Ələkrəm Hümbətovdan şok ittihamlar
Oxunub: 6507
24 Feb 2014 | 13:20
Ələkrəm Hümbətovdan şok ittihamlar

Hollandiyada yaşayan Ələkrəm Hümbətov bir neçə gün öncə Moderator.az-a eksklüziv müsahibə verib, onunla söhbətin ikinci hissəsini təqdim edirik. Birinci hissəsini 23 fevral 00.22-dən "Gündəm" bölümündən oxumaq olar.

-Əlikram bəy, söhbət əsnasında dediniz ki, “biz sizin yaninizda olmamışıqmı? Qarabağda döyüşlərdə və ümumiyyətlə Azərbaycanın çətin günlərində sizinlə deyildikmi? 

 - Bizim orada dövlətimiz yoxdur, bu, Azərbaycan dövlətinin ərazisidir və Azərbaycan dövləti bu ərazini müdafiə etməyə borclu idi. Amma sizin sualınız biraz qəliz, mürəkkəb sualdır. Biz axı dövlət qurmaq iddiasında da olmamışıq.

- Mən sadəcə bir dövlətin ərazisinə hansı istiqamətdən təcavüz olmasına baxmayaraq hər bir vətəndaşın əlinə silah alaraq ayrıseçkilik qoymadan böyük və kiçik xalqlara bölmədən, torpağın müdafiəsinə qalxmalı olduğunu vurğulamaq məqsədi ilə bu sualı sizə ünvanladım. Təbii ki, siz bizim yanımızda olmalıydınız. Çünki biz bir xalqıq, Azərbaycan Xalqı!

 - Amerika öz xalqına bütün mümkün azadlıqları verib. Hamı bərabərdir. Hüquqları qorunur və bu səbəbdən xalq öz varlığı ilə fəxr edir. Azərbaycan hökuməti isə bizə bu kimi azadlıqlar vermir. Müxalifət də bu məsələdə hakimiyyətin yanındadır. Siz bir xalq deyirsiniz. Əgər biz qardaşıqsa, qardaş qardaşın evinin qurulması, xoş güzaranı haqqında düşünməlidir. Hanı bu, harada bunu görürsünüz? Avropada kilsələrin təmirinə Azərbaycan iqtidarı milyonlar xərcləyir. Bəs nə üçün talışların problemlərinin həlli üçün vəsait ayrılmır? Talışların tək mətbu orqanı olan "Tolışi Sədo" qəzeti şəxsi vəsait hesabına çıxır. Niyə  görə dövlət tərəfindən yardım ayrılmır,? Dəfələrlə dövlətə, Mətbuata Yardım Fonduna, Mətbuat Şurasına rəsmi müraciətlər edilib. Müxalifət qəzetlərinə yardım edən hakimiyyət kiçik xalqın bir qəzetinə yardım ayırmır. Lənkaranda, Astarada kolleclər var. Təhsil mütəxəssisləri hazırlayır. Orada talış dili mütəxəssisi hazırlamağa heç cəhd olunubmu? Hər yerdə deyirlər ki, talış dilində dərslər keçirilir. Bəs o dərsləri kim tədris edir? İdman və əmək müəllimləri talış dili haqqında nə bilir? Həftədə 2 saat fakultativ dəsrləri də qazanc yerinə çeviriblər. Bu fakultativ dərsləri idman və əmək müəllimlərinə pulla satırlar. Avropa Şurasının konvensiyalarına qoşulan Azərbaycan, onları həyata keçirmək üçün nə edib, hansı strukturları yaradıb? Müxalifət neyləyir? Milli Şura yarandı, bizim bir nümayəndəmiz orada təmsil olunurdu. Yadınızdadırmı onun çıxışına hansı reaksiya verildi?  Talış xalqının yeganə təmsilçisini oradan getməyə məcbur etdilər. Budur tolerantlıq, qardaşlıq, insanlıq? Yanaşı yaşamamıza yaradılan şərait budurmu? Bu separatçılığı kim edir? Bunu da mən edirəm? Bu boyda separatçılıq edənlərə heç nə demirlər.

 - Təbii ki, Azərbaycanda haqsızlıqdır, problemlər çoxdur, məktəbdə təhsil bərbad haldadır. Yəni bütövlükdə əhalinin milliyyətindən asılı olmayaraq vəziyyət bərabərdir...

- Bərabərdir? O zaman gəlin bərabərcə olsun hərşey. Azərbaycana gələn sərvət xalqlar arasında bərabərcə bölünsün. Regionlarda vəsait əhalinin sayına görə xəclənsin, eyni münasibət bəslənsin. Azərbaycanda yahudilərin mədəniyyət mərkəzi üçün bina tikilir, çox gözəl(!), talışlar üçün də tikilsin, bir daxma ayrılsın. Elə sözdə deyil, qardaşlıq əməldə də olmalıdır. Kim bu bərabərliyi, qarşılıqlı mehriban münasibəti yaratmağa çalışıb bizim aramızda? Özünüz dediniz və xatirələrimi qarışdırdınız. Xocalı abidəsini ziyarət etməmə əngəllər törədirlər. Budur sizin tolerantlıq, bərabərlik? Mənə qarşı Hollandiyada savaş açan musavat təmsilçisi Eldəniz Yusibova sözüm var: Qarabağda siz də mənim kimi döyüşüb, kontuziya almısınızmı? Sözlər başqa, Könül xanım, əməl isə sizin dediklərinizin tamamilə əksidir. Biz də mehriban olmaq istəyirik. Buna siz maneçilik törədirsiniz! Mən bu sözləri Azərbaycan cəmiyyətinə üz tutub danışıram! Azərbaycan siyasətində, ictimai həyatında rol oynayanlara üz tutub, deyirəm. Parçalamaq siyasətinə son qoymaq lazımdır. Bizi qarşı-qarşıya qoyan, parçalamağa cəhd edən insanların çaldığı havayla oynayırsınız. Buna son qoyulmalıdır! İctimai fikirdə qarşılıqlı nifrəti aradan qaldırmaq üçün tədbirlər həyata keçirmək lazımdır. Bunu biz, talışlar etməliyik?

 - Azərbaycan  cəmiyyətində siz dediyiniz kimi xalqlar arasında, istər türklərin azsaylı xalqlara, istərsə də azsaylı xalqların türklərə qarşı heç bir nifrəti, qarşıdurma yoxdur. Ümumiyyətlə, niyə siz problemlərinizin səbəbkarı kimi Azərbaycan türklərini görürsünüz? Əsrlər boyu qaynayıb qarışmış millətləri üz-üzə qoymağa ehtiyac varmı?

 - Mən talışların dərdlərini saydım. Biz kimsəni düşmən görmürük. Sadəcə deyirik ki, yaşamaq istəyirik! Azərbaycanda türklər titul xalqdır. Biz onları böyük qardaş kimi qəbul edirik. Böyük qardaş olmağın da öz məsuliyyətləri var. Biz çörək davası da etmirik, kimsədən yaxşı yaşamaq da istəmirik. Biz öz adıyla, öz diliylə, öz tarixi ilə bir xalq olaraq mövcud olmaq istəyirik. Yeniyetmələr artıq öz dilini bilmir. Bir millət isə yalnız öz diliylə var olur. Dil ölüncə biz də yox olacağıq. Başqa heç nə istəmirik, sadəcə, öz dilimizi, öz mədəniyyətimizi yaşatmaq, inkişaf etdirmək, öz mətbu orqanımıza malik olmaq istəyirik. Buna tək Azərbaycan iqtidarı yox, həm də xalqı qarşı oldu. Bunu anlamaqda xeyli çətinlik çəkirəm. Əgər biz, siz dediyiniz kimi qardaşıqsa, qardaş qardaşın evinin qurulmasına, xoş güzaranına çalışar. Böyük qardaşa kiçik qardaşları məhv etmək yaraşmaz. Əgər bizim fikirlərimizə diqqət yetirilsəydi, qarşılıqlı hörmət olsaydı, bu yerə gəlib çıxmazdıq. AP-da keçirilən tədbirdə bir nəfər əlinə iki kitab alıb bağırır ki, biz talış dilində kitab dərc etmişik, biz talışlarla qardaşıq. Hanı "Talışın səsi" qəzetinin redaktoru? Onun tifağını niyə dağıtdılar? Övladları niyə məhv edildi?

 - Axı Azərbaycanda türklər də o vəziyyətdədir. Elmar Hüseynov, Sərdar Əlibəyli, Əvəz Zeynallı da talış deyil ki...

 - Azərbaycan xalqının seçdiyi iqtidar edir bunları.

 - İqtidarı Azərbaycan xalqı seçməyib. Sadəcə “güclərin” təyin etdiyi iqtidara türk, talış, ləzgi, kürd olaraq boyun əyirik...

- Mən gerçəkdən çox yorulmuşam bunları düşünməkdən.  Millət deyirsiniz. Amma biz millət olaraq birləşə və bizi üz-üzə qoyanlara qarşı mübarizə edə bilmirik. Xalqın öz sərbəst rəyi və münasibəti yoxdur. Zombiləşmə var Azərbaycanda və xalq eləcə deyilənə inanaraq, kiçik millətlərin haqqını tələb etməsini “separatçılıq” adlandırır. Beləcə nifaq dərinləşir. Televiziya nə deyirsə, ona inanırlar, məqam sahibləri nə deyir, onunla razılaşırlar, hakimiyyət tam olaraq milləti idarə edir və bu millət oturub özü düşünmür, analiz etmir. Düşünmək, çıxış yolunun tapılmasında iştirak etmək həvəsində də deyillər. Hamı problemləri kiminsə həll etməsini gözləyir. Məni əsəbi edən də budur. Fikirləşirəm ki, axı Allah bizə düşüncə verib, niyə biz bundan istifadə etmirik?

 Ardı var...

Oxşar xəbərlər
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 13:32
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 13:32
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək