin monitorinqini həyata keçirdiyinə görə qrant alıb. Lap tutalım Anar Məmmədlinin rəhbərlik etdiyi QHT-nin fəaliyyətində cüzi pozuntu aşkarlanıb. Amma axı sən səmimi görünə bilməzsən. Çünki büdcənin talanmasına sükutla yanaşırsan. Paytaxtda binalar əvvəlcə təmir edilir, daha sonra isə sökülür. Nəticədə milyonlarla dövlət vəsaiti havaya sovrulur. Bütün bu mənimsəmə faktlarına münasibət bildirilməlidir. Amma bu faktların heç birinə reaksiya verilmir, ictimai fikirdən gələn mesajlara əməl olunmur. Hakimiyyət vətəndaş cəmiyyətinin fikirlərini qətiyyən nəzərə almır. Hakimiyyət sanki xalqına düşmən kəsilib. 

Tənqidə dözümsüz hakimiyyət

- Hakimiyyətin beynəlxalq aləmə qarşı dirənişi nə vəd edir?

- Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan Avropa Şurası və başqa təşkilatlar qarşısında öhdəliklər götürüb. Avropa Birliyinə daxil olan ölkələrin səfirlikləri də Azərbaycan ictimaiyyətinə öhdəliklərin yerinə yetirilməsi səviyyəsi ilə bağlı açıqlamalar verərkən onlar hədəfə tuş gəlirlər. ABŞ səfirinə qarşı hakimiyyətdən gələn ittihamlar da bunu sübut edir. ABŞ səfirinin səsləndirdiyi kiçik tənqidlər ona qarşı total hücuma səbəb oldu. Bu kampaniyaya müxtəlif dövlət rəsmilərinin də qoşulması maraq kəsb edir. 

- Maraqlıdır ki, Azərbaycan Avropaya inteqrasiyada dirəniş göstərir. Amma öz maraqları tələb edən zaman Qərblə əməkdaşlığa can atırlar, əmlaklarını Qərbdə alırlar, vəsaitlərini bu məkanın banklarına yatırırlar...

- Azərbaycan hakimiyyətinin xarici siyasətində bir qeyri-müəyyənlik hökm sürür. Hakimiyyətin səlahiyyətli bir nümayəndəsi Avropaya inteqrasiyanın vacib olduğunu dediyi halda, digər bir nümayəndəsi başqa mövqedən çıxış edir. Rusiya və Iran təmsilçiləri ilə görüşdə bir, Qərb diplomatları ilə təmasda isə başqa mövqe ifadə olunur. Halbuki Azərbaycanın maraqları Qərbə inteqrasiyanı zəruri edir. Rusiya ilə Qərbi müqayisə etmək olmaz. Inkişaf, insan hüquqlarına hörmət baxımından inteqrasiya olunmalı məkan Qərbdir. Hakimiyyət bu barədə düşünüb, ciddi addımlar atmalıdır. Azərbaycanın hansı istiqamət tutduğu ciddi araşdırılmalıdır.

- Ramiz Mehdiyev ABŞ səfirinin müsahibəsinə sərt reaksiya verdi. Amma elə bir müddət əvvəl Azərbaycan hakimiyyətinin təmsilçiləri ABŞ-da səfərdə olarkən Rusiya və Irandan Azərbaycana ciddi təsirin olduğunu söyləmişdilər. Bu təzadı necə qiymətləndirmək olar?

- Ramiz Mehdiyevin hakimiyyətdə ciddi səlahiyyət sahibi olduğu yaxşı məlumdur. ABŞ səfirinə qarşı irəli sürülən fikirlər yolverilməzdir. ABŞ səfirinin söylədiklərini süngü ilə qarşılamaqdansa, düşünülməlidir ki, bu tənqidlərə tuş gəlmənin səbəbi nədir? Tənqiddən nəticə çıxarmaq lazımdır. Güzgünü sındırmaqla problemi həll etmək olmaz. ABŞ kimi bir dövləti bu cür tənqid etməyin ciddi fəsadları ola bilər. Tənqid edərkən də düşünmək lazımdır. Dövlətdə söz demək səlahiyyəti olan şəxslər məsuliyyətlərini hiss etməlidirlər. Səfirə qarşı deyilənlər axı, eyni zamanda Amerika dövlətinin ünvanına səsləndirilən fikirdir.

- Səfirin Ukrayna hadisələrinin Azərbaycan da təkrarlana biləcəyini söyləməsi hakimiyyətin sərt reaksiyasına səbəb oldu. Hakimiyyətin bu mesajdan narahatlıq keçirməsinin  səbəbi nədir?

- Ukrayna mayın 25-də keçirdiyi seçki ilə bir daha demokratiyaya sədaqətini göstərdi. Hakimiyyətin Ukrayna xalqının hüquqlarına necə hörmət etdiyi bir daha göründü. Vətəndaşlar öz borclarını sona qədər yerinə yetirdi. Ukrayna vətəndaşı ölkənin taleyinə biganə deyil. ABŞ səfirinin söylədiklərinə gəlincə isə, o çox gözəl bir nümunə çəkir. Hakimiyyət məhz bundan narahat olur. Çünki səfir vətəndaşın dövlət qarşısındakı məsuliyyətinə aydınlıq gətirir. Səfir mesaj verir ki, xalqınla normal davran, onun hüquqlarına hörmət et.(Azadliq.info)


Oxşar xəbərlər
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO