Bacımın otağından səs gəlirdi, pəncərənin altında durdum, lüt bir kişi... – ŞOK
Oxunub: 4724
23 Feb 2022 | 14:44
Bacımın otağından səs gəlirdi, pəncərənin altında durdum, lüt bir kişi... – ŞOK

Bərdə rayonunda 1991-ci il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü həmkəndlisi Cabbarı (adlar şərti verilib – red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Adil 27 iyul 2021-ci ildə saat 02.30-da yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən evində olduğu zaman təxminən bir həftə əvvəl Rusiya Federasiyasından onlara qonaq gəlmiş bacısı Süsənin onun üçün ayrılmış otaqda həmkəndlisi Cabbarla intim münasibətlərdə olmasından şübhələnib.

Adil Cabbarı öldürmək qərarına gəlib. Bu məqsədlə otağın pəncərəsinin bayır tərəfdən altında gizlənib və Cabbarın otaqdan çıxmasını gözləyib.

Az sonra Cabbarın pəncərədən aşağı tullandığını və evin arxası istiqamətində qaçdığını görüb. O, Cabbara arxa tərəfdən hücum edib, kürək nahiyəsindən ona dörd dəfə bıçaq zərbəsi vurub.

Hadisə yerinə gəlmiş ata-anasının müdaxiləsinə baxmayaraq, Cabbara çoxsaylı zərbələr vurmaqda davam edib. Cabbar aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri - atası, anası, arvadı, iki azyaşlı övladı ilə birgə Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı evdə yaşayıb: “Bacım Süsən hadisədən 4-5 gün əvvəl azyaşlı oğlu ilə Rusiyadan Bərdə şəhərinə mənim qaldığım evə qonaq gəldi. Bacımla münasibətlərimiz həmişə yaxşı olub”.

“Otaqdan hənirti gəlirdi...”

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 26-da təxminən saat 14.00-da evdə yemək yedikdən sonra Bərdə şəhəri "Qızıl Tac" restoranının yanında yerləşən icarəyə götürdüyü şüşə sexinə gedib:

“Saat 17.00-a kimi işdə oldum. Daha sonra həmkəndlilərim Əlvan, Şirvan və İntiqamla kənddə yerləşən kafedə oturduq. Təxminən saat 1.00-da həmin kafedən çıxıb evə getdim. Evə çatanda təxminən saat 2.30-da arvadımın otağın qapısını bağladığını gördüm. Nə səbəbə qapını bağladığını soruşdum, mənə heç nə demədi. Lakin arvadımın həyəcanlı olduğunu gördüm.

Daha sonra arvadım evdə səs olduğunu dedi. Məndə şübhə oyandı. Bacım Süsənin yaşadığı otağın qapısını itələdim, qapının bağlı olduğunu gördüm. Evin çöl tərəfdən arxa hissəsinə keçdim. Bacımın yatdığı otağın pəncərəsinin qarşında durdum.

Lakin boyum çatmadığı üçün pəncərədən otağın içərisini görə bilmədim. Ancaq otaqdan yavaş səs və hənirti eşitdim”.

“Pəncərədən bir kişinin tullandığını gördüm”

Təqsirləndirilən şəxs bildirib ki, otaqda kənar şəxsin olduğundan şübhələnib: “Qıqanclıqdan əsəbləşməyə başladım.Pəncərənin altında olan zirzəminin qapısının önündəki uzun dəmir vinti (dəmir aləti) götürdüm, gözləməyə başladım.

Arvadımın mobil telefonuna zəng etdim. Bacımın yatdığı otağın qapısını döyməsini, evin çöl tərəfdəki və həyətdəki işığı yandırmağı tapşırdım. Atam da evin həyətində çarpayıda yatmışdı. Təxminən 5-10 dəqiqə sonra bacımın yatdığı otağın pəncərəsindən 1 nəfər kişinin çılpaq formada, əynində heç bir paltar olmadan həyətə tullandığını gördüm. Bu zaman bir dəfə dəmir alətlə (vintlə) həmin şəxsə zərbə vurdum. Lakin o, büdrəməyə başlasa da, yerə yıxılmadı. Bir qədər irəli, evin arxa hissəsinə keçdi.

Mən ikinci dəfə yenidən ona dəmir alətlə kürək nahiyəsindən zərbə vurdum. Bir qədər irəlilədikdən sonra yerə yıxıldı. Ona çatan zaman ayağa qalxaraq qaçmaq istədi. Yenidən, 3-cü dəfə belinə vint vasitəsilə zərbə vurdum. Büdrədikdən sonra evimizin arxa hissəsindən kənd qəbirstanlığına doğru qaçmağa başladı. Qəbirstanlığın qapısına çatdıqdan sonra oranın balaca dəmir qapısını aça bilmədi. Ona tərəf yüyürdüm. Çatdığım zaman dedi ki, mənəm, Cabbar. Bədəninə vintlə yenidən daha bir zərbə vurdum”.

“Səsimizə atam-anam da gəldi”

Adilin ifadəsinə görə, Cabbar ona tərəf gəlməyə başlayıb: “Ayağım ağacın kökünə ilişdi və yerə yıxıldım. Cabbar da üzərimə gəldi. Yerdə süpürləşdik. Yenə də “mənəm, Cabbaram“ - dedi. Cabbarla süpürləşərkən səsimizə atam və anam gəldi. Onlar bizi ayırmağa çalışdılar. Ayağa durduq, əlimdə olan vint yerə düşdü.

Atam Cabbardan burada nə iş gördüyünü soruşdu. Atamla mübahisə etməyə başladı. Sonra atama: “Mənim sizin evinizə gəldiyimi heç kim bilməyəcək, qoy çıxım gedim” – dedi, bacımın otağında qalmış paltarlarını atamdan gətirməsini istədi. Atam da mənə Cabbarın getməsinə icazə verməyimi söylədi”.

“Bacımın evdə olub-olmamasını öyrənmək istədim”

Adil qeyd edib ki, bu zaman işdə istifadə etdiyi balaca cib bıçağını çıxarıb və Cabbarın sağrı nahiyəsinə zərbə vurub: “Sonra bıçağı çıxararaq cibimə qoydum. Cabbarı atama qarşı hörmətsizlik etdiyi, nalayiq söyüş söydüyü üçün vurdum. Çünki atam Cabbara “burda nə gəzirsən” dedi. Cabbar atama “yaxşı edirəm” – dedi, söyüşlə cavab verdi.

Atam mənə Cabbarı nahaq yerə vurduğumu bildirdi. Yaşadığımız evin həyətinə gəldim. Bacım Süsənin evdə olub-olmamasını öyrənmək istədim. Cabbarın paltarlarını pəncərədən həyətə atılmış gördüm. Bacımın otağına getdim. Əsəbi olduğum üçün onu evdən qovmaq istədim. Lakin bacımın orada olmadığını, bacım oğlu Səbuhinin isə otaqda yatdığını gördüm.

Üzümə əl vurduqda qan olduğunu gördüm və əl-üzümü yumağa başladım. Məhrəba ilə üzümü sildim”.

“Məndən su istədi”

Təqsirləndirilən şəxs əlavə edib ki, bir qədər sonra telefonuna zəng gəlib, zəng edənin atası olduğunu görüb: “Atam mənə darvazadan çöldə saxladığı avtomobilini qəbirstanlığın yanına sürməyimi dedi.

Həmin yerə çatanda Cabbarın uzanıqlı vəziyyətdə olduğunu, paltarlarının böyrünə qoyulduğunu, həmçinin atamın yanında durduğunu gördüm. Cabbar məndən su istədi. Mən də avtomobilin yük yerindən 2 litrlik butulkada olan suyu onun üzünə tökdüm.

Bundan sonra anam gəldi, onu həkimə aparmaq lazım olduğunu dedi, sonra evə qayıtdı. Atamla birlikdə Cabbarı avtomobilin arxa oturacağına uzatdıq, onu Dəymədağıldı kəndində yaşayan həkimin evinə apardıq. Həkim bizə Cabbarı təcili xəstəxanaya çatdırmalı olduğuğumuzu bildirdi.

Cabbarı xəstəxananın acil şöbəsinə qəbul etdilər. Həkimlərdən biri Cabbarın öldüyünü dedi. Polislər mənə və atama yaxınlaşdı. Hər ikimizi Bərdə rayon polis şöbəsinə apardılar”.

