“Rusiya Qara dənizi əldən versə, böyük dövlət olmaq potensialını itirər”
Müsahibə
Oxunub: 7509
03 Mar 2014 | 22:33
“Rusiya Qara dənizi əldən versə, böyük dövlət olmaq potensialını itirər”

Son günlər dünya mediasının bir nömrəli mövzusuna çevrilən Krım böhranı və Rusiyanın imperialist xisləti Azərbaycan oxucusu üçün də prioritet olaraq qalır. 

Moderator.az-ın mövzu ətrafındakı suallarını Ədalət  Partiyasının sədr müavini, siyasi analitik Heydər Oğuz cavablandırır.

-Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bir sıra dövlətlər tərəfindən sərt üslubla qınandı. Maraqlıdır ki, bizdə isə bir çox siyasətçilər hadisələri əsasən susqunluqla izləyirlər. Hakimiyyətin bu mövqeyini hardasa başa düşmək olar. Özgə vaxt Qərb dünyasının himayəsinə sığınan müxalifətin susqunluğu isə başadüşülən deyil. Siz də müxalifət partiyasının təmsilçisisiniz. Bu səssizliyi nə ilə izah edərdiniz?

-Öncəliklə onu bildirim ki, Azərbaycanda monolit bir müxalif güc yoxdur. Müxtəlif partiyalar var və onların hər birinin hər hansı hadisəylə bağlı özünəməxsus görüşü mövcuddur. Mənim bütün müxalifət partiyaları adından danışmaq hüququm olmadığı kimi onların mövqelərini şərh etmək niyyətim də yoxdur. Yalnız öz partiyamızın adından danışa bilərəm. Ədalət Partiyası hər zaman bütün məsələlərə hüquq  prizmasından baxır , bunu istər ölkədaxili məsələrdə, istərsə də beynəlxalq münasibətlərdə yeganə kriteriya olaraq görür. Rusiyanın Ukraynaya hərbi müdaxiləsini də bu aspektdən qiymətləndirir, hansısa bir ölkənin öz yaxın qonşusunun suverenliyinə, ərazi bütünlüyünə müdaxiləsini təqdir etmir, münasibətlərin qarşılıqlı anlaşma yoluyla nizamlanmasını arzulayırıq.

-Bəs, indiyə qədər bu haqda fikirlərinizi niyə bəyan etməmisiniz?

-Siyasi partiyalar öz fikirlərini mətbu orqanlarda, vətəndaşlarla görüşlərdə bəyan edərlər. Sadəcə, hansısa hadisəyə bəyanat yazmaqla mövqe ortaya qoyulmur. Nə yazıq ki, bugünkü Azərbaycan reallığı siyasi qurumlarının üzünə həm KİV-ləri, həm də xalqla təmas imkanlarını bağlayıb. Biz də məcburuq ki, fikirlərimizi ya sosial şəbəkələrdə, ya da sizin kimi mətbuat adamlarının suallarını cavablandırarkən bildirək. Necə ki, hazırda mən də bu işlə məşğulam.

-Rusiyanın belə aqressiv mövqe sərgiləyəcəyini gözləyirdinizmi? Sizcə, bu aqresiyanın səbəbi nədir?

-Açığını desəm, bir sıra beynəlxalq şərhçilərdən fərqli olaraq mən Rusiyanın Ukraynada gedən proseslərə laqeyd qalacağını düşünmürdüm. Ona görə də hazırda yaşananlar mənim üçün sürpriz də olmadı. Zənnimcə, Rusiyanın bu cür sərt davranışının bir sıra səbəbləri var. Onların hər biri barədə danışsaq, uzun çəkər. Qısaca ifadə etmək gərəkirsə, Rusiya Ukraynada baş verənləri öz milli təhlükəsizliyi üçün təhdid olaraq görür və daha artıq zərər görmədən bunun qarşısını almağa çalışır. Söhbət ondan gedir ki, Rusiyanın tarix boyu böyük dövlət olmaq strategiyası okeanlara çıxmaqdan keçir. Dünyanın hardasa 6/1 hissəsinə sahib olmasına baxmayaraq rəsmi Moskvanın bu sarıdan bəxti gətirməyib. Hazırda faktiki olaraq onun dənizaşırı dövlət olmaq yolunda güvənə biləcəyi tək su hövzəsi Qaradənizdir. Istər Gürcüstanda, istərsə Ukraynada baş verən hadisələrə Rusiyanın xeyli həssaslıqla yanaşmasının başlıca səbəbi həmin ölkələrin məhz bu dənizin sahilində yerləşməsidir. Rəsmi Moskva onları da itirsə, Qaradənizə çıxışı bağlanar və ya onun manevr imkanları məhdudlaşar. Öz içinə qapanmış vəziyyətə düşdüyündən zəifləyər, dünya hegemoniyasındakı çəkisini itirər. Digər tərəfdən Rusiyanın əlindəki ən böyük strateji silahı qaz nəqlidir. O, faktiki olaraq neft hasilatı və ixracatını Qərb ölkələrinə buraxmış və bütün qiddətini qaza yönəltmiş vəziyyətdədir. Qaz ixracatında əsas pay isə Avropa dövlətlərinə satdığı mavi yanacağın  öhdəsinə düşür və bu xətt Kırımdan keçir. Bu qədər mühüm geostrateji məkanı əlindən çıxarmaq Rusiyaya baha başa gələr və özünün həm ciddi iqtisadi potensialını və böyük dövlətlərə təzyiq imkanlarını əldən çıxara bilər. Rusiyanın xüsusilə Kırımda nəzarəti öz əlinə almağa çalışması bu mənada təsadüfi deyil.

-Hadisələr zamanı facebookda yazdığınız statusda Kırım krizisinin əslində Rusiyanın öz qüdrətindən başgicəllənməsi sonucunda yarandığını bildirmisiniz. Bu fikrinizə daha açıq şəkildə aydınlıq gətirə bilərsinizmi?

-Tarixdən bildiyimiz kimi Kırım Rusiyanın böyük qan bahasına işğal etdiyi bir ərazidir. Orada yaşayan tatarları məğlubiyyətə uğratmaq Rusiya üçün asan başa gəlməyib. Hətta 17 əsrə qədər Rusiyanın özünü ciddi təhdid altında saxlayan Kırım xanları Moskvaya qədər irəliləyəcək, oranı tutub yandıracaq qədər ciddi gücə sahib olublar. Belə bir böyük gücü ram etmək, özünə birləşdirmək, tatarları oradan sürgün etmək böyük bədəllər qarşılığında əldə olunub. Kırım uğrunda verilən bu qanlı mübarizələrdən sonra Qaradənizə sahib olan Rusiya dünyanın ən böyük bir neçə gücündən birinə çevrilib və bu gün də həmin statusunu qorumağa çalışır. Di gəl ki, ən ağır çağlarında əldə etdiyi bu qədər mühüm bir coğrafiyanı Rusiya özünün ən güclü zamanlarında itirdi. Daha doğrusu, onu öz əliylə Ukraynaya hədiyyə etdi. Söhbət 1954-cü ildə Nikita Xruşşovun Kırımı Ukraynaya hədiyyə etməsindən gedir. Ukraynanın Rusiya imperiyasının tərkibinə keçməsinin 300 illiyi münasibətilə edilən bu hədiyyə cəmi 50-60 ildən sonra rəsmi Moskvanın baş ağrısına çevrildi. İndi başgicəllənməsi sonucunda yaranan bu baş ağrısı necə bitəcək, bəlli deyil. Haqqında danışdığınız statusda bu həqiqəti dilə gətirməyə çalışmışam.

-Sizcə, bu proseslər necə qurtaracaq və bölgəmiz bu yaşananlardan necə təsirlənəcək?

-Bu suala birmənalı cavab vermək mümkün deyil. Dünya siyasəti böyük bazarlıqların yaşandığı məkandır. Hər şey Rusiyanın nə qədər israrından, ABŞ-ın və Qərb dövlətlərinin öz maraqlarını hansı səviyyədə həyata keçirməyə çalışacağından asılıdır. Mümkündür ki, Rusiyanın israrlı mövqedən çəkilməyəcəyini görən qarşı tərəflər problemin çözümünü zamana yaymaqla vəziyyətdən çıxmağa çalışsınlar. Onlar hesab edə bilərlər ki, onsuz da zaman Rusiyanın əleyhinə işləyir və gec-tez bu ölkə daxili ziddiyyətlər nəticəsində zəif düşəcək və problem daha rahat formada öz həllini tapacaq. O da mümkündür ki, iqtisadi embarqo,  müxtəlif beynəlxalq layihələrdən təcridetmə metoduna üstünlük verilsin. Bütün hallarda Qərb dövlətlərinin əlinə silah götürüb Ukraynada savaşacağını təxmin etmək yalnış olardı. Amma onların yaşananlara laqeyd qalacağını da gözləmək eyni dərəcədə yalnışdır. Fikrimcə, diplomatik danışıqlarla münasibətlər tənzimlənəcək. Bununla belə, Rusiya və Ukrayna arasında yaranan bu gərginlik qlobal platformada müsbət dividentlər də gətirə bilər. Məsələn, ən böyük divident hazırda özünü dünyanın ağası kimi görməyə çalışan ABŞ-ın öz qarşısında dirənən qüvvələri görməsiylə daha ehtiyatlı siyasət yürütməyin vacibliyini anlamasıdır. Rusiya da artıq avtoritar liderlərə güvənməyin işə yaramadığını başa düşəcək və ümid edirəm ki, o öz ənənəvi siyasətini yenidən gözdən keçirəcək, ölkələr arasında daha sivil münasibətlərə üstünlük vermək kursunu tutacaq. Bu mənada sözügedən qarşıdurmaların bizim coğrafiyamıza müsbət təsirləri var. Üstəlik, post-sovet məkanlarında baş verən bu proseslər istər-istəməz keçmiş müttəfiqlərin ictimai şüurunda müəyyən dəyişikliklər yaradır. Ərəb dünyasından sonra zülmə qarşı dirənmənin post-sovet məkanına sıçraması heç kimin bu aqibətdən sığortalanmadığını, əzazil idarəçilik sisteminin mütləq bu cür nəticələr doğuracağını bir daha sübut edir və bu da istər-istəməz digər avtoritar rejimlərin yumşalmasına səbəb olur.

Bütün bunlarla yanaşı, Rusiyanın Ukraynada yaşayan soydaşlarını bəhanə edərək həmin coğrafiyalara hərbi müdaxiləyə girişməsinin gətirəcəyi mənfi tendensiyalar da mövcuddur. Onun istər Moldova, istər Gürcüstan, istərsə də Ukraynanın ərazilərini bu cür bəhanələrlə işğal etməsi pis bir presedent yaradır və Azərbaycanın əzəli torpaqlarından olan Qarabağı işğal etmiş ermənilərin arqumentini gücləndirir. Fikrimcə, Azərbaycan hər dörd ölkənin milli maraqlarını təhdid edən bu tendensiyanın qarşısını almaq və problemləri bərabər müzakirə etmək üçün GUAM-ın yenidən aktiv fəaliyyətə başlaması təşəbbüsüylə çıxış etməli, bu çərçivədəki fəaliyyətini artırmalıdır. Ümid edirəm ki, bu çərçivədə yürüdüləcək siayasət nəticəsində dünya birliyinin Rusiyaya basqılarından biz də yararlana bilərik, həm də Ukrayna məsələsində incə düşünülmüş diplomatik yolla öz mövqeyimizi ortaya qoyarıq.

 

 

 

 

 

 

 

 

Oxşar xəbərlər
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
11:08, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
GÜNLÜK
18 May 2024 | 11:50
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 11:41
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
18 May 2024 | 11:46
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 11:39
Azərbaycan nefti bahalaşdı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
AYLIQ
18 May 2024 | 11:50
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 11:41
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
18 May 2024 | 11:46
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 11:39
Azərbaycan nefti bahalaşdı