“Cabbara 8 dəfə zəng vurdum”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Nazilənin sözlərinə görə, məhrum Cabbar onun əri olub: “Cabbarla 2008-ci ildə ailə qurmuşam və birgə nikahımızdan iki övladımız doğulub. Münasibətim normal olub. Cabbar Bərdənin Ağalı kəndində yerləşən pay torpağında pambıq, taxıl əkməklə və öz evimizin həyətyanı sahəsində “K-700” markalı traktorların motorxanasını təmir etməklə qazanc əldə edib”.

Hüquqi varisin sözlərinə görə, Cabbar iyulun 26-da, təxminən saat 19-20 radələrində dostu Muradın ad günü məclisinə gedəcəyini bildirib və evdən çıxıb: “İyulun 27-də saat 5.30-da Cabbarın otaqda olmadığını və evə gəlmədiyini gördüm. Qonşumuz Bahadurgilə getdim, ordan ərimə 8 dəfə zəng etdim. Lakin zənglərə cavab vermədi.

Daha sonra Cabbarın əmisi oğlu Aqilə zəng vurdum. Aqil cavabında gecə saatlarında ad günü məclisini tərk etdikdən sonra Cabbarı görmədiyini, onun Valehlə birgə kəndə getdiyini, avtomobili ona verdiyini bildirdi.

Ad günü məclisi olmuş Murada zəng vurdum. Murad Cabbarın harada olduğundan məlumatsız olduğunu dedi. Mənə Cabbarın əmisi oğlu Daşqın telefon vasitəsi ilə Cabbarın öldüyünü dedi”.

Nazilənin sözlərinə görə, Cabbar ona Adilin evinə gedəcəyi barədə hər hansı söz deməyib: “Lakin Adilin bacısı Süsən 4-5 il əvvəl Azərbaycana, atası evinə gələndə Cabbara zəng edib, görüşmək istədiyini bildirib. Cabbar bu barədə mənə də demişdi, aramızda mübahisədə də olmuşdu. Cabbarın ondan sonra Süsənlə telefonla danışdığını görməmişəm”.

“Çatda yazışıb, tanış olmuşuq”

Məhkəmə sənədlərində Süsənin yüngül həyat tərzi keçirməsi təsdiq olunub. O, Cabbardan əvvəl Bakı şəhərində başqa bir kişi ilə də intim həyatı yaşayıb.

İbtida istintaq orqanı həmin şəxsi də müəyyən edib və ifadəsini alıb. Adı şərti qeyd olunan Vüsal ifadəsində göstərib ki, Cabbar və Adili tanımayıb: “Süsənlə 2021-ci ilin mayından tanış olmuşam. Süsənlə “PUBG” onlayn internet oyununda tanış olmuşam. Çat bölməsində yazışıb, tanış olmuşuq.

Həmin qadın adının Süsən olduğunu və Rusiyada yaşadığını bildirdi. Süsənlə ancaq “PUBG” oynunda səs vasitəsilə mesajlaşmışıq”.

“İntim münasibətdə olduq”

Vüsal qeyd edib ki, Süsən 2021-ci ilin iyul ayının əvvəllərində ona Bakıya gələcəyini bildirib: “Süsən 2021-ci ilin iyul ayının ortalarında mənə Bakıya gəldiyi barədə mesaj yazdı. Həmin vaxt Bakıda Məhəmmədi kəndində sosial evlərin tikintisində fəhlə kimi çalışırdım.

Süsən Bakıya gəldikdən sonra Heydər Əliyev adına beynəlxalq hava limanında onu qarşıladım. Süsəni və yanında balaca oğlan uşağını taksi vasitəsilə Yasamal rayonunda yerləşən, Güldan adlı yüngül həyat tərzi keçirən qadının evinə apardım. Orada yaxın münasibətdə olduq.

Süsənlə görüşməmişdən əvvəl Bakıda, "20 Yanvar" metrosunun yanında mobil dükanların birindən aldığım nar nömrəsini verdim, onunla bu nömrə ilə danışacağımı bildirdim. Süsəni həmin gün Bakı-Bərdə taksisi vasitəsilə Bərdə rayonuna yola saldım.

Süsən mənə Bərdə rayonuna valideynlərini görməyə getdiyini bildirdi. Özümə məxsus nömrə ilə 2 gün onunla danışdım”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Adil 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
19 May 2024 | 12:54
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